1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin rəisi Rafiq Ədilovun göstərişi ilə daha bir qanun pozuntusu baş verib. "DİA-AZ" bildirir ki, bu barədə nyus.az portalı xəbər yayıb.
Məlumatda deyilir ki, 1 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin işçiləri bir ay öncə Masalıdakı bir neçə istirahət mərkəzlərində olublar və bu zaman çöl aktı yazıblar. Amma çox təəssüflər olsun ki, çöl aktları idarədə ort-basdlr edilib. Bu da yayılan xəbərdə iddia olunur...
Ekologiya müfəttişləri Masallıda iş adamı kimi tanınan, Yol Idarəsinin müdiri Xudayar Rəhimova məxsus "Rexo" istirahət mərkəzi, "Çənlibel", "Mənzərə, "Zirvə" və digər yerlərdə olub sənədləşmə aparsalar da, idarədə Rafiq müəllimin göstərişi və diqtəsi ilə işçilərin qeydə aldığı bəzi qanun pozuntuları rəsmiləşdirilməyib.
Məlumatda deyilir: "Digər obyektlərə isə yüngül cəza nəzərdə tutan qeydlər yazılıb ki, adı olsun ki, yazıldı. Məsələn, çimərlik hovuzları, yeni tikililər və s. ört-basdır edilib..."
"DİA-AZ" vurğulayır ki, bütün bunların isə hansı maraqlar fonunda edildiyi artıq hər kəsə məlumdur. Yəqin ki, Ekologiya və Təbii Sərvətlər Nazirliyi bütün bunlardan xəbərsizdir. Bu ana qədər və artıq bilmiş hesab edək...
Məsələ diqqətimizdədir...
























