
"Ömrümün 20 ilini məktəbdə muəllimliyə həsr etdim, təəssüf. İrəlidəki 20 ilimi xilas etmək ümidi ilə işdən ayrıldım..." "DİA-AZ" xəbər verir ki, bunu 64 saylı orta məktəbin biologiya müəlliməsi Aytəkin İmanova özünün sosial şəbəkə hesabında paylaşaraq təəssüf hiss ilə işlədiyi dövrü KÖLƏLİK ZƏNCİRİ ilə eyniləşdirib.
O daha sonra müraciətində belə davam edir: "Ərizənin məzmunu:
Yazıb sizə bildirmək istərdim ki, dövlət təhsil müəssisəsində olan pedaqoji fəaliyyətim ərzində sərf etdiyim əmək, stress və qazandığım məvacib arasında tarazlığın pozulması mənim həyat enerjimi tükətdi.
"Müəllimlik şərəfli peşədir" kimi mənəvi manipulyasiyanın təsiri altında ömrümün ən məhsuldar, enerjili illərini sərf etdim.
İndisə 20 illik köləlik zəncirimi qırmağa cəsarət edirəm. Xahiş edirəm, məni 11 sentyabr 2026-ci il tarixindən öz istəyimlə işdən azad edəsiniz..."
Hər halda bir təhsil işçisinin, bir ziyalının bu şəkildə qərar verməsi və işlədiyi müddətə - təhsil ocağındakı fəaliyyətinə KÖLƏLİK kimi qiymət verməsi bu gün ölkə təhsilinin başında durub onun anasını ağladanlar üçün HƏYƏCAN TƏBİLİ rolunu oynamalıdır...Oynamalıdır... Amma oynamır. Çünki cənab Əmrullayev də oxuduqlarının mahiyyətini bilməyənlərdəndir...
























