
Rusiyalı tanınmış jurnalist Aleksandr Nevzorov terrorizm və ekstremizmlə əlaqəli şəxslərin siyahısına daxil edilib.
APA-nın Moskva bürosu xəbər verir ki, bu barədə Rosinformonitorinq məlumat yayıb.
Qeyd edək ki, Ukrayna ilə müharibə başlayandan sonra Rusiyadan İsrailə köçən Nevzerovu 2022-ci ilin aprel ayında Rusiya Ədliyyə Nazirliyi xarici agentlər siyahısına salıb.
























