
Rusiya İstintaq Komitəsinin müstəntiqləri “Nə? Harada? Nə vaxt?” verilişinin keçmiş iştirakçısı Rövşən Əsgərov barəsində cinayət işi üzrə istintaqı başa çatdırıblar.
Axar.az xəbər verir ki, bu barədə TASS məlumat yayıb.
Məlumata görə, o, Rusiyada “xarici agent” kimi tanınıb, terrorçular və ekstremistlər siyahısına daxil edilib:
“Rusiya İstintaq Komitəsinin Baş İstintaq İdarəsi xarici agent kimi tanınan Rövşən Əsgərov barəsində cinayət işi üzrə istintaqı başa çatdırıb. O, 2022-ci ildə Rusiyada qadağan olunmuş sosial şəbəkədəki səhifəsində Sovet İttifaqı marşalı, SSRİ qəhrəmanı G.K.Jukovun xatirəsini təhqir edən və ləkələyən, bilərəkdən yalan məlumatlar paylaşıb”.
Qeyd edək ki, ötən il “Rosfinmonitorinq” Əsgərovu terrorçu və ekstremistlər siyahısına əlavə etmişdi.
























