
"Azer Turk Bank-a müraciət edirəm... Sizdən şikayətim var!" "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabındakı paylaşımında Yunis Rəhimov adlı sahibkar yazaraq gileylənir.
Narazı vətəndaş daha sonra bildirir: ""Sifarişçi" MMC (1906028731 VÖEN) - sorğularına baxılmır.
Zəng edəndə məxfi söz tələb edilir, məxfi söz təyin olunmayıb.
Epos müraciəti edilib, 1 həftədir müraciətə baxılır....
Vatsap nömrənizə yazılır, baxılmır.
Məktub yazılır, baxılmır.
Xidmətiniz sıfırın altındadır demək olar ki. Nə edək hesabımızı ləğv edək sizin bankınızda? Bütün hesablar, əmək haqqı layihəsi, post terminal, xidmətlər sizin hesabınızdadır. AMMA bu cür laqeyd yanaşırsız..."
























