
"Qanun şahdır, yoxsa cənab Fərid Əliyev?" "DİA-AZ" xəbər verir ki, bu sualla çıxış edən Neftçilərin Hüquqlarının Müdafiəsi Təşkilatının (NHMT) sədri, tanınmış hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı daha sorna əlaqədar qurum və şəxslərə xitabən bildirir: "Əgər Əmək Məcəlləsinin Maddə 15.-də yazılıbsa ki, Əmək qanunvericiliyinə əməl olunmasına dövlət nəzarətini həyata keçirən orqan Dövlət Əmək Müfəttişliyi Xidmətidir, lakin , Müfəttişlik işçini məhkəməyə yönəltməyə çalışırsa, bu halda sualın cavabı da elə cənab Fərid Əliyevdədir..."
NHMT sədri bunun ardından hüquqları pozulan neftçilərdən birinin gileyini ictimailəşdirib. M.Qəhrəmanlının sosial şəbəkə hesabında belə qeyd olunur:
"Rövşən Heydərov yazır:
"Global Energy Qarasu" Əməliyyat şirkəti kadrlar rəisi Fərid Əliyev hec Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Əmək müfəttişliyinin məktubunu cavablandırmır... Dövlət Əmək Müfəttişliyi Xidməti məktub göndərir ki, maddə bu... cərimə bu... Ancaq cavab yoxdur! Yəqin Fərid Əliyevin güvəndiyi dağlar var...."

























