"Son bir neçə gündür ki, Səhiyyə nazirliyinin tabeliyində olan Cərrahiyyə Mərkəzinin həkimi Xəyal Aşurovun İTS -ni(İcbari Tibbi Sığorta) məhkəməyə verəcəyi ilə bağlı çox geniş müzakirə aparılır, əksəriyyət onun haqlı olduğunu deyir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında tanınmış tibb işçisi Faiq Məmmədli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Mən bir az fərqli mövqedən yanaşdığımdan bəzi həkimlər az qala mənə qarşı mübarizə aparır, sanki mən həkimlərin əməkhaqqı artımını istəmirəm.Halbuki, mən bu barədə 50-dən çox məqalə və status yazmışam, TTY işçilərinin bir vaxtlar əməkhaqqlarının qanunvericiliyə uyğun verilməsinə nail olmuşam.
Biz də istəyirik, hamının maaşı ən yüksək səviyyədə olsun...
Biz demirik, Xəyal həkim haqsızdır, O cərrahların əməkhaqqının İTS fondu hesabına artırılmasını istəyir,bəs niyə Vahid Tarif Cədvəlinə görə Səhiyyə nazirliyinin artımını istəmir,onu məhkəməyə verə bilmir????
İkincisi, O bilmir ki,İTS fondunun bəlli məbləği var, onun əməkhaqqı nəyin hesabına artırılmadır (???),İTS xidmətlər növünün azaldılmasımı (!???)
Bu da O deməkdir, bir tərəfdə Xəyal həkimin maaşı İTS fondu hesabına artırılır, xəstələr də pullu xidmətə daha çox cəlb olunur,axı hər cür əməkhaqqı artımının maliyyə mənbəyi olmalıdır.
Bu yaxınlarda TƏBİB tabeliyində olan bəzi xidmət və peşə sahiblərinin maaşı artırıldı,onda Xəyal həkim Səhiyyə nazirliyi sistemində işləyənlərin maaş artımı barədə heç kimi məhkəməyə vermək istəmədi?!?
Nə sirrdisə Xəyal həkim və onun mövqeyini dəstəkləyənlər Vahid Tarif Cədvəlinə görə əməkhaqqının artırılmasını sanki istəmirlər!?!?!
İTS fondu kifayət qədər artırılmasa,ordan burdan kəsib bonusa yamaq vurmaqla xidmət düzələn deyil.Hər halda bu məsələnin də faydası ola bilər..."
























