" "Bank of Baku" kampaniya keçirirdi ki, kredit kartı üzrə filan tarixdə nağdlaşdırma edilsə, komissiya tutulmayacaq və geri qaytarılması üçün 60 gün güzəşt müddəti olacaq..." "DİA-AZ" xəbər verir ki, bu barədə özünün sosial şəbəkə hesabındakı paylaşımında gileylənən Yunis Səmədov adlı istifadəçi bankı reklamdakı vədinə xilaf çıxmaqda ittiham edir.
Narazı vətəndaş daha sonra başına gələnləri belə nəql edir: "Mən də KREDİT kartından nağdlaşdırma etmişəm... 1770 manat götürmüşəm.
Ancaq indi baxıram ki, heç nə dəyişməyib və bu faiz hesablanan borc kimi görülür. Məndən hətta 36 manat komissiya tutublar..."
























