Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU .....                     Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən .....                     Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir .....                     Bu peçenyelərin tərkibində zərərli əlavələr var? .....                     Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb .....                     İranın daxili işlər naziri Bakıya gəldi .....                     TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı .....                     Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib .....                     “TikTok” və “Instagram”ın işində problem yarandı .....                     Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi .....                     "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ .....                     İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib .....                     Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur .....                     50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ .....                     Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU .....                     “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI .....                     Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır .....                     Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular .....                     "Ramiz Mehdiyev zəng edib sildirirdi" .....                     Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb .....                     ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb .....                     ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək .....                     Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü .....                     Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? .....                     "Ziyalılar birlik nümayiş etdirməlidir" .....                     Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? .....                     Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək .....                     Burada müştərini nəzərə alan yoxdur .....                     "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." .....                     Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ .....                     "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" .....                     Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub .....                     Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? .....                     AZCON Holdinqdə YENİ TƏYİNAT .....                     “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” .....                     1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... .....                     "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" .....                     Fransada prezidentliyə namizəd hücuma məruz qalıb .....                     “Azərbaycanı təhlükə kimi görürük” .....                 

Qarabağ əlilləri necə “yoxa çıxır”? - Döyüşdə vurulan yaralar, kabinetlərdə itirilən statuslar
Tarix: 23-09-2026, 06:53 | Çap et

Müharibə statistikası yalnız cəbhədə vurulan raketlərin, atılan mərmilərin və azad edilən strateji yüksəkliklərin sayından ibarət deyil. Müharibənin ən çətin və ağrılı statistikası döyüşlər bitdikdən, zəfər marşları susduqdan və səngər toz-torpağı yatdıqdan sonra başlanır. Bu ağır yük şəhid ailələri ilə bərabər ömrünün qalan hissəsini qəlpələrlə, kəsilmiş ətraflarla, ağır xroniki ağrılarla və psixoloji travmalarla yaşamağa məcbur olan insanların çiyninə düşür.

Lakin son illərdə Azərbaycanda hərbi əlilliyin qiymətləndirilməsi sahəsində baş verənlər tibbi və məntiqi qanunauyğunluqları alt-üst edən acı bir reallığı ortaya qoyur: Ölkədə müharibələrin və yaralıların sayı kütləvi şəkildə artdığı halda, sənəd üzərində hərbi əlillərin sayı ilbəil kəskin şəkildə azaldılır.

Rəsmi rəqəmlər və absurd statistika: 13 min yeni yaralı hara yox oldu?

Statistikanın dili amansızdır və rəsmi faktlar göz qabağındadır:

Birinci Qarabağ Müharibəsi (1988–1994): 50 000-dən çox yaralı hərbi qulluqçu;

İkinci Qarabağ Müharibəsi (2020): 11 000-dən çox yaralanmış hərbçi;

Aprel döyüşləri (2016), Günnüt (2018), "Qisas" (2022), Sentyabr döyüşləri (2022) və Antiterror əməliyyatı (2023): 1 500-dən çox yeni yaralı kontingenti.

Beləliklə, rəsmi məlumatlara görə, təkcə 2020–2023-cü illər arasında 13 000-ə yaxın hərbçi yaralanıb və ya xəsarət alıb. 2018-ci ildə ölkədə 24 500 müharibə əlili qeydiyyatda idisə, 2020-ci ilin 44 günlük müharibəsindən və sonrakı intensiv əməliyyatlardan keçib bu günə gəldikdə bu rəqəmin ən azı 30–35 minə çatacağı gözlənilirdi.

Lakin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) statistikası tam əks dinamikanı göstərir: müharibə əlillərinin ümumi sayı artmaq əvəzinə kəskin şəkildə düşərək 19 181 nəfərə enib. 13 min nəfərlik yeni yaralı ordusunun fonunda bu "qeybdən azalma" tibbi möcüzə deyil, inzibati aparatın yaratdığı süni baryerlərin nəticəsidir.

İkiqat bürokratik sədd: TƏBİB və ƏƏSMN süzgəci

Əlillik dərəcəsinə gedən yol TƏBİB-in tabeliyində olan tibb müəssisələrindən keçir. Çünki ƏƏSMN-in elektron bazasına göndərilən "Forma-88" göndərişini poliklinikaların Həkim-Məsləhət Komissiyaları (HMK) tərtib edir:

Cəbhədən ağır zədələrlə qayıdan veteranlar poliklinika qapılarında aylarla sənəd toplamağa məcbur edilir;

TƏBİB həkimləri çox vaxt məsuliyyətdən qaçmaq və ya inzibati təzyiqlər səbəbindən hərbçinin real sağlamlıq vəziyyətini sənədlərdə tam göstərmir, ağrıları "ümumi profil" kimi qeyd edirlər;

Post-Travmatik Stress Pozuntusundan (PTSSR) əziyyət çəkən hərbçilərə sadəcə "nevroz" diaqnozu qoyulur və bu diaqnozla onların əlillik alması imkansızlaşdırılır.

Beləliklə, nəticədə TƏBİB müəssisələri müharibə iştirakçısına dəstək olan tibb ocağı deyil, onun ƏƏSMN-ə çatana qədər enerjisini və inamını tükəndirən bir bütöv bürokratik filtr rolu oynayır.

Kabinet elektronlaşması (Forma-88 filtrasiyası)

Canlı həkim müayinəsi ləğv edilərək mərkəzləşdirilmiş elektron sistemə keçildi. Komissiya həkimləri yaralı veteranı görmür, yalnız sistemə yüklənən "Forma-88" sənədinə baxırlar. Döyüş şəraitində yazılmış sənədlərdəki kiçik formal kənaraçıxmalar kütləvi imtinalara yol açdı və imtina göstəriciləri bəzi dövrlərdə 40–50%-ə çatdı.

2022-ci ilin iyul islahatı: Qanunvericilik və metodoloji boşluqlar

2022-ci ilin iyul ayından etibarən tətbiq olunan yeni qaydalarla ənənəvi I, II və III qrup əlillik dərəcələri ləğv edildi, bunun əvəzinə "orqanizmin funksiyalarının itirilməsi faizi" tətbiq olunaraq minimum əlillik həddi 31% müəyyən edildi. Lakin həm aparılan hüquqi tədqiqatlar, həm də praktiki müşahidələr yeni qaydaların ciddi boşluqlarını üzə çıxarır:

a) "Deklarativ" funksionallıq

Yeni sistemin əlilliyi yalnız tibbi göstəricilər əsasında deyil, paralel olaraq fərdin funksional imkanlarının (özünəqulluq, sərbəst hərəkət, ünsiyyət və s. kimi 7 meyar üzrə) qiymətləndirilməsi ilə müəyyən etdiyi deyilir. Lakin reallıq göstərir ki:

Qiymətləndirmə yenə də sırf tibbi diaqnoza əsaslanır. Eyni zamanda komissiyalara peşə terapevtləri və sosial işçilər cəlb olunmayıb;

Fərdin funksional imkanlarının hansı normativlərlə qiymətləndiriləcəyinə dair təfsilatlı təlimat sənədi ümumiyyətlə yoxdur.

b) Təfsilatsız meyarlar və şəffaflıq problemi

Mövcud "Əlilliyin müəyyən olunması meyarları"nda yalnız xəstəliyin adı və qarşısında faiz göstərilir, ətraflı metodiki izah verilmir.

Məsələn, 7 yaşa qədər anadangəlmə və ya qazanılmış ağır eşitmə və nitq pozuntusuna görə 60% əlillik təyin olunur, lakin bunun başqa heç bir tibbi göstəricisi qeyd edilmir. Qardaş Türkiyə təcrübəsində isə analoji təlimatda qalıcı eşitmə qüsurlarının formaları, binaural eşitmə itkisinin hesablanması cədvəlləri və əlillik dərəcələrinin dəqiq riyazi formulları təfərrüatlı şəkildə verilir ki, bu da prosesin şəffaflığını və etibarlılığını təmin edir.

c) Yanaşı xəstəliklərin hesablanmasındakı ədalətsizlik: "Baltazard" metodu niyə yoxdur?

Mövcud "Əlilliyin qiymətləndirilməsi Qaydası"nın 1.11-ci maddəsinə görə, şəxsdə bir neçə yanaşı xəstəlik olduqda, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi yalnız ən yüksək göstəricini götürür və üzərinə cəmi 10 faiz əlavə edir.

Türkiyə və digər mütərəqqi beynəlxalq təcrübələrdə isə "Baltazard" adlanan xüsusi kumulyativ hesablama metodundan istifadə olunur.

Parameter / Şərait Azərbaycandakı Mövcud Qayda Türkiyə / "Baltazard" Metodu
Xəstəliklərin nəzərə alınması Yalnız 1 əsas xəstəlik + cəmi 10% Bütün yanaşı xəstəliklər kumulyativ xüsusi düsturla hesablanır
Nümunə (60%, 40% və 35% olan 3 xəstəlik) Ən yüksək (60%) + 10% = 70% Əlillik (2-ci dərəcə) Xüsusi düsturla = 84% Əlillik (1-ci dərəcə)
Sosial Təminat Nəticəsi Vətəndaş aşağı status və az ödəniş alır Vətəndaş 1-ci dərəcə əlillik və maksimum təminat alır

"Baltazard" Metodunun Hesablama Düsturu:

Ən yüksək faiz 100-dən çıxılır, alınan cavab 2-ci göstəriciyə vurulub 100-ə bölünür və 1-ci faizin üzərinə gəlinir.

3-cü xəstəlik olduqda, alınan yeni nəticə yenidən 100-dən çıxılaraq 3-cü göstəriciyə vurulur və əvvəlki rəqəmin üzərinə əlavə edilir.

30 il sonra gələn zərbə: I Qarabağ əlillərinin faciəsi

Sistemin tətbiq etdiyi ən ağrılı və sosial ədalət prinsiplərini tapdalayan addım isə 1990-cı illərin başında gənc yaşlarında I Qarabağ müharibəsində yaralanaraq əlil olmuş, hazırda 60–65 yaş həddinə çatmış veteranlara qarşı atıldı.

2018–2021-ci illər aralığında "saxta əlilliklərlə mübarizə" adı altında illərdir əlillik pensiyası alan on minlərlə veteranın işinə təkrar baxıldı:

1991–1994-cü illərin səhra hospital şəraitində yazılmış sənədləri, itmiş cəbhə arxivləri 30 il sonra 60 yaşlı veteran qarşısında tələb kimi qoyuldu. Dövlət strukturlarının vaxtında arxivləşdirmədiyi sənədlərin cəzasını yaşlı veteranlar çəkdi.

20 yaşında alınan ağır kontuziya, kəllə-beyin travması və ya qəlpə zədəsi 65 yaşında sağalmır. Qocalma prosesi həmin travmaların fəsadlarını daha da dərinləşdirir. 60 yaşlı insanın 30 illik hərbi əlilliyini "fiziki bərpa olunub" adı ilə ləğv etmək tibbi absurdur.

İxtiyar çağında müavinəti kəsilən I Qarabağ əlili birdən-birə sosial müdafiəsiz qaldı. Onlar təkcə maddi təminatdan məhrum edilmədilər, eyni zamanda daşıdıqları "Müharibə Əlili" şərəfli statusunu da bir qələm zərbəsi ilə itirdilər.

Ağır sosial-psixoloji fəsadlar

Bu inzibati "görünməzetmə" siyasəti cəmiyyətdə və hərbi kontingent arasında ağır sosial-psixoloji fəsadlara yol açır:

Post-Travmatik Stress Pozuntusundan əziyyət çəkən veteranın qapı-qapı gəzdirilməsi və elektronik imtina məktubları onun psixologiyasını dağıdır. Son illərdə müharibə iştirakçıları arasında baş verən intihar hallarının böyük əksəriyyəti məhz əlillik dərəcəsinin təyin olunmaması və ya ləğv edilməsi ilə bağlıdır.

Gələcək əsgər və zabit görür ki, vətən uğrunda sağlamlığını itirəcəyi təqdirdə, illər sonra dövlət aparatı onun sağlamlıq faizini "30%-dən aşağı" hesablayıb diqqətdən kənar saxlayacaq.

Təkrar müayinələrlə əlilliyi kəsilən I Qarabağ veteranına faktiki olaraq "sən 30 il saxta əlil olmusan" damğası vurulur. Bu, canını torpaq uğrunda qoyan insana vurulan ən böyük mənəvi zərbədir.

Problemin həlli üçün hansı addımlar atılmalıdır?

Bu sistemli bürokratik tıxanmanı və mənəvi-sosial ədalətsizliyi aradan qaldırmaq üçün dövlət səviyyəsində yarımçıq tədbirlər deyil, aşağıdakı konkret addımlar atılmalıdır:

1. Hüquqi və qanunvericilik islahatları

Hərbi yaralanmalar üzrə xüsusi qiymətləndirmə cədvəlinin qəbulu: Mülki xəstəliklə hərbi travmaya aynı meyarlarla yanaşma ləğv edilməlidir. Hərbi qulluqçular üçün ayrı, sadələşdirilmiş cədvəl təsdiqlənməli, 31%-lik minimum hədd hərbi zədələr üçün 15-20%-ə endirilməli və bədəndə qalan qəlpə, eşitmə itkisi kimi amillər birbaşa əlillik əsası sayılmalıdır.

Yanaşı xəstəliklərdə "Baltazard" metoduna keçid: Qanunvericilikdəki 1.11-ci maddə dəyişdirilməli, bir neçə zədəsi olan şəxslər üçün kumulyativ "Baltazard" hesablama metodu qanuniləşdirilməlidir.

I Qarabağ Müharibəsi əlillərinə ömürlük status: 1991–1994-cü illər müharibəsinin iştirakçısı olan və 50 yaş həddini keçmiş şəxslərin əlillik dərəcələri qanunla "toxunulmaz və ömürlük" elan edilməli, 30 illik arxiv sənədi tələbi ləğv edilməlidir.

Mütləq canlı müayinə hüququ: Elektron imtina verilməzdən əvvəl vətəndaşın canlı komissiya tərəfindən müayinə olunması məcburi edilməlidir.

TƏBİB və ƏƏSMN sistemində inzibati islahatlar

Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının (MHHK) verdiyi şəhadətnamə avtomatik olaraq ƏƏSMN üçün əsas sənəd kimi tanınmalı, TƏBİB poliklinikalarının HMK mərhələsi hərbçilər üçün ləğv olunmalıdır;

TƏBİB, ƏƏSMN, Müdafiə Nazirliyi həkimləri və müstəqil veteran təşkilatlarının nümayəndələrindən ibarət regional canlı komissiyalar yaradılmalı, anonim "kabinet həkimliyi" bitməlidir;

TƏBİB tabeliyində ixtisaslaşmış hərbi psixiatriya mərkəzləri açılmalı, döyüş stressindən yaranan ağır psixi pozuntular sadə "nevroz" adı ilə deyil, fəaliyyət qabiliyyətinin itirilməsi faizi kimi sistemə daxil edilməlidir.

Sosial təminat addımları

Əlillik dərəcəsi 31%-dən aşağı hesablandığı üçün təyin olunmayan veteranlar üçün "Hərbi Sağlamlıq Kompensasiyası" adlı xüsusi sosial ödəniş kateqoriyası təsis edilməlidir. Bundan başqa dərəcə verilməyən yaralıların gələcək xroniki ağrılarının, cərrahi əməliyyatlarının və psixoloji seanslarının xərclərini TƏBİB tam öz üzərinə götürməlidir.

Müharibə əlilliyi sosial yardım və ya dövlətin kimsəyə etdiyi güzəşt deyil - vətəndaşın dövlət və torpaq uğrunda itirdiyi bədən üzvünün, tökdüyü qanın və məhv olan sağlamlığının rəsmi tanınmasıdır. Büdcəyə qənaət etmək və ya "saxtakarlıqla mübarizə" adı altında hərbi əlillərin sayını kağız üzərində 24 mindən 19 minə düşürmək olar.

Lakin bu inzibati hiylə cəmiyyət içində gəzən protezli, qəlpəli, ağrılı və psixoloji sınmış minlərlə real insanı yox etmir. Sərhəddə vurulan yaraları kabinetdə formal "Forma-88" rəyləri ilə sağaltmaq mümkün də deyil, doğru da deyil.

pressklub.az









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Məktəblərdə münaqişə yaradan 37 nəfər HƏBS OLUNDU - TƏFƏRRÜAT
Bu gün, 12:57
• Nəsimi Musayevə görə korpus komandirinin müavini vəzifəsindən AZAD EDİLDİ
Bu gün, 12:27
• Azərbaycanda 18 ildir ki, bank özəlləşdirilmir - ŞƏRH
Bu gün, 12:24
• Bu peçenyelərin tərkibində zərərli əlavələr var? - FOTO
Bu gün, 12:22
• Gürcüstanda 400-dən çox Azərbaycan sərmayəli şirkət yaradılıb - KİV
Bu gün, 12:13
• İranın daxili işlər naziri Bakıya gəldi
Bu gün, 11:40
• TƏBİB-də yeni təyinatlar: Anar Bayramov əmr imzaladı - SİYAHI
Bu gün, 11:31
• Azərbaycanda ödəniş təşkilatının rəhbəri dəyişib - BUNDAN SONRA...
Bu gün, 11:28
• “TikTok” və “Instagram”ın işində problem yarandı
Bu gün, 11:21
• Bakıda torpağı qanunsuz zəbt edən 74 yaşlı qadın axtarışa verildi - MƏHKƏMƏ
Bu gün, 11:20
• "Adem İnşaat" xaricə valyuta köçürülməsinə görə CƏRİMƏLƏNDİ - QƏRAR
Bu gün, 11:11
• İlham Əliyev 23 illik prezidentlik dövründə daim şəhid ailələrinə, veteranlara qayğı göstərib - MƏQALƏ
Bu gün, 11:09
• Prezidentin siyasi peşəkarlığı uğurların əsasında durur - İsrafil Kərimovun yazısı...
Bu gün, 11:08
• 50 minlik şirkət “Azərsun”a BİRLƏŞDİ - DETALLAR
Bu gün, 11:06
• Bakıya uçan təyyarələr havaya qalxa bilmədi: PUA HÜCUMU - TƏFƏRRÜAT
Bu gün, 10:57
• “Azəriqaz” işçisinin hüquqlarını pozdu VƏ... - DƏMX hərəkətə keçdi
Bu gün, 10:52
• Azərbaycan İnvestisiya Holdinqində yeni direktor TƏYİNATI - FOTO
Bu gün, 10:49
• Bu mağaza mebel satmaq adı ilə vətəndaşları aldadır - FOTOFAKT
Bu gün, 10:46
• Rafael Dadaşovun yubileyində qızı və xanımı ayrı-ayrı yerlərdə oturdular - “Mən onları görmədim”
Bu gün, 10:26
• "Ramiz Mehdiyev zəng edib sildirirdi" - İDDİA
Bu gün, 10:17
• Xəzərin dibi ilə internet kabeli çəkən şirkət Azərbaycanda filial açıb
Bu gün, 10:16
• ​Xəzər rayonunda nöqsanlar müzakirə edilib, bir sıra şəxslər cəzalandırılıb - TƏFƏRRÜAT
Bu gün, 10:02
• ABŞ-nin Azərbaycandakı səfirliyi bu gün fəaliyyət göstərməyəcək - DİQQƏT
Bu gün, 10:00
• Ramiz Mehdiyevin kürəkəninin polkovnik qardaşı öldü - FOTO
Bu gün, 09:37
• Azərbaycanda bu təhsil ocaqları bağlanır: tələbələrin taleyi necə olacaq? - AKTUAL
Bu gün, 09:10
• "Ziyalılar birlik nümayiş etdirməlidir" - ÇAĞIRIŞ
Bu gün, 07:16
• Cəlilabadın icra başçısı NƏ DÜŞÜNÜR? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:12
• Macarıstan Ukraynaya hərbi yardım göstərməyəcək - Magyar BƏYAN ETDİ
Bu gün, 07:02
• Burada müştərini nəzərə alan yoxdur - DAHA BİR FAKT...
Bu gün, 07:01
• "21 gün keçib, hər dəfə bir bəhanə ilə günü uzadırlar..." - GİLEY
Bu gün, 06:54
• Azərbaycanlı jurnalistdən almanlara TARİX DƏRSİ - TƏFƏRRÜAT
Bu gün, 06:51
• "Heç kim deməyib ki, yetkin yaşlı şəxslərin gedin başını açın" - DİQQƏT: TƏXRİBATÇILAR İŞ BAŞINDA!
Bu gün, 06:40
• Fərid Axundzadə “Grand-Agro”da direktor təyin olunub - BUNDAN SONRA...
Bu gün, 06:28
• Azərbaycan iqtisadiyyatı dünya üçün nə qədər cəlbedicidir? - SİYAHI
Bu gün, 06:26
• AZCON Holdinqdə YENİ TƏYİNAT - ƏMR
Bu gün, 06:21
• “Vahid geyim ona görə yaxşıdır ki, heç kim bir-birindən seçilmir” - Nəzakət Teymurova
Bu gün, 06:18
• 1000 manatlıq yeməkdən qoxu gəlir, təmirsiz məktəb, qaytarılmayan pullar... - "Landau School"da BİABIRÇILQ
Bu gün, 06:11
• "Deməli, dövlət nəyisə bilir ki, bu qərarı verib" - Xalq artisti
Bu gün, 06:06
• Fransada prezidentliyə namizəd hücuma məruz qalıb - KİV
Bu gün, 06:04
• “Azərbaycanı təhlükə kimi görürük” – Keçmiş nazirdən Tehrana sərt mesaj
Bu gün, 05:57
• ABŞ Ukraynaya silah tədarükünü və kəşfiyyat məlumatlarının ötürülməsini dayandırmaqla hədələyib - “Financial Times”
Bu gün, 05:55
• MDB sammitinin gizli gündəmi nə olub? - AKTUAL
Dünən, 10:33
• Cəmi iki il işləyən şirkət həm qanunsuz pul köçürdü, həm vergi borcu yığıb bağlandı - TƏFƏRRÜAT
Dünən, 10:31
• "PMD Group"dan “Balakhanı Operating Company”ə departament direktoru keçdi - BUNDAN SONRA...
Dünən, 10:30
• Şəmkirdə DƏHŞƏT: qardaş qardaşı bıçaqladı - TƏFƏRRÜAT
Dünən, 10:25
• ABŞ Almaniyaya məhəl qoymur, gəlirləri Rusiya ilə bölüşəcək
Dünən, 10:23
• Azərbaycanda müğənni əməliyyatdan sonra öldü - Fotolar
Dünən, 10:22
• Ermənilər Putinlə Paşinyanın bu görüntülərini müzakirə edir - FOTO
Dünən, 10:20
• Ukrayna Rostovda strateji əhəmiyyətli dəmir yolu körpüsünü də vurdu... - "Yandeks"i də çökdürdü...
Dünən, 08:44
• ABŞ Konqresində Rusiya neftinin alınmasının qadağan edilməsi üçün qanun layihəsi hazırlanır
Dünən, 08:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru