Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

Bərdədə baytarlıq nəzarəti haradadır? - QİDA sədri Qoşqar Təhməzlinin menyusuna...
Tarix: 19-09-2026, 06:04 | Çap et

 500 cücə, üç uşaq və cavabsız qalan suallar
"Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi sədri Qoşqar Təhməzlinin diqqətinə çatdırmaq istəyirəm: bu ilin fevral ayında 500 ədəd cücə aldım. Məqsədim sadə idi - aylarla zəhmət çəkib onları böyüdəcək, sentyabrda məktəblər açılanda sataraq üç övladımın məktəb xərclərini qarşılayacaqdım. Bu, mənim üçün biznes layihəsi yox, ailəmin dolanışığına kiçik bir ümid idi..." "DİA-AZ" xəbər verir ki, bunu öz etiraz dolu müraciətində jurnalist Xəyyam Salmanzadə qeyd edib.
O daha sonra bildirir: "Lakin sentyabrın əvvəlində cücələr arasında qəfil xəstəlik yayıldı. Baytar axtarmağa başladım. Araşdırdıqca daha böyük bir problem qarşıma çıxdı: cücələrin vaxtında peyvənd olunmadığı bildirildi. Əgər bu doğrudursa, sual yaranır: dövlətin baytarlıq və peyvəndləmə sistemi haradadır? Dövlət vəsaiti ayrılırsa, bu vəsaitin real nəticəsi niyə vətəndaşın təsərrüfatında görünmür?
Baytar həkim axtarışında isə Bərdədə vəziyyət heç də ürəkaçan olmadı. İddialara görə, rayon üzrə ayrılan baytarların sayının azlığı və onların əlçatan olmaması vətəndaşı çarəsiz vəziyyətdə qoyur. Mən də çıxış yolu kimi baytarlıq apteklərinə üz tutdum. Hər gün baha qiymətə müxtəlif preparatlar aldım. Amma nəticə nə oldu? 500 cücənin hamısı tələf oldu.
Bundan sonra Bərdədə fəaliyyət göstərən baytarlıq aptekləri ilə bağlı özüm araşdırma aparmağa başladım. Qarşıma çox ciddi suallar çıxdı. Bəzi preparatların üzərində istifadə qaydası və son istifadə tarixinin göstərilmədiyi, satış zamanı kassa çekinin verilmədiyi, bəzi apteklərdə isə çalışan şəxslərin müvafiq ixtisasa malik olmadığı barədə iddialar var. Əgər bunlar doğrudursa, belə məhsullar necə satışa çıxarılır?
Daha bir ciddi sual: Bərdədə baytarlıq apteklərinə kim nəzarət edir? AQTA-nın regional strukturları bu obyektlərdə sonuncu dəfə nə vaxt yoxlama aparıb? Hansı preparatlar laborator müayinədən keçirilib? İstifadə müddəti, tərkibi və mənşəyi şübhə doğuran dərmanlarla bağlı neçə protokol tərtib olunub? Yoxsa vətəndaşın heyvanları kütləvi şəkildə tələf olduqdan sonra məsələ heç kimin marağında deyil?
AQTA - nın Qarabağ regional bölməsinin rəhbərliyi də bu suallara cavab verməlidir. Regional rəhbər Vüqar Zeynalovun rəhbərlik etdiyi strukturun Bərdədə baytarlıq apteklərinə nəzarəti hansı səviyyədə həyata keçirdiyi ictimaiyyət üçün maraqlıdır. Əgər nəzarət aparılıbsa, nəticələr niyə açıqlanmır? Əgər aparılmayıbsa, səbəb nədir?
Qoşqar müəllim, məsələ artıq mənim 500 cücədən ibarət şəxsi zərərimdən çıxıb. Burada insanların sağlamlığına gedən yolun başlanğıcında duran baytarlıq nəzarətindən söhbət gedir. Bu gün keyfiyyətsiz və mənşəyi bəlli olmayan preparat heyvanı tələf edirsə, sabah həmin nəzarətsizliyin nəticəsi insan sağlamlığı üçün daha ciddi problem yarada bilər.
Mən şəhid qardaşıyam. Himayəmdə 78 yaşlı anam, üç övladım var və onlardan biri anadangəlmə xəstədir. Mən həmin 500 cücəni böyüdərkən heç kimdən yardım istəmirdim. Öz zəhmətimlə övladlarımın məktəb xərclərini ödəmək istəyirdim. Amma bu gün nəticədə üç övladım məktəbə məyus halda gedə bilmədi. Onların gözündə isə bir sual var: “Ata, indi nə edəcəyik?”
Mən də həmin sualı bu gün QİDA sədrinə ünvanlayıram: Qoşqar müəllim, indi biz nə edək? 500 cücənin tələf olması ilə bağlı kim cavab verəcək? Baytarlıq apteklərində satılan preparatlara kim nəzarət edir? Peyvəndləmə ilə bağlı ayrılan dövlət vəsaitinin taleyini kim araşdıracaq? Mən kompensasiya dilənmirəm. Mən araşdırma, nəzarət və məsuliyyət tələb edirəm.
QİDA bu məsələyə münasibət bildirməlidir. Bərdədə baytarlıq aptekləri yoxlanılmalıdır, preparatların mənşəyi və keyfiyyəti araşdırılmalıdır, peyvəndləmə ilə bağlı iddialara aydınlıq gətirilməlidir. Əgər mənim dediklərim əsassızdırsa, bunu da rəsmi şəkildə ortaya qoysunlar. Əgər doğrudursa, məsul şəxslər barədə tədbir görülsün.
Çünki məsələ artıq 500 cücə məsələsi deyil. Məsələ bir atanın üç övladının məktəbə gedə bilməməsi, dövlət nəzarətinin işləyib-işləməməsi və vətəndaşın haqqının yerdə qalıb-qalmamasıdır..."








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru