“Abşeronneft“ Neft Qaz Çıxarma İdarəsinin rəisi Balaəli Cəfərov tərəfindən özünə yaxın olan bütün rəhbər vəzifədə çalışan işçilərin peşəkarlığa görə ödənilən əlavə ödənişlərini 18 % qaldırmışdır. Bu barədə "DİA-AZ"a daxil olan məlumatda deyilir.
Məlumatda həmzinin vurğulanır ki, bu qazanc artımı yalnız rəisə yaxın olan rəhbər şəxslərə şamil olunur.
Məlumatda deyilir: "Məlumdur ki, neftin çıxarılması, nəqlində birbaşa əməyi olan fəhlə neftçilərdir. Onların əmək haqqları 5 ilə yaxındır ki, artırılmır. Balaəli Cəfərov isə sözdə fəhlənin dostudur. Amma həqiqətdə özü və özünə yaxın adamların vasitəsilə dövlət əmlakını talamaqla məşğuldur..."
Məsələ diqqətimizdədir...
























