"9-cu zonun (9 saylı cəzaçəkmə müəssisəsinin) xəbərləri səngimir..." "DİA-AZ" xəbər verir ki, bu barədə tanınmış jurnalist Əvəz Zeynallı özünün sosial şəbəkə hesabındakı paylaşımında həyəcan təbili çalır.
Jurnalist daha sonra fikrini həyəcanlı şəkildə davam etdirir: "Rəis Rəşad orada bir istibdad rejimi qurub. Bütün çiy ərzaqları qadağan edib, bu, onu qane etməyib, indi Allahın yumurtasını belə qadağan edib. Dustağa kilkidən, soyutma kartofdan və kahıdan başqa son bir ildir yemək verilmir. İmkan da vermir ki, hər kəs özü üçün ərzaq gətirsin. Belə rəzalət olmamışdı Penitensiar Xidmətdə.
Rəis Rəşad zonun üfunət qoxuyan kanalizasiyasını düzəltdirmir. Kanalizasiya yeməkxananın qarşısında göllənib və iy-qoxudan heç nə etmək mümkün deyil.
Rəşad Qazi demir, dustaq demir, şəxsən işgəncədə iştirak edir. Özü döyür dustaqları. Hətta aclıq edən dustağı belə şəxsən "cəzalandırıb". Tam qoçuluq edir və hamıya da deyir ki, kimə istəyirsiniz gedin, şikayəti edin.
Hər halda Rəis Rəşadı tibbi müayinədən keçirmək lazımdır. Bəlkə bir rahatsızlığı var? Həm Penitensiar Xidmət, həm də Ədliyyə Nazirliyi bu haqda düşünməli və əməli addımlar atmalıdır..."
























