
"Yenə qırırlar ağaclarımızı. Qəsdən qurudurlar. Çünki çox varlı bir adam orada otel tikir. Yeni Yasamal, Dadaş Bünyadzadə 5 ünvanındakı dərəbəylik bitmir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında paylaşan tanınmış jurnalist Zülfiyyə Mustafayeva əlaqədar qurum və şəxsləri təcili müdaxiləyə, tədbir görməyə çağırır.
Jurnalist bildirir: "Şikayət etdiyimiz yerlər ya qulaqardına vurur, ya da kimsə gəlib sadəcə yazıb gedir.
Məhv olan ağaclara görə varlı adamın ödədiyi cərimə də onun vecinə deyil. Pulu çoxdu.
Cəriməsini ödəyib qırır bizim ağacları.
Mütəşəkkil əlbir olub bu adamla bizim dövlət qurumları. Bizi çapırlar. Qırırlar. Qurudurlar.
Yasamal İcra Hakimiyyətinə 1 ay əvvəl şikayət etmişəm, heç adamı it yerinə qoymayıblar.
Fövqəladə da onların tayıdı.
Əlbir olublar bu varlı adamla, mütəşəkkil surətdə camaatı ələ salıblar.
Yiyəsizlikdi.
Bütün həmkarlarımı köməyə çağırıram. Yeni Yasamal, Dadaş Bünyadzadə 5 ünvanında baş verənlərə biganə qalmayın, xahiş edirəm..."
























