ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                     Tıxacları yaradan elə AYNA-nın özüdür... .....                     Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? .....                     "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." .....                     "Bir-birinizin yaxasından düşün, ay millət..." .....                     "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı .....                     Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... .....                     "Bolt"dan çıxdı, "Wolt"a getdi .....                     Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? .....                     ADSEA-nın institutunda yeni təyinat .....                     “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” .....                     Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər .....                     İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub .....                     Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu .....                 

İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Tarix: Bu gün, 09:31 | Çap et

İsrail prezidenti İshak Hersoq Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirədə (AQEM) iştirak etmək üçün Bakıya gəlib və İlham Əliyevlə görüşüb. Qardaş Türkiyəni isə bu toplantıda ölkə prezidenti yox, Xarici İşlər naziri Hakan Fidan təmsil edəcək. Türkiyənin AQEM toplantısında aşağı səviyyəli qatılması, böyük ehtimalla, İsrail prezidentinin bu toplantıya dəvət edilməsinə verilmiş reaksiyadır.

Sual oluna bilər: Azərbaycan niyə bu qədər kritik bir zamanda İsrail prezidentini Bakıya dəvət edib?

Əvvəla, onu deyim ki, İshak Hersoq Fələstinlilərə qarşı soyqırım törətmiş Netanyahu demək deyil. Əksinə, bəlkə də ən aşırı Fələstin tərəfdarlarından daha çox Netanyahu düşmənidir.

İkincisi, Hersoq Azərbaycanla təmaslarını gücləndirmək üçün yox, beynəlxalq bir toplantıda iştirak etmək üçün Bakıya gəlib. Və Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirə Azərbaycanın beyninin məhsulu deyil. 1993-cü ildə Qazaxıstanın sabiq prezidenti Nursultan Nazarbayev tərəfindən qurulan bu təşəbbüsə İrandan tutmuş Laosa qədər xeyli sayda - 28 dövlət qoşulub. Türkiyə də AQEM-in üzvlərindən biridir. Bundan əlavə, 10 ölkə (ABŞ, Belarus, İndoneziya, Yaponiya, Malayziya, Laos, Filippin, Ukrayna, Türkmənistan, Səudiyyə Ərəbistanı), həmçinin BMT, ATƏT, Beynəlxalq Miqrasiya Təşkilatı, Ərəb Dövlətləri Liqası, TürkPA kimi beynəlxalq təşkilatlar AQEM-də müşahidəçi statusuna malikdirlər.

Üçüncüsü, AQEM-in adından da göründüyü kimi əsas hədəfi Asiyada sülhü bərqərar etməkdir. Çünki dövlətlər arasında “qarşılıqlı fəaliyyət və etimad tədbirləri” (təşkilatın adı belədir) baş tutarsa, bu, sülhə gətirib çıxara bilər. İsrail prezidentinin Bakıya gəlməsinə və təşkilatın 7-ci toplantısında iştirak etməsinə dodaq büzənlər sualını daha fərqli şəkildə qoysalardı, daha doğru olardı: Azərbaycan niyə Fələstinlə İsrail arasında sülhün tərəfdarıdır? Bu tərəfkeşlik İsrailin və ABŞ-ın İbrahim sazişi projesinə xidmət etmirmi?

Etiraf edim ki, Asiyada qarşılıqlı fəaliyyət və etimad mühitinin yaradılması nəticə etibarilə “İbrahim sazişi” projesinin son hədəfinə xidmət edə bilər. Amma dərd burasındadır ki, Fələstin məsələsinin mümkün həlli də məhz bundan asılıdır. Fələstinin son 80 illik tarixi də bunu təsdiqləyir. Mən bu tarixin ayrıntılarına çox girmədən 80 ildir davam edən və nə zaman bitəcəyi bilinməyən müharibənin bəzi statistikasını nəzərinizə çatdırmaq istəyirəm. Belə ki, bu gün dünyanın müxtəlif yerlərində məskunlaşan Fələstinlilərin sayı hardasa 15 milyondur. Onlardan 22.5 faizi İordaniya çayının qərb sahillərində, 14.5 faizi Qəzza şəridində, 12 faizi İsraildə, 44.5 faizi ərəb ölkələrində, 5.3 faizi isə digər coğrafiyalarda məskunlaşıb. Qısası, fələstinlilərin 60%-dən çoxu başqa ölkələrdə mültəci durumundadır. Qalan 40 faizi də əslində öz yurdlarında didərgindirlər və ölüm qorxusu altında yaşayırlar.

80 illik müharibə, daha doğrusu soyqırım nəticəsində öldürülən fələstinlilərin sayı barədə konkret rəqəm söyləmək mümkün deyil. Sadəcə 2023-cü ildə başlayan son müharibə nəticəsində təkcə Qəzza şəridində 75 mindən artıq fələstinlini qətlə yetirdiyi BMT-nin rəsmi hesabatlarında bəyan olunub. Bundan əlavə, darmadağın olan binaların altında minlərlə fələstinlinin qaldığı bilinir. Onları da hesaba qatsaq, öldürülən fələstinlilərin sayı bəlkə də 100 minlərlə ifadə olunar.

Hazırda Qəzzada və İordaniya çayının qərb sahillərində məskunlaşan 5 milyona yaxın fələstinlilərin öz vətənləri uğrunda müharibəyə təşviq edənlər əsasən ərəb ölkələri və İrandır. Onların məqsədi heç də Fələstinliləri qorumaq və müdafiə etmək deyil. Ərəblərin məqsədi narazı fələstinlilərin köçü nəticəsində öz ölkələrində ictimai sabitliyin pozulmasının qarşısını almaqdır. İranın isə daha dərin məqsədləri var. Başlıca məqsədi 2023-cü ilin sentyabr ayında Çində keçirilən G-20 zirvəsində qəbul olunan və Hindistan-Yaxın Şərq-İsrail-Avropa ticarət dəhlizi qurulmasını nəzərdə tutan IMEC (AYMEK) projesinin qarşısını almaq idi və Tehran böyük ölçüdə bu niyyətini reallaşdırdı. Bunun nəticəsində isə ABŞ və İsrail ona qarşı indiyə qədər davam edən müharibəyə başladı. ABŞ-da noyabrın ilk günlərində keçiriləcək Konqres seçkilərindən sonra bu müharibənin daha dəhşətli mərhələsinin başlanacağı gözlənilir.

Ən pisi isə odur ki, Fələstində qalan bir ovuc insanı İsrailə qarşı müharibəyə təşviq edən dövlətlər onun effektiv müdafiəsinə də önəm vermirlər. Sadəcə sərhədlərini fələstinlilərin üzünə bağlayıb onları İsrailin asan ovuna çevirirlər. Bu siyasət davam edərsə, Fələstində sonuncu fələstinlilərə qədər hər kəsin soyqırım makinasının ağzından keçirilməsi qaçılmaz olacaq.

Ərəb ölkələri və İran, nə yazıq ki, həm də Türkiyə fələstinlilərin sionizmin soyqırım makinasının qarşına əliyalın atılmasını islami dəyərlərlə əsaslandırırlar. Halbuki, zülm qarşısında əliyalın mübarizə aparmağın islam dəyərlərində yeri yoxdur. Əgər belə olsaydı, Məhəmməd peyğəmbər və onun ardıcılları olan ilk müsəlmanlar Məkkədən Mədinəyə mühacirətə getməz, hamısı bir nəfər kimi müşriklərin qılıncı və yemək embarqosu altında məhv olardılar. Məhəmməd peyğəmbər və ardıcılları nəinki Məkkədən Mədinəyə köç edənləri savaşdan qaçanlar kimi aşağılamadı, əksinə, mühacirləri ilk müsəlmanların ən ali təbəqəsi kimi dəyərləndirdilər. Bu gün onun gətirdiyi dinə ibadət edənlər isə fələstinlilərə öz qapı-bacalarını bağlayıb onların tamamilə yox olmasına şərait yaradırlar. Məsələyə bu aspektdən nəzər salanda Fələstin soyqırımının bir günahkarı İsraildirsə, digəri onları qırğına verib öz geosiyasi məqsədlərini reallaşdırmağa çalışan dövlətlərdir.

Məhz bu reallıq qarşısında Asiyada sülh təşəbbüsləri bütün tərəflərin faydasınadır. Xüsusilə də fələstinlilərin. Reallığı qəbul etmək lazımdır: dünyanın ən qüdrətli dövləti ABŞ-ın himayəsi altında fəaliyyət göstərən İsrailə qarşı müsəlman dövlətlərinin qələbə çalması hələlik mümkün deyil. Bu durumda ən rasional siyasət dövlətlərin sülh şəraitindən faydalanaraq özlərini qorumaları və güclənmələridir. Azərbaycanın sülh təşəbbüsləri də buna hesablanıb və fikrimcə, vəziyyətdən yeganə çıxış yoludur.

Heydər Oğuz - "DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
• Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37
• İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14
• Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11
• Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05
• Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03
• 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55
• “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52
• Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48
• Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38
• Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34
• İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19
• İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17
• Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru