Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu .....                     Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək .....                     “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var .....                     Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat .....                     "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə .....                     “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” .....                     Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda .....                     İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb .....                     Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib .....                     Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir .....                     Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir .....                     Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... .....                     Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR .....                     ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib .....                     “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi .....                     Zelenski əsəbiləşdi: .....                     “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır .....                     “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək .....                     “AzerGold”da satınalmalara o cavabdeh olacaq .....                     Biznesmenlər Expressbankdakı pullarını geri çəkib .....                     Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU .....                     Azərbaycan nefti 124 dollardan BAHA SATILIR .....                     Avropadakı erməni diasporuna daha bir zərbə .....                     Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? .....                     “Brent” nefti 104 dollardan BAHA SATILIR .....                     İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? .....                     AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... .....                     Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR .....                     Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... .....                     Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? .....                     Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir .....                     Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? .....                     Füzulilərin Vətən həsrətinin sonu .....                     Azad Füzuli sürətlə bərpa edilir .....                     Türkiyə bizim canımızdır, amma... .....                     Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? .....                     ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib .....                     ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? .....                     Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib .....                     Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi .....                 

Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Tarix: Bu gün, 10:55 | Çap et

Azərbaycan Prezidenti İlham Əliyev Laos Xalq Demokratik Respublikasının Prezidenti Thonqlun Sisulitin ölkəmizə rəsmi səfəri çərçivəsində mətbuata verdiyi bəyanatda ikitərəfli münasibətlərin inkişaf perspektivlərinə toxunub. Dövlət başçısı siyasi əlaqələrin möhkəm təməllər üzərində qurulduğunu vurğulayaraq iqtisadi əməkdaşlığın genişləndirilməsini, ticarət dövriyyəsinin artırılmasını və yeni investisiya imkanlarının reallaşdırılmasını əsas prioritetlərdən biri kimi diqqətə çatdırıb.

Prezident İlham Əliyev bildirib ki, keçirilən təkbətək və geniştərkibli görüşlər zamanı iki ölkə arasında əməkdaşlığın müxtəlif istiqamətləri ətrafında geniş fikir mübadiləsi aparılıb, gələcək fəaliyyətin əsas istiqamətləri müəyyənləşdirilib. Qəbul edilən Birgə Bəyanatın da qarşılıqlı münasibətlərin inkişafı üçün mühüm yol xəritəsi rolunu oynayacağını qeyd edən dövlət başçısı səfərin Azərbaycan-Laos əlaqələrinin daha da dərinləşməsinə töhfə verəcəyinə əminliyini ifadə edib.

Azərbaycanla Laos arasında diplomatik münasibətlərin 30 ildən artıq tarixə malik olduğunu bildirən İlham Əliyev qeyd edib ki, tərəflər beynəlxalq təşkilatlar çərçivəsində uzun müddətdir qarşılıqlı dəstək və həmrəylik nümayiş etdirirlər. Parlamentlərarası əlaqələrin inkişafı, hər iki ölkədə dostluq qruplarının yaradılması və hakim partiyalar arasında əməkdaşlıq da münasibətlərin möhkəmlənməsinin göstəricilərindəndir.

Dövlət başçısının bəyanatında iqtisadi əlaqələrin genişləndirilməsi xüsusi yer tutub. Prezident bildirib ki, mövcud ticarət dövriyyəsi iki ölkənin real potensialını və əməkdaşlıq niyyətlərini tam əks etdirmir. Bu baxımdan iqtisadi sahədə əlaqələrin intensivləşdirilməsi, xüsusilə qarşılıqlı ticarətin həcminin artırılması istiqamətində konkret addımların atılması nəzərdə tutulur. Bakıda keçirilməsi planlaşdırılan Laos-Azərbaycan biznes-forumu sahibkarlar arasında əlaqələrin qurulması, yeni əməkdaşlıq imkanlarının müəyyənləşdirilməsi və biznes təşəbbüslərinin inkişafı baxımından əhəmiyyətli platforma olacaq.

İlham Əliyev Azərbaycanın xarici ölkələrə investisiya qoyuluşlarının genişləndiyini diqqətə çatdıraraq Laosla bu istiqamətdə də əməkdaşlıq üçün imkanların mövcud olduğunu bildirib. Prezidentin sözlərinə görə, Laos tərəfindən Azərbaycan investorlarına konkret layihələrin təqdim edilməsi qarşılıqlı faydalı sərmayə təşəbbüslərinin reallaşdırılmasına şərait yarada bilər. Azərbaycanın beynəlxalq investisiya təcrübəsi yeni iş yerlərinin yaradılması və istehsal sahələrinin inkişafı baxımından tərəfdaş ölkələr üçün də faydalı nəticələr vəd edir.

Humanitar əməkdaşlıq da müzakirələrin əsas istiqamətlərindən biri olub. Prezident İlham Əliyev sovet dövründə iki mindən çox laoslu tələbənin Azərbaycanda təhsil aldığını xatırladaraq bu ənənənin yenidən canlandırılmasını təklif edib. Bu məqsədlə təqaüd mexanizminin tətbiqi məsələsi də gündəmə gətirilib.

Azərbaycan və Laosun üzləşdiyi mina təhlükəsi də diqqətə çatdırılan məsələlər arasında yer alıb. İlham Əliyev qeyd edib ki, müharibədən uzun illər keçməsinə baxmayaraq, Laosda mina problemi insanların həyat və sağlamlığı üçün təhlükə yaratmaqda davam edir. Azərbaycanın da bu sahədə ciddi problemlərlə üzləşdiyini bildirən Prezident Ermənistanın işğalı nəticəsində ölkə ərazisində bir milyondan çox minanın basdırıldığını, son 5-6 il ərzində 400-dən çox azərbaycanlının mina partlayışları nəticəsində həlak olduğunu və ya ağır yaralandığını vurğulayıb

Nəqliyyat və logistika sahəsində əlaqələrin inkişafı da perspektivli istiqamətlərdən biri kimi qeyd olunub. Prezident İlham Əliyev Azərbaycanın əsas nəqliyyat-logistika infrastrukturunun formalaşdırıldığını, hazırda isə yeni yük mənbələrinin cəlb edilməsinə və daşımaların həcminin artırılmasına diqqət yetirildiyini bildirib. Laosun qonşu ölkələrlə dəmir yolu bağlantılarının inkişaf etdirilməsi nəticəsində Trans-Xəzər nəqliyyat marşrutuna çıxış imkanlarının yaranması gələcək əməkdaşlıq üçün yeni perspektivlər aça bilər.

Bəyanatda energetika, mədənçilik və kənd təsərrüfatı sahələrində də qarşılıqlı fəaliyyət imkanlarının müzakirə olunduğu bildirilib. Prezident İlham Əliyev bu sahələrdə əməkdaşlığın konkret layihələr və praktiki addımlar əsasında inkişaf etdirilməsinin vacibliyini vurğulayıb.

Laosu Azərbaycanın dost ölkəsi kimi xarakterizə edən dövlət başçısı iki ölkə arasında uzun illər ərzində formalaşmış qarşılıqlı münasibətlərin gələcək əməkdaşlıq üçün əlverişli zəmin yaratdığını bildirib. Thonqlun Sisulitin Azərbaycana səfərinin tarixi əhəmiyyət daşıdığını qeyd edən İlham Əliyev Laos Prezidentinin ötən əsrin 80-ci illərində də ölkəmizdə olduğunu, hazırkı səfərin isə Laos dövlət başçısının Azərbaycana ilk rəsmi səfəri olduğunu diqqətə çatdırıb.

Qeyd edək ki, Azərbaycan və Laos arasında münasibətlərin inkişafı siyasi dialoqun möhkəmləndirilməsi ilə yanaşı, iqtisadi, humanitar və nəqliyyat sahələrində əməkdaşlığın genişləndirilməsi üçün də yeni imkanlar yaradır. Səfər çərçivəsində əldə olunan razılaşmaların konkret layihələrlə davam etdirilməsi iki ölkə arasında tərəfdaşlığın daha da inkişafına xidmət edə bilər.

Mehparə Əhmədova
Masazır kənd 2 nömrəli tam orta ümumtəhsil məktəbinin direktoru

"DİA-AZ"









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Cahangir Hacıyevlə bağlı Prezidentə müraciət olundu - ABB-nin SABİQ ŞEFİNİN SƏHHƏTİNDƏ PROBLEMLƏR YARANIB
Bu gün, 11:36
• Ramiz Mehdiyevin məhkəməsində şahidlər dindiriləcək - iclasının vaxtı məlum olub...
Bu gün, 11:30
• “Biz dinə qarşı deyilik; mənim də hicablı tələbələrim var - sabah biz də vahid formaya keçsək, geyinməyə məcburuq”
Bu gün, 11:24
• Azərbaycan İnvestisiya Holdinqində yeni təyinat - ƏMR
Bu gün, 11:19
• "Baksol yolu"nda 28 yaşlı oğlanın kollektora düşərək ölməsi ilə bağlı ittiham olunan şəxsə CƏZA İSTƏNİLDİ
Bu gün, 11:17
• “Qərbdə anormal bir sistemin Azərbaycana köçürülməsinə müsbət münasibət ola bilməz” - deputat
Bu gün, 11:16
• Azərbaycan-Laos əlaqələrində iqtisadi əməkdaşlıq ön planda - AKTUAL
Bu gün, 11:15
• İkinci qrup əlil 6 nəfəri aldadıb 23 min alıb - Həbs edildi
Bu gün, 11:13
• Mirzoyan Bakı ilə İrəvan arasında anklavların mübadiləsini istisna etməyib - “Sputnik Armenia”
Bu gün, 11:10
• Rəşid Bədəlov köhnə şakərindən əl çəkmir – Yenə də şübhəli MMC-lərlə işbirliyini davam etdirir
Bu gün, 11:01
• Laosla əməkdaşlıq Azərbaycanın yeni iqtisadi imkanlarını genişləndirir - MƏQALƏ
Bu gün, 10:55
• Gömrükdə yığılan pullar uğrunda SAVAŞA QALXIBLAR... - İTTİHAM VAR...
Bu gün, 10:44
• Naxçıvanda xəstələrin ərzağını MƏMURLAR MƏNİMSƏYİR - NARAZILIQ VAR...
Bu gün, 10:41
• ATƏT-in fəaliyyətdə olan sədri Ermənistana səfər edib
Bu gün, 10:32
• “Paşa Maliyyə Holding”də ona yüksək vəzifə verildi - FOTO
Bu gün, 10:25
• Zelenski əsəbiləşdi: -Daha bəsdir, neft zavodları vurulacaq
Bu gün, 10:22
• “Azəriqaz” abonentdən 3 min manatadək borcu məhkəmə ilə alır - TƏFƏRRÜAT
Bu gün, 10:16
• “Sabirabad-konserv” şirkətinə yeni direktor seçiləcək - TƏDARÜK VAR
Bu gün, 10:14
• “AzerGold”da satınalmalara o cavabdeh olacaq - BUNDAN SONRA...
Bu gün, 10:07
• Biznesmenlər Expressbankdakı pullarını geri çəkib - HESABAT
Bu gün, 09:59
• Qazaxıstanda məşhur azərbaycanlı reper HƏBS OLUNDU - BUNA GÖRƏ...
Bu gün, 09:56
• Azərbaycan nefti 124 dollardan BAHA SATILIR
Bu gün, 09:46
• Avropadakı erməni diasporuna daha bir zərbə - FOTO
Bu gün, 09:43
• Rusiya nəşri Bakıda olan bu iki prezident haqda nələr yazdı? - TƏFƏRRÜAT
Bu gün, 09:41
• “Brent” nefti 104 dollardan BAHA SATILIR
Bu gün, 09:37
• İsrail prezidenti İshak Hersoq Bakıda nə gəzir? - AKTUAL
Bu gün, 09:31
• AYNA rəhbərliyinin yarıtmazlığı şikayətləri daha da artırır... - DAHA BİR MÜRACİƏT
Bu gün, 09:24
• Bakıda bir neçə icra başçısı DƏYİŞDİRİLİR - PAYTAXTDA TƏMİZLƏMƏ!
Bu gün, 09:15
• Beynəlxalq Bank BAŞ QUMARBAZDAN DA faiz tutur... - FOTOFAKT
Bu gün, 09:10
• Dayısı arvadını xüsusi amansızlıqla öldürən yeniyetməyə nə qədər cəza verildi? - QƏRAR
Bu gün, 08:49
• Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10
• Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06
• Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03
• Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01
• Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51
• Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04
• ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01
• ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06
• Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53
• Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50
• Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46
• Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43
• "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39
• "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17
• "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00
• Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57
• "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55
• Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54
• ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44
• “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru