
Kiyev ABŞ-ın kəşfiyyat məlumatlarının mübadiləsini məhdudlaşdırması və Ukraynadakı hərbçilər üçün “Starlink” peyk internetinin fəaliyyətinə məhdudiyyətlər qoymasından sonra Rusiyanın neft emalı zavodlarına zərbələri bərpa edəcək.
Axar.az xəbər verir ki, bunu Ukrayna Prezidenti Vladimir Zelenski “Faynənşl Tayms” qəzetinə müsahibəsində deyib.
“Daha bəsdir. Neft emalı zavodlarına hücumlara qoyulan qadağa aradan qaldırıldı. Ukrayna Trampın elan etdiyi enerji atəşkəsi çərçivəsində 3 gün ərzində Rusiyanın enerji infrastrukturuna zərbələr endirmədi. Amma Rusiya Ukraynanın enerji obyektlərinə hücum etdi və nəticədə 100-dən çox mülki insan həlak oldu”, - o bildirib.
























