Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

Bakı təhsil idarəsindən NAZİRLİYİN XƏBƏRİ VARMI? - İTTİHAM VAR...
Tarix: 4-09-2026, 08:35 | Çap et

"Redaksiyamıza Bakı şəhər Təhsil İdarəsi və onun rəhbərliyi ilə bağlı növbəti şikayət daxil olub. Şikayət nə şikayət, oxuduqca adamın matı-qutu quruyur, dili topuq vurur. Sabir rəhmətlik demişkən, “vah bu imiş dərsi-üsuli-cədid, dur qaçaq oğlum baş ayaq qandı bu” deməkdən başqa əlacımız qalmadı. Dedik, biz cavabını tapmadığımız sualları ünvanlayaq sahiblərinə, bəlkə, onlar bir əncam çəkələr.

 Keçək indi mətləbə, deməli, şikayətçilər bildirirlər ki, paytaxtın məktəblərində bir özbaşnalıq, bir anarxiya var ki, gəl görəsən. Yuxarı siniflərdə dərs yoxdur, şagirdlər haqqını ödəməklə özəl kurslara, repititor yanına üz tuturlar. Bu iş direktorların böyük qazanc mənbəyidir. Bir şagirdin illiyi bəzən 3-4 min manata başa gəlir. Bunu minlərlə şagird üçün hesablasaq, ortaya babat rəqəm çıxır. Düzdür, şikayətçilər bildirir ki, bütün bu baş verənlər BŞTİ -nin əvəzçisi olan rəhbərliyinin gözləri önündə reallaşır. Olmaz ki, bu boyda həngaməni sağır Süleyman duyur, amma Nərminə xanım görmür, müavini Turanə xanım xəbərdar olmur. Şikayətçi bildirir ki, hər şagirdin attestatında onların “xüsusi payı” vardır. Bir də şikayətçilər yazır ki, Nərminə xanımın aldığı maaşla Ağ şəhərdə, Kömürçü bazarının yanında, şəhərin müxtəlif yerlərində yerləşən əmlakları tərs mütənasibdir. ( bununla bağlı xüsusi araşdırmamız davam edir, tezliklə sizə təqdim edəcəyik ) Onun məmur maaşı ilə bu mülklərə sahib olmaq üçün əsrlərlə vaxt lazımdır. Şikayətçilər maraqlanır ki, bəlkə, Nərminə xanım zaman maşınında səyahətə çıxıb, bizim xəbərimiz yoxdur.
Şikayətdə bir başqa diqqət çəkən məqam da direktorların təyin olunması prosesində baş verən özbaşınalıqlardır. Bu işdə ən çox "fəallıq" edən Nərminə xanımın hazırda ən yaxın köməkçisi, müavini Turanə xanımdır. İddia olunur ki, direktor təyin olunmaq üçün 150-200 min manat xərcə düşmək lazımdır. Ay nə bilim imtahandır, müsahibədir, boş şeydir. Əsas məbləğdir ki, onu düzəldən kimi olursan direktor.
Məlumat üçün bildiririk ki, Bakı İdman liseyinin direktoru Turanə xanımın qaynanası Tərminə Əsədovanın İdman Akademiyasına "qabiliyyət" imtahanı ilə bağlı qanunsuz əməllərindən yazı vermişdik. Təbii, hüquqi qiymət verilmək üçün həmin yazını Cənab baş prakurora ünvanlayacağıq.

Nazir mavini Həsən Həsənlinin adı keçir...

Bir də qurunun oduna yaşın yanmağı daha dəhşətlidir. Baxırsan adam çalışır, nəsə eləmək istəyir, amma imkan vermirlər. Bəli, Nazirlikdə ümumtəhsil sahənin cavabdehi Həsən Həsənlinin təhsil naminə nələrsə etmək istədiyini az-çox bilirik. Di gəl ki, adını çəkdiyimiz "reformistlər" addımbaşı onun kölgəsini qamçılayır, etmək istədiklərinə də kölgə salırlar. Əvvəllər deyərdilər filan yerdə ikitirəlikdir. Məni qınamayın, ETN-də beş-on tirəlik hökm sürür. Nazirin müavini Həsən müəllim də qalıb bu tirələrin arasında əlacsız. Lap "O olmasın bu olsun" filmindəki kimidir:
-Sənə deyirəm oxu,alə
-Sən öl səsini çıxarsan gülləni təpənə çaxaram.
Bax beləcə oxu-oxuma dilemması qarşısında təhsilimiz məhv olur.

Eşqi Bağırovun isə ağzı "fermanın yağı" ilə yaxşı-yaxşı yağlandığı üçün necə deyərlər, gözü kölgəlidir. Kimsəyə söz demək iqtidarında deyil. O ki qaldı cənab Əmrullayevə, başı bərk qarışıqdır, Nihad kimi qohum-əqrabasının zibillərini təmizləməklə məşğuldur, böyük haqq-hesablara başı qarışan nazir Emin Əmrullayev, haqq-hesabını əməlli-başlı itirib, deyirlər....

Mikayıl Cabbarov, axı cənab prezidentimiz sizə daha çox etimad göstərir...

Allahdan gizlin deyil, sizdən nə gizlədəcəm, hər kəs bilir, Əmrullayevin nazir postuna olan təqdimatı çox hörmətli cənab Mikayıl Cabbarov tərəfindən verilib. Bu gün geniş miqyasda kütləvi narazılıqları nəzərə alsaq, Cənab Cabbarov sizə elə gəlmir ki, nazir təqdimatını yeniləməyin vaxtı çoxdan çatıb? Axı cənab prezidentimiz sizə daha çox etimad göstərir...
Diqqət çəkən məqam ondan ibarətdir ki, şikayətçilər bildirirlər ki, Nərminə xanımın idarəyə rəhbərlik etdiyi iki il müddətində vəziyyət gündən-günə pisləşib. Məktəblərdə şıdırğı alver gedir, tədrisin səviyyəsi olduqca aşağıdır. Şagirdin məktəbə qəbulundan tutmuş attestat almasına qədər bütün mərhələlərdə pul əsas rol oynayır. Əlbəttə, bu işlərdə ona yaxından kömək edən0, daima "ünsiyyətdə" və yaxın olduğu məktəb direktorları və müavinləri var . O cümlədən, "xüsusi canfəşanlıq" edənlər içərisində 56, 93,189-190 nömrəli məktəb rəhbərlərinin və digərlərinin adları keçir. ( bu barədə də araşdırmalarımız davam edir, siyahı geniş ola bilər. Tezliklə sizə təqdim edəcəyik. )
Nərminə müdirin göstərişi ilə şərlənərək işdən çıxarılan direktor müavini ali məhkəmədə qalib gəlir. Ədalət prinsipləri pozan Nərminə xanım, sanki paytaxtın təhsil sistemini uçuruma aparmaqla onsuz da bərbad günə qalmış ETN-Emin Əmrllayevin fəaliyyətini sabotaj edir, zərbə altında qoyur.

FOTOQRAFIN çəkdiyi şəkil kimi...

Bir məmur öz rəhbərinə qarşı nə qədər etibarsız olmalıdır ki, belə üsula əl atsın ? Bir də deyirlər ki, bu etibarsızlığın kökündə illər öncə yarımçıq qalmış bir hekayənin izləri dayanır. Lap Moşu deyəndəndir, “xalqının şair oğlunu bir dılğır üzüyə dəyişən milsəner indi onun bütün oxucularını şübhə altına aler...” İndi bilmirik, söhbət məhəbbətin qüdrətindədir, yoxsa qüdrətin məhəbbətində. Hər nədisə, adam dolaşıb qalır, lap FOTOQRAFIN çəkdiyi şəkil kimi...
Biz də bu sualları cavablandırmalı olan şəxslərə ünvanlayırıq. Şikayət məktubunda işıqlandırılanlar Azərbaycan təhsili üçün üz qarası, böyük eyibdir. Eyibimizə nə vaxta qədər kor olub oturacağıq ?

KONFRANSDA DAVA... ELMİN "VAĞZALISI" ÇOXDAN ÇALINIB

Bəli dostlar, Yeni dərs ilinin başlanmasına sayılı günlər qala ölkə boyunca pedaqoji ictimaiyyətin ənənəvi konfransları keçirilir. Sovetdənqalma belə konfranslar adətən palatka toylarını xatırladır. Məclisə toplaşanlar bəy-gəlinin şəninə gurultulu sağlıqlar deyirlər, qonaqlar alqışlayırlar, axırda da çoxdan bir-birini görməyən ,"pedaqoqlar'' atışıb, yeyib-içməyə gedirlər. Saytlarda palazqulağı yazılar, rəngarəng şəkillər sıralanır, beləcə Azərbaycan təhsili növbəti möhtəşəm uğuruna imza ataraq dünya reytinqlərini alt-üst edir.
Elə bu günlərdə BŞTİ də "qonşudan qalma geri” prinsipi məkan olaraq 20 saylı məktəb-liseydə belə bir konfrans keçirib. Hamımız bilirik ki, həşəmətli təhsilimiz son illər ancaq feysbuk səhifələrində sürətli inkişaf edir. Məktəblər ancaq adı olub, özü olmayan tədbirlərdən şəkil çəkdirib paylaşmaqla məşğuldurlar. Təhsil ocaqları artıq fotoatelyeləri xatırladır. Müəllimlər də, şagirdlər də artıq hansı tədbirdə hansı pozada otarmağı, necə gülümsəməyi əzbərləyiblər.
Əlqərəz, başınızı çox ağrıtmadan keçək əsas məsələyə. BŞTİ-nin konfransı tarixi ənənələrimizi, milli folklorumuzu özündə yaşadan bir tədbir olub. Toy desən toymuş, yas desən yas. Yas ona görə deyirik ki, “ölənin dalınca pis söz danışmazlar” prinsipini əsas tutan BŞTİ rəhbərliyi rəhmətlik təhsilimiz haqqında ancaq xoş xatirələrini paylaşıblar, kövrəliblər.
Amma tədbir tarixi palatka toylarımızın bütün şanlı ənənələrini özündə yaşadıb. Bircə kasa bozbaşı, bir də Hövsan soğanı çatışmayıb. Tədbirdəkilər özlərini toy sahibinə şirin salmaq üçün söz savaşına çıxıblar. “İçək həmin sağlığa” sayağı çıxışlar bir-birini əvəz edib. Tribunaya çıxanlar paytaxt təhsilinin inkişafından, qazanılan uğurlardan o qədər odlu-alovlu danışıblar ki, kondisionerlər belə bu hərarətə tab gətirməyərək sıradan çıxıblar. Hətta deyilənə görə, "Mozalan"ın məşhur səhnəciyində olduğu kimi qızışıb iki dəfə danışanlar da olub. “Mən hələ danışmamışam”, “mənim ürəyim doludur” deyənlərin hayqırtısı 20 saylı məktəbin divarlarını titrədib.
Çıxışlar da ki. ənənəvi bəy tərifindən o yana keçməyib. Sadəcə bəy tərifinin nəmər yığma mərasimini sonraya saxlayıblar. Deyilənə görə, səsləndirilən təriflərdən xoşhal olan BŞTİ rəhbəri Nərminə xanım neçə dəfə kövrəlib, pəjmürdəhal olub, bu baxımdan on dəqiqəlik çıxışıyla məclisi yola verib. Əvəzində sevimli müavini Turanə xanım təxminən bir saatlıq fantastik çıxışıyla hər kəsi inandırmağa çalışıb.
Ancaq binəva 20 saylı məktəbin daş-divarının dili olmayıb ki, dillənsin. Cənab Həsən Həsənli, desin ki, ay cənablar, xanımlar, bu sözləri gedin palatkada, şadlıq evində danışın, bu sağlıqları orda deyin. Axı mən məktəbəm, tarixi ənənələrim var. Bu dediklərinizin mənə, mənim kimi maketi qalan minlərlə məktəbə aidiyyatı yoxdur. Siz hansı uğurdan danışırsınız, hansı nailiyyətlə öyünürsünüz ? Xəbəriniz var ki, məni-məktəbi öldürmüsünüz, oturub üstümdə ağlamaqdan, bir-birinizi tərifləyirsiniz? Elə təhsilə toyxana təfəkkürüylə yanaşdığınız üçün elmin “Vağzalı”sı çoxdan çalınıb...
Amma neyləyəsən ki, daş-divardan səs çıxmır. Daşa dönmüş ürəklər isə bundan istifadə edərək o ki var özlərini tərifləyiblər. Hətta toyun axırında milli adət-ənənələrimizə uyğun olaraq dava da düşüb. Sadəcə qonaqlar bu dəfə nədənsə Rüstəm bəyi döyməyiblər. Heç Gülnazla Sərvərdən də xəbər yoxdur.
Bax belə, əziz oxucum. Növbəti tamaşanın, şounun şahidi olduq. Azərbaycan təhsilini palatka toyuna döndərənlərin novbəti məzhəkəsi də arxada qaldı. Amma heç nə dəyişmədi, çünki sağlıqlar da eynidi, tamadalar da. Odur ki, məcburuq içək həmin sağlığa...Hələ ki...

Nicat Mahmudov









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru