Məlum olduğu kimi, dünən Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatı Qəzənfər İsmayıl oğlu Abdullayev mandatdan məhrum edilib. Rəsmi açıqlamada onun mandatdan özünün imtina etməsi ilə bağlı ərizə yazdığı bildirilir.
"DİA-AZ" xəbər verir ki, 24 sentyabrda isə Qəzənfər Abdullayevin tutduğu vəzifədən - Naxçıvan Muxtar Respublikası Həmkarlar İttifaqları Şurasının sədrliyindən istefa verdiyi haqda məlumat yayılmışdı. Q.Abdullayevin istefa ərizəsinə Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının oktyabrın 8-də baxacağı deyilir.
Hələliksə, ancaq naxçıvanlı deputatın madnatından imtinası ilə bağlı rəsmi açıqlama yayılıb.
O zaman ortaya bir qual çıxır: Nədən birdən-birə Qəzənfər Abdullayevi hədəfə çevridilər?
Bu barədə "DİA-AZ"a ilginc məlumat daxil olub. Xəbəri verən qaynaq iddia edir ki, Qəzənfər Abdullayev neçə müddətdir ki həbsdədir. Mənbə iddia edir:
"O, mandatdan imtina ərizəsini də həbsdən yazıb. Həbs olunmasına səbəb isə indiki Naxçıvan hakimiyyətinin sifarişidir. Ceyhun Cəlilov onu sırf MALİYYƏ MARAQLARI səbəbindən hədəfə çevirdi və qısa müddətdə zərərsizləşdirdi. Əlavə hadisələr də baş verə bilər. Çünki vəziyyət hələ araşdırılır..."
























