
Mebel ticarəti sahəsində fəaliyyət göstərən xarici şirkətin yerli nümayəndəliyinin dövlət büdcəsinə vergi borcu yaranıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, "Paşam Mobilya İthalat İhracat Pazarlama Ticaret Limited Şirkəti"nin Azərbaycan Respublikasındakı Filialının dövlət büdcəsinə 9.651,03 AZN vergi borcu mövcuddur.
Hüquqi ünvanı Bakı şəhəri, Səbail rayonu, Elçin Əzizov küçəsi, ev 44A, dalan 2 ünvanında yerləşən filialın qanuni təmsilçisi Sadiq Rəhimov Alim oğludur.Xarici mənşəli kommersiya strukturunun yerli qanunvericiliklə müəyyən edilmiş maliyyə öhdəliklərini tam icra etməməsi və dövlət qarşısında minlərlə manat vergi borcunun yığılması maliyyə intizamı baxımından suallar doğurur.
























