"Bu "Kapital bank"ın əlində qalmışam..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında Səbinə Əliyeva adlı istifadəçi yazaraq gileylənir.
O daha sonra başına gələnləri belə nəql edir: "Çox səhv eləmişəm ki, bu bankdan 2020-ci ildə kredit kartı götürmüşəm. Ay camaat, 6 ildi ödəyirəm, qurtarmır ki qurtatmır... 6 ildə kartda 300 manat pul yığılıb. İndi 200 manat qalıb. Deyirlər, məhkəməyə verəcəyık. Ödəniş eləmirsiniz. İşsizliklə əlaqədar 4 ay ödəyə bilməmişəm. Halbuki bu 6 ildə faiz 50 manat olarsa, gör mən nə qədər artıq pul ödəmişəm.
Mən də dedim ki, verin məhkəməyə... orada yəqin məni başa düşən olar. Bir də nəbadə "Kapital Bank"dan kredit kartı götürəsiniz... yoxsa mənim günümə düşərsiniz..."
























