“Mədəniyyət və Turizm Nazirliyi Bakı ŞİH-in funksiyalarını mənimsəyir” - İTTİHAM VAR
Tarix: 12-07-2016, 08:49 | Çap et
 İyulun 11-də mədəniyyət və turizm naziri Əbülfəs Qarayev “Turizm və media: inkişafa aparan yolda birgə fəaliyyət” mövzusunda müsabiqənin qaliblərinin mükafatlandırılması mərasimində bildirib ki, tezliklə Novxanıda yeni çimərlik açılması planlaşdırılır. “Bu həftə Novxanıda girişi pulsuz olan çimərlik açılacaq”, – deyə nazir vurğulayıb. Onun sözlərinə görə, çimərliyin açılışı iyulun 14-15-də baş tutacaq. Xatırladaq ki, iyunun 23-də Legion.az-da “Pulsuz çimərliklər haqda nağıllara inanmayın!” başlıqlı yazı dərc olunmuşdu. Həmin yazıda Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırovun fikirlərinə yer verilmişdi. İyunun 11-də Bakı ŞİH-in Ticarət və Xidmət Departamentinin mətbuat xidmətinin rəhbəri Əlabbas Bağırov Apa-ya müsahibəsində bəyan etmişdi ki, çimərliklərə giriş birmənalı olaraq ödənişsizdir.
“Bu məsələ Bakı Şəhəri İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbovun Bakı şəhər çimərliklərində əhalinin yay istirahətinin təşkili haqda verdiyi sərəncamda da əksini tapıb”.
Əlabbas Bağırov Kavkaznews.az-a bildiridb ki, Əgər kimsə Bakı şəhər icra hakimiyyətinin başçısının sərəncamına əməl etmirsə, deməli, qanunu pozur. Biz bu bu şəxslər barəsində tədbirlər görürük”, – deyə Ə.Bağırov əlavə edib. “Hansı tədbirlər görürsünüz?” deyə soruşduq. Ə.Bağırov kavkaznews.az-a belə cavab verdi: “Biz onlara deyirik ki, belə etməsinlər. “Qaynar xətt”imiz var, vətəndaşlar çimərliklərdə ödənişli xidmət haqda məlumat verə bilər. Biz qanunu pozanlara bildiriş göndərir, maarifləndirir və cərimə edirik”. “Amburan”, “Aysberq”, “Khazar Golden Beach Hotel”, “Jumeirah Bilgah Beach Hotel” kimi istirahət mərkəzlərindən bizə bildirdilər ki, onların ərazisində çimərlik ödənişlidir. Biz bu barədə Əlabbas Bağırova məlumat verdik.
В«Bəli, Hacıbala Abutalıbov sərəncam verib ki, Bakının bütün çimərlikləri ödənişsiz olmalıdır. Bu sərəncam hər il yenilənir”, – Ə.Bağırov fəxrlə cavab verdi. Biz ona sözügedən istirahət mərkəzlərində eşitdiklərimizdən, orda vətəndaşlardan çimərliyə görə ödəniş alınmasından danışdıq. Və fəxrlə soruşduq ki, heç kimin əməl etmədiyi sərəncamı hər il yeniləmək nəyə lazımdır? Əlabbas Bağırov daha beş dəqiqə sonra zəng etməyimizi xahiş etdi. Biz ona bir müddət sonra zəng etdik, amma dəstəyi qaldıran olmadı. (Kavkaznews.az)
İyulun 11-də Əlabbas Bağırov LEGİON.AZ-a bildirdi ki, Bakıda çimərliklərin pulsuz olmasına dair sərəncamları ancaq Bakı Şəhər İcra Hakimiyyəti verə bilər. “Ancaq Bakı Şəhər İcra Hakimiyyəti müəyyən edə bilər ki, bu və ya digər çimərlik ödənişsiz olmalıdır, ya yox”, – deyə Ə.Bağırov qeyd etdi. Mədəniyyət və turizm naziri onun tabeliyində olmayan çimərliklərlə bağlı hansı əsasla bəyanat verir? Bu suala cavab almaq üçün, biz Mədəniyyət və Turizm Nazirliyinin İnformasiya və İctimaiyyətlə Əlaqələr Şöbəsinin əməkdaşı İntiqam Hümbətova zəng etdik. “Nazir Əbülfəz Qarayev bildirib ki, pulsuz çimərliyin açılışı olacaq. Bunda pis heç nə yoxdur”, – deyə İ.Hümbətov LEGİON.AZ-a bildirdi. “Axı Bakı ŞİH başçısının sərəncamına görə, Bakıda bütün çimərliklər pulsuz fəaliyyət göstərməlidir”, – deyə qeyd etdik.
“Lap yaxşı. Biz də daha bir pulsuz çimərlik açacağıq”, – deyə İ.Hümbətov cavab verdi. “Deyəsən, Mədəniyyət və Turizm Nazirliyi Bakı Şəhər İcra Hakimiyyətinin funksiyalarını mənimsəyir. Amma boşuna edir… Əgər Bakı çimərliklərini işğal edən oliqarxlar Bakının meriylə hesablaşmırsa, onda heç kim təminat verə bilməz ki, oliqarxlar nazir Əbülfəz Qarayevin də əmrini yerinə yetirəcəklər”, – deyə hüquq müdafiəçisi Mirvari Qəhrəmanlı bildirib. O, Bakıda həqiqətən pulsuz çimərlik açılacağına inanmadığını vurğulayıb: “Heç nə dəyişməyəcək. Hacıbala Abutalıbov hər il faydasız sərəncamlar verəcək, amma yenə də heç kim buna məhəl qoymayacaq”.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
|