
"Azərbaycan iqtisadiyyatında neft sektoru mühüm yer tutur bunu hamı bilir. Neftin dünya bazarındakı qiymətinin yüksək olması ölkənin neft gəlirlərinə birbaşa təsir edən əsas amillərdən biridir bunu da bilən bilir çünkü neft 120 dolları keçib..." "DİA-AZ" xəbər verir ki, bunu SOCAR rəhbərliyinə ünvanlanmış müraciətində sözügedən qurumun işçisi Zamiq Əliyev qeyd edib.
Müraciətdə daha sonra bildirir: "Belə bir şəraitdə neft sənayesində çalışan işçilərin, xüsusilə uzun illər bu sahədə əmək fəaliyyəti göstərən neftçilərin əməkhaqlarının dəyişməməsi ciddi sosial və maddi problemlər yaradır.
Neftçinin əmək haqqının 5 ildən artıq müddətdə artırılmaması ilk növbədə onun real gəlirinin azalmasına səbəb olur bunu da hamı həyatında görür.Çünki həmin müddət ərzində ərzaq, kommunal xidmətlər, nəqliyyat, geyim, təhsil və digər gündəlik xərclərin qiymətləri yüksəlir.Nominal maaş eyni qalsa da, həmin maaşla əvvəlki illərlə müqayisədə daha az məhsul və xidmət almaq olur.Nəticədə işçinin alıcılıq qabiliyyəti zəifləyir mağmıl günə düşür.
Digər mühüm məsələ inflyasiyanın əmək haqqına təsiridir. Məsələn, bir neftçinin maaşı bir neçə il əvvəl onun ailəsinin əsas ehtiyaclarını ödəməyə kifayət edirdisə, qiymətlərin davamlı artması nəticəsində həmin məbləğ artıq əvvəlki imkanları yaratmır. Bu vəziyyət işçinin ailə büdcəsinə əlavə təsir göstərir və onun qənaət etmək, gələcək üçün vəsait toplamaq imkanlarını olmur yəni evində beş parası qalmır.
Əmək haqqının uzun müddət dəyişməməsi əməyin dəyərinin azalması hissini yaradır. Neft sənayesi ağır, məsuliyyətli və müəyyən hallarda riskli əmək tələb edən sahələrdən biridir. İşçinin təcrübəsi və peşəkarlığı illər keçdikcə artır. Lakin əmək haqqı bu inkişafı və həyat şəraitindəki dəyişiklikləri nəzərə almırsa, işçidə əməyinin lazımi səviyyədə qiymətləndirilmədiyi düşüncəsi yaranır yəni neftin qiyməti artır nefçinin dəyəri azalır.
Neftin qiymətinin yüksək olması isə məsələyə başqa aspektdən yanaşmağa əsas verir. Neft qiymətləri yüksəldikdə ölkənin neft gəlirlərinin artması gözlənilir. Buna görə də neft sənayesində çalışan insanların əmək şəraitinin və gəlirlərinin onların gördüyü işin əhəmiyyətinə uyğun şəkildə qiymətləndirilməsi mühüm məsələdir
Yəni əmək haqqını artırın... biz KÖLƏ deyilik..."
























