Ramiz Mehdiyevin adamından Prezidentə ŞİKAYƏT OLUNDU - "Rasim Məmmədov bizi qəbul etmir..."
Tarix: 17-09-2020, 09:02 | Çap et
 “Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı şirkət rəhbərliyindən, Qazaxıstanda yaradılmış törəmə şirkətdə çalışarkən haqlarının tapdanmasından, aylardı maaş, istifadə olunmamış məzuniyyət pullarını və kampensassiya ala bilməmələrindən şikayətçidilər. Onlar şirkət rəhbərliyinin laqeyidliyindən, işçilərin haqqını tapdamasından və özbaşınalığından narazı qaldıqlarını bildirərək, son ümid yeri kimi Azərbaycan Respublikasının Prezidentinə müraciət ediblər. Dominant.az-a göndərilən müraciəti təqdim edirik:
“Hörmətli Cənab Prezident,
Biz, bu müraciətə imza atanlar, “Baku Steel Company” şirkətinin əməkdaşlarıyıq. Məlumat üçün bildirək ki, 2017-ci ildə şirkət rəhbərliyi bir qrup zavod əməkdaşına Qazaxıstan Respublikasının Aktau şəhərində “Aktau Steel” şirkəti ilə böyük bir layihəyə başlanıldığını bəyan etmiş və orada işləmək üçün əməkdaşlar yığıldığını demişlər.
Biz, bir qrup mütəxəssis, Qazaxıstana getməyə razılıq verdik. O zaman bizə Aktauda yüksək iş şəraiti yaradılması, yüksək maaş, tibbi sığorta və digər vədlər verilmişdi. Bütün bunları nəzərə alaraq burada bizimlə müqavilə bağlandı və bir qrup mütəxəssis Qazaxıstana yola düşdük. Qeyd edək ki, eyni müqavilə (bu dəfə rus dilində) Qazaxıstanda təkrar bağlandı. Lakin nə Bakıda, nə də Qazaxıstanda bağlanan müqavilənin surətini bizə vermədilər. Bununla belə biz elə ilk gündən işə başladıq. Xatırladaq ki, sonradan bizim heyətə həm zavodda işləyən, həm də respublikanın digər zavodlarından da mütəxəssislər cəlb edilmişdilər. Ancaq təəssüflə qeyd edək ki, verilmiş vədlərə tam əməl edilmədi. Belə ki, yaşayış şəraiti ürəkaçan deyildi, tibbi sığortamız əvvəlcədən olmadı, bundan əlavə ilk üç ayın əmək haqqını gec, özü də hissə-hissə aldıq. Bütün bunlar isə şikayət etdikdən, narazılıqlar artandan sonra ləng həll olunurdu. Ümumiyyətlə orada biz azərbaycanlılara qarşı yaxşı münasibət bəslənilmirdi.
2019-cu ilin yanvar ayında əmək haqlarımızı yenidən gecikdirməyə başladılar. Mart ayında əmək haqqının verilməsini ümumiyyətlə dayandırdılar. İyun ayının yarısına qədər işləsək də əmək haqlarımız verilmədi. Etirazlarımızı bildirdikdə isə əməkdaşları müxtəlif yollarla hədələməyə başladılar. Sonda məcbur etdilər ki, biz Bakıya qayıdaq və vəd verdilər ki, Azərbaycana qayıdan kimi borclu olduqları əmək haqqlarını, istifadə olunmamış məzuniyyət pullarını və kampensassiya olaraq bir aylıq əmək haqqını ödəyəcəklər. Bakıya qayıtdıqdan sonra da vəziyyət dəyişmədi, biz eyni çətinlikləri burada da yaşadıq. Bir müddətdən sonra bəzi əməkdaşlara ödənilməmiş əmək haqqlarının bir hissəsi ödənildi. Lakin böyük bir qrup əməkdaşlarımızın nəinki kampensasiyası (halbuki söz verilmişdi), istifadə olunmamış məzuniyyət pullarını, hətta halal aylıq məvaciblərini də verməyiblər. Artıq 1 ilə yaxındır ki, (2019-cu ilin noyabr ayından) “Baku Steel Company” şirkətinə gedib-gəlməyimizə baxmayaraq nə bizi qəbul edən var, nə də dərdimizi dinləyən. Yalnız mühafizə və texniki işçilərlə gah “bizim sizə borcumuz yoxdur, gedin kimə istəyirsiniz şikayət edin”, gah “Gözləyin, dövlət bizə pul ayıracaq, biz sizin borcunuzu qaytaracağıq”, bəzən acıqlı olanda isə “gedin pulunuzu Aktaudan alın” sözlərini çatdırırlar. Zavodun rəhbəri Rasim Məmmədov bizi qəbul etmir, ümumiyyətlə belə bir öhdəliyinin olmadığını deyir. “Aktau Steel” zavodunun baş direktoru Rahib Məmmədovun (Rasim Məmmədovun əmisioğludur) da nə qəbuluna düşmək mümkündür, nə telefon əlaqəsi yaratmaq. Bir sözlə bir qrup mütəxəssis Allahın ümidinə qalıb.
Hörmətli Cənab Prezident,
Bizim haqqlarımız və əmək hüquqlarımız kobud şəkildə pozuldu və bu günə kimi hər hansı bir müsbət dəyişiklik yoxdur. Ailə vəziyyətimizlə əlaqədar olaraq, eyni zamanda uzun müddət işləməməyimiz və zavod rəhbərliyinin yalançı vədlərinə görə böyük məbləğdə borcumuz yaranıb, acınacaqlı vəziyyətdəyik. Hamımız ailə sahibiyik, heç bir yerdə işləmir, dövlətdən əlavə müavinət almırıq. Buna görə Sizdən xahiş edirik ki, “Baku Steel Company” şirkətinin rəhbərliyi tərəfindn pozulmuş hüquqlarımızın bərpası üçün bizə dəstək ola, problemin tezliklə həll olunmasına təsir edəsiniz. Bizim istəyimiz çox deyil. Biz, yarımçıq qalmış işə görə kompensassiya, istifadə olunmamış məzuniyyət pullarını və əmək haqlarımızı istəyirik. Bu, bizim Sizə ikinci müraciətimizdir. İlk müraciətimiz Əmək Müfəttişliyinə yönəldilmiş, onlar isə problemi sona qədər həll etməmiş və ya etmək istəməmişlər. Bizim ümidimiz yalnız Sizə qalıb, Cənab prezident, bizə kömək edin. İmza: “Baku Steel Company” şirkətinin bir qrup əməkdaşı

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
| • “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57 |
|
|
|
|