"Hər ilana görə Zooparka 70 manat cərimə ödənildi"
Tarix: 23-01-2021, 08:54 | Çap et
 “Qaraca qız” filminin Xədicəsi Leyli Axundova Moderator.az-ın suallarını cavablandırıb.
- Salam, Leyli xanım. Necəsiz?
- Çox təşəkkür edirəm, yaxşıyam.
- Leyli xanım, siz bir filmlə tarixdə qaldınız. Bu necə bir hissdir?
- Allah həm rejissor Şamil Mahmudbəyova, həm də Arif Nərimanbəyova rəhmət etsin. Biz uşaq idik, 6-7 yaşımız var idi, film onların zəhməti hesabına yaddaşlarda qaldı.
- Bilirəm ki, filmə təsadüf nəticəsində çəkilmisiz..
- Bəli, valideynlərimlə bulvarda gəzirdim, məni görüb, filmə dəvət etdilər. Səhəri gün bizi çağırdılar, atamla çəkiliş meydançasına getdim. Şeir demək istəyirdim, Şamil müəllim dedi ki, ehtiyyac yoxdur, sən onsuz da çəkiləcəksən, mən Leylini tapmışam. Atam filmə çəkilməyə icazə vermirdi. Deyirdi ki, biz onun nazı ilə oynayırıq, o nə rejissorun, nə də operatorun sözünə qulaq asmayacaq. O ancaq bizim sözümüzə qulaq asır (gülür). Daha sonra mənimlə fəxr edirdi..Mən heç vaxt öz filmimə baxa bilmirəm, gözlərim dolur, kövrəlirəm.
- Film necə çəkildi?
- Əvvəlcə filmin sonunu lentə aldılar, daha sonra əvvəlini. Yadımdadır, Şamaxının Çuxuryurd kəndində çəkilirdik. Orada oynayan qaraçıların hamısı Moskvadan gəlmişdi. Amma çox təəssüf ki, o filmdən film qalmadı, ən maraqlı yerlərini montajda kəsdilər. Ən təsirli səhnə isə Tutunun ölümü idi. Mən o səhnədə ağlamalı idim, bunlar fikirləşdilər ki, məni necə ağlada bilərlər? Tutunu mənə göstərmədilər, qəfildən dedilər ki, o ölüb. Məni saxlamaq olardı? Elə hönkürtü ilə ağladım ki, daha sonra məni saxlaya bilmədilər. Mənimlə birlikdə bütün kollektiv ağlayırdı. Hər şeyi biləndə onlardan incidim, dedim ki, mən filmə çəkilmirəm. Güc-bəla ilə məni razı saldılar.
- Ananızı məşhur aktrisamız, xalq artisti Şəfiqə Məmmədova oynayıb. Həqiqətən də sizə ana kimi yanaşırdı?
- Bəli, ondan qayğı görürdüm. Orada hamı bizi çox istəyirdi. Bizə güldən artıq söz demirdilər, bir dəfə də olsun kollektivin səslərini eşitməmişəm. Bizimlə uşaq kimi oynayırdılar. Şəfiqə xanımla illər sonra gözəllik salonunda görüşdük, mənə dedi ki, səni elə bil buzdolabında saxlayırlar, heç dəyişmirsən (gülür).
- Tutu ilə görüşürsünüz?
- Tutu obrazını Sevil Zeynalova canlandırıb. O İncəsənət Universitetində pedaqoji fəaliyyətlə məşğuldur. Sonuncu dəfə məktəbli uşaqlarla görüşdə onunla birlikdə olmuşam. Amma sıx əlaqəmiz yoxdur.
- Bəzi mənbələrdə sizin rolunuzun adı Ağca, bəzilərində isə Xədicə gedir.. Bu nə ilə bağlıdır?
- Xeyr, əslində rolumun adı Xədicədir. Mən uşaqlıqda ağ qız idim, hətta istəyirdilər ki, məni qrim etməsinlər. Daha sonra məni qrim edib, rəngimi tündləşdirdilər.
- Filmdə hansı maraqlı və təhlükəli səhnələr var idi?
- Ən təhlükəlisi ilan səhnəsi idi. Bu səhnədən nə valideynlərimin də, nə də özümün xəbərim yox idi. Ətəyimi açıb ilanı ora buraxdılar. Gördüm ki, biri əlində taxta, biri də bel saxlayıb ki, ilan məni sancmaq istəyəndə onu öldürsünlər. Mənə də deyirlər ki, Leyli qorxma! Deyirəm ki, mənə qorxma deyirsiz, amma əlinizdə onu öldürməyə əşyalar saxlayırsız. Necə qorxmayım? Elə oldu ki, bu səhnə Şamil müəllimin xoşuna gəlmədi. Dedi ki, bu səhnəni bir dəfə də çəkəcəyəm. Qorxudan qızdırmam 39-a qalxdı. Atam bundan xəbər tutdu və dedi ki, xeyr, mənim qızım daha çəkilməyəcək. Sonra həmin ilanlar da qaçıb itdi (gülür). Hər ilana görə o vaxtı ki, pulla Zooparka 70 manat cərimə ödənildi.
- Filmdən nə qədər qonorar aldınız?
- Nə qədər qonorar aldığım yadımda deyil, amma bilirəm ki, Sevildən çox almışdım. Çünki Tutu roluna iki nəfər çəkilirdi, mən isə tək çəkilirdim. Atam həmin pulu mənim üçün yığmışdı.
- Filmin əsas mövzusu təmənnasız dostluqdur. Həqiqətən də rejissor bunu çox gözəl aşılayıb..
- Bəli, Şamil müəllim bunu insanlara göstərib ki, həyatda kimliyindən, vəzifəndən, imkanından asılı olmayaraq təmənnasız dostluq etmək lazımdır. Amma indi bir dənə uşaqlar üçün ibrətamiz film çəkilmir. Mən imkanlı ailədə böyümüşəm, amma heç vaxt valideynlərim mənə deməyib ki, kasıbla dostluq etmə. Həmişə mənə deyirdilər ki, dostlarını özün seç.
- Leyli xanım, hal-hazırda hansı sənətlə məşğulsuz?
- Mən Xoreoqrafiya Akademiyasında musiqi müəlliməsi vəzifəsində çalışıram. Hal-hazırda dərslərimizi onlayn şəkildə tədris edirik. Düzdü, musiqi dərsini onlayn keçmək çox çətindir. Amma neyləyək? İnşallah ki, yenidən əvvəlki həyatımıza qayıdarıq.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • 10 manatlıq nizamnamə kapitalı ilə milyonluq tender: problem haradadır? - ARAŞDIRMA
Bu gün, 13:25 |
|
|
|
| • Ermənistanda dövlət sistemində çalışan “daşnaklar”, Sərkisyan və Köçəryan tərəfdarları işdən çıxarıla bilər
Bu gün, 13:23 |
|
|
|
| • Almaniyada neftin qiyməti 51% artıb
Bu gün, 13:19 |
|
|
|
| • ABB əmək qabiliyyətini itirən şəxsdən 13 min manat tələb edir - MƏHKƏMƏ
Bu gün, 13:10 |
|
|
|
| • Aqil Məlikov səhhətinin yaxşılaşdığını deyir: - "İş üçün çox darıxmışam"
Bu gün, 13:05 |
|
|
|
| • “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55 |
|
|
|
| • Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45 |
|
|
|
| • Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42 |
|
|
|
| • Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39 |
|
|
|
| • Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37 |
|
|
|
| • “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33 |
|
|
|
| • Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27 |
|
|
|
| • Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24 |
|
|
|
| • Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21 |
|
|
|
| • TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19 |
|
|
|
| • Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17 |
|
|
|
| • Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16 |
|
|
|
| • "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12 |
|
|
|
| • DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09 |
|
|
|
| • Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04 |
|
|
|
| • “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01 |
|
|
|
| • Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56 |
|
|
|
| • Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53 |
|
|
|
| • “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35 |
|
|
|
| • Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30 |
|
|
|
| • "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27 |
|
|
|
| • SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18 |
|
|
|
| • “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16 |
|
|
|
| • Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11 |
|
|
|
| • Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04 |
|
|
|
| • Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00 |
|
|
|
| • DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57 |
|
|
|
| • Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47 |
|
|
|
| • Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41 |
|
|
|
| • Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40 |
|
|
|
| • “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34 |
|
|
|
| • Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29 |
|
|
|
| • “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24 |
|
|
|
| • Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21 |
|
|
|
| • ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08 |
|
|
|
| • “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04 |
|
|
|
| • Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02 |
|
|
|
| • “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48 |
|
|
|
| • Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
Bu gün, 09:42 |
|
|
|
| • Zəngəzur dəhlizindən Rusiyaya pay?! - NƏ BAŞ VERİR?
Bu gün, 09:37 |
|
|
|
| • Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29 |
|
|
|
| • ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21 |
|
|
|
| • "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06 |
|
|
|
| • Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37 |
|
|
|
| • Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15 |
|
|
|
|