İllərdir maaşları yerində sayan və bguna paralel olaraq əlavə qazancları belə kəsilən sıravi neftçilər sanki bir-iki səriştəsiz SOCAR məmurunun əlində oyuncağa çevriliblər. Bu faktdır və tanınmımış hüquq müdafiəçisi, Neftçilərin Hüquqlartının Müdafiəsi Təşkilatının (NHMT) sədri Mirvari Qəhrəmanlının açıqladığı növbəti məlumatda da anoloji hal müşahidə olunur...
"DİA-AZ" olaraq NHMT sədrinin özünün sosial şəbəkə hesabınd apaylaşdığı növbəti neftçi gileyini təqdim edirik.
"SOCAR Azneft İB Neft Daşlarında növbə dəyişimində neftçilər növbəti problemlə üzləşib. Rayonda yaşayan işçiləri əvvəl Bakıya çağirib, sonra "gedəsi olmadınız" deyib onları geri qaytarmaq!? İşçilərə verilən bu əziyyət məqsədyönümlüdür?! Niyə?" deyə sual edən Mirvari Qəhrəmanlının təqdimatında neftçilər yazır:
"İşçilərə bilərəkdən əziyyət verilir. Rəsmi məlumatda 1.3-1.8 metr dalğa veriblər, 1 həftədir hamı bilir ki, ayın 17-dən küləklər başlayır, 90% gəmi olmayacaq. Dünən proqnozda yazıblar ki, dalğa 1.3-1.8 metr olacaq , rayondan gələn işçilər Bakı ətrafında olsunlar. Hamı gəlib.... hərə bir yerdə gözləyir.
İndi qrupda yazdılar ki, hava şəraiti ilə əlaqədar növbə dəyişilməyəcək. Bunu 3 gündü hamı bilir ki, belə olacaq, bu halda dalğanı 1.3-1.8 yazıb camaatın əsəbi ilə oynamaq kimin marağındadır? Onda zəhmət çəkin, dəyişin növbəni bu dalğada.... 90% işçilər... hamı Bakıdadır. İndi də dedilər qayıdın rayona. Ayın 20-nə kimi gəmi olmayacaq..."
























