Sabunçu rayonunda yerləşən “Kəngərli” ət dükanının əməkdaşı Zabit Quliyev iddia edir ki, idman federasiyasında çalışan Fariz Ramizzadə adlı şəxs onların fəaliyyətinə mane olur və müxtəlif şəxslər vasitəsilə onları mütəmadi olaraq təhdid edir. "DİA-AZ" bildirir ki, artıq özbaşınalığın pik həddi ilə üz-üzə qaldığını iddia edən narazı vətəndaş əlaqədar qurum və təşkilatlardan kömək istəyir.
Şikayətçinin sözlərinə görə, dükan rəsmi olaraq Əli Səmədov adlı şəxsə məxsus olsa da, Fariz Ramizzadə obyektin ona aid olduğunu bildirərək çalışanlara təzyiq göstərir.
Quliyev iddia edir ki, Ramizzadə dəfələrlə dükana gələrək onların satış fəaliyyətinə mane olub, hətta müştərilərin yanında əməkdaşlara qarşı hədə-qorxu xarakterli ifadələr işlədib.
Qeyd edək ki, Sabunçu rayonuna Adil Vəliyev rəhbərlike dir və qeyri-rəsmi iddialara görə, Fariz Ramizzadə də məhz başçı ilə əlaqədar şəxsdir.
Məsələ diqqətimizdədir...
























