"SOCAR şirkətinin yeni prezidenti və köməkçiləri öz aylıq məvaciblərin qaldırıb və orta məmumurların da əmək haqqılarını artırmısınız..." "DİA-AZ" xəbər verir ki, bu ifadələr bu il də maaşları artmayan SOCAR işçiləri adından edilən müraciətdə yer alıb.
Müraciətdə daha sonra deyilir: "İllərdi dənizın müxtəlif yerlərində min bir əziyyətlə çalışmışıq... aldığımız əmək haqqı süpürgəcinin aylıq məvacibidir.
Cənab Rövşən Nəcəfli, siz yaxşı olardı işçilərin əziyyət haqqılarını dəyərləndirəsiniz. Nə üçün biz küləkli, soyuq, rütubətli dənizdə çalışaq və aldığımız məvacib bizə catmasın? Hansı ədalətdən danıamaq olar?
Yadınzda qalsın, fəhlə və usta olmasa, sizlər də olmazsınız... artırın aylıq əmək haqqını... utanırıq aldiğımız puldan... 10 günə belə çatmır..."
























