
Vətəndaş Starex çatdırılma xidmətindən narazıdır.
Gununsesi.info verir ki, bu barədə o sosial şəbəkədə bildirib.
O bildirib ki, Temudan sifariş etdiyi məhsul Starexa çatdırılsa da, onu vaxtında götürə bilməyib:
“Oktyabrın 17-də, şənbə günü mənə mesaj yazıblar ki, iki gün ərzində bağlamanı təhvil almağım mütləqdir. Bazar günü Starex işləmədiyinə görə bazar ertəsi gedib götürəcəkdim. Bu gün gedəndə isə dedilər ki, bağlama geri qaytarılıb.
Əməkdaşa deyirəm ki, axı dünən gələ bilmədim, çünki bağlı idi. Mənə dediyi odur ki, sistem bilmir həftə sonudur. Başqa heç bir köməklik, heç nə.
Neçənci dəfədir onlarla iş görürəm. Bu qədər illik müştərilərinə sıfır köməklik, sıfır loyallıq”.























