
Ermənistan Azərbaycanla sülh sazişinin imzalanmasını niyə uzadır? Bilərəkdənmi, yoxsa Ermənstan Konstitusiyasını, hansı ki orada Azərbaycanın ərazi bütövlüyünə qarşı açıq iddialar yer alan maddə var, dəyişmək üçün Referendum keçirilməsinə həqiqətən də 5 il müddət lazımdır? Ermənistanın Baş naziri Nikol Paşinyan hökumət üzvləri ilə keçirdiyi iclasda Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanması və ratifikasiya edilməsini qarşısına vəzifə qoyduğunu deyib.
O, bu məqsədi fəaliyyətinin əsas prioriteti adlandırıb və ona nail olmağın mümkünlüyünə əminliyini ifadə edib. “Çıxışımda dövlətdən və xalqdan qanunsuz olaraq özgəninkiləşdirilmiş əmlakın geri qaytarılmasının ən mühüm vəzifələrdən biri olduğunu dedim. Lakin mən vurğulamaq istəyirdim ki, bütün bu mühüm vəzifələrdən də üstün olan ən vacib vəzifə sülh sazişinin imzalanması və ratifikasiya edilməsidir”, – deyə o bildirib. Ermənistan Konstitusiyasının 1990-cı il Müstəqillik Bəyannaməsinə istinad etməsi və burada Azərbaycana qarşı açıq ərazi iddiaları olan müddəanın əks olunması sülh sazişinə mane olan əsas səbəb hesab olunur. Ermənistan sülh müqaviləsini imzalamaq üçün Konstitusiyasında müvafiq dəyişilik üçüm Referenduma hazırlaşır. Bunun üçün 5 illik hazırlıq gərəkir?
Jurnalistlərə Texniki və Hüquqi Yardım İctimai Birliyinin sədri, tədqiqatçı jurnalist Asəf Quliyev Sherg.az-a açıqlamasında bildirdi ki, Nikol Paşinyanın 2031-ci ili hədəf göstərməsində öz arqumentləri və bizə naməlum səbəbləri ola bilər:
- Amma gəlin bir detala diqqət edək ki, N.Paşinyan Azərbaycanla sülh sazişinin 2031-ci ilə qədər imzalanmasını hədəflədiyini deyib. Bu il Ermənistanda parlament seçkiləri keçirildi, növbəti seçkilər isə 2031-ci ildə keçiriləcək. N.Paşinyan sülh sazişinin imzalanmasını həmin 5 il müddətində bağlanmasını və parlamentdə ratifikasiya olunmasını qarşısına məsəd qoyur. Burdan belə anlaşıla bilər ki, növbəti 5 il müddətində hadisələr müxtəlif məcraya yönələ bilər, hətta ilkin seçkilər də keçirilə bilər, yəni, hər cür proseslər gedə bilər. Hər cür mümkün dəyişikliyin baş verə biləcəyini nəzərə alaraq N.Paşinyanın məqsədi də növbəti parlament seçkilərinə qədər bu məsələni həll etməkdir.
























