“Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, .....                     Vətəndaş Starex-dən narazıdır .....                     Məhkəmə zalında həbs edilən məmurdan .....                     Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib .....                     Binəqədi rayonuna yeni prokuror təyin edilib .....                     “Yapı Kredi Bank” fırıldaqçıdır” .....                     Rəşid Behbudovun qızından şok iddia .....                     Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi .....                     Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub .....                     TƏBİB ləğv olunmur, idarəetmə dəyişir .....                     Kəpəz TV QƏRAR VERDİ .....                     Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun .....                     "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" .....                     DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür .....                     Navai azadlığa buraxıldı .....                     “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi .....                     Azərbaycanda süd istehsalı “yerində sayır” .....                     Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı .....                     “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar .....                     Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab .....                     "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." .....                     SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi .....                     “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi .....                     Həbibbəyli niyə tələsmir ki?.. .....                     Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır .....                     Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır .....                     DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə .....                     Respublika Psixiatriya xəstəxanasında ölüm... .....                     Azərbaycan neftinin qiyməti 118 dolları ötüb .....                     Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz .....                     “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ .....                     Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb .....                     “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi .....                     Mahir Abbaszadənin tender labirinti .....                     ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA .....                     “Müğənnilərdən 1500 manat tələb edirlər...” .....                     Tanınmış meyxanaçı vəfat etdi .....                     “Pilgrim Education” MÜƏMMASI... .....                     Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? .....                     Zəngəzur dəhlizindən Rusiyaya pay?! .....                 

"Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir?"
Tarix: 28-01-2021, 09:11 | Çap et
"Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir?"
Xalq artisti Elmira Şabanova Moderator.az-ın suallarını cavablandırıb.

- Elmira xanım, necəsiz?

- Belə də. Normal.

- Pandemiyadan necə qorunursuz?

- Bu bioloji müharibədir. Mən də, qızım da virusa yoluxmuşduq.

- Peyvənd etdirmisiz?

- Xeyr, amma günü sabah gəlsələr vurduracam. Biz yaxşı günlər görmüşük, siz cavanlar nə görürsüz?

- Bir onu bilirəm ki, uzun müddətdir sizi heç bir yerdə görmürük (gülür).

- Mən ümumiyyətlə heç bir yerə getmirəm, nə televiziyaya çıxmıram, nə jurnalistlərə müsahibə verirəm. Artıq qocalmışam da, qoy dincəlim (gülür). Bəzən mağazaya gedəndə hiss edirəm ki, hələ unudulmamışam. Amma hər şeyin öz vaxtı var, mən sənətdən vaxtında getdim.

- Siz həm də pedaqoji fəaliyyətlə məşğul olmusuz. Böyük aktyor və rejissor ordusu yetişdirmisiz.

- Universitetin 3-cü kursunda oxuyanda filmə çəkilirdim, gələcək həyat yoldaşım, tanınmış rejissor Rüfət Şabanovla orada tanış oldum. O mənə bir könüldən, min könülə aşiq olmuşdu. Çəkilişə gələndə hamıya tapşırmışdı ki, bu qızda gözünüz olmasın, mən onu alacaqam. Biz evləndik, o məni 40 yaşıma kimi nə filmlərə çəkilməyə qoydu, nə də teatrda işləməyə. Sözün düzü o yox, qaynanam (gülür). Mənə dedi ki, get universitetdə dərs de. 35 il həm aktyorlara, həm də rejissorlara İncəsənət Universitetində dərs demişəm. 40 yaşımdan sonra da məni özü öz filminə çəkdi.

- Kinomuzun bu günki vəziyyəti necədir?

- Bizim kino sahəmiz 90-cı illərdə çox bərbad idi. O vaxt yaxşı rejissorlar da Azərbaycandan köçüb getdilər. Nə kino çəkməyə şərait var idi, nə də ki, pul. Mənim oğlum Fuad Şabanov da o illərdə Moskvaya gedəndir, həm telekanalda işləyir, həm də serial və film çəkir. Bu gün rejissor Rövşən İsaxın, Elxan Cəfərovun və Yavər Rzayevin ərsəyə gətirdiyi işləri çox bəyənirəm. Bu üç rejissorda hər şey yerli-yerində olur. Mən adi tamaşaçı kimi yox, peşəkar bir aktrisa kimi münasibət bildirirəm. O vaxt Rüstəm İbrahimbəyov kinonu başa düşən insan kimi xarici festivallara məni göndərirdi. “Ata ocağı” serialının ssenarisi də çox yaxşıdır, boş-boş danışıq yoxdur.

- Bəs komediya filmləri necədir?

- Komediya bizdə çox da yaxşı alınmır. Fərda və Elməddinin oyun tərzi heç xoşuma gəlmir. Amma İlkin Həsəninin “Buğlama” komediyasını bəyənirəm. O iki aktyor da pis oynamırlar. Düzdü, bəzən şit səhnələr də olur.

- Sizin kimi böyük sənətkarlar bir kənara çəkiləndə artıq meydan boş qalır və həmin aktyorlar, aktrisalar ortalığa çıxır.

- Biz o vaxt "Nizami" kinoteatrında çəkilən elə filmlərə baxırdıq ki. İndi kinoteatrımız boş qalıb. İndi Fərdagili yaxşı pul və sponsor tapırlar, nə istəyirlər onu da çəkib, təqdim edirlər. Hər şey axı pul deyil. İnsanın zövqü də korlanır. Bizim xalq kinonu başa düşən xalqdır. İnsanlara sanballı filmlər lazımdır. Bizdə nədir? Türklər kimi vurdu, aşırtdı, tullandı, indi qadınlar da kişini döyüb öldürür. Bu bizim mentalitetə yaraşmır.

- Kinematoqrafçılar İttifaqının fəaliyyətini necə dəyərləndirirsiz?

- Kinematoqrafçılar İttifaqı batıb. İttifaqa o vaxt Rüstəm İbrahimbəyov rəhbərlik edəndə bütün kino işçilərini yığmışdı başına, təqaüdçülərə pul verirdilər. Festivallar keçirirdilər, Rusiyadan akyorlar dəvət olunurdu. Rüstəm İbrahimbəyov gedəndən sonra Şəfiqə Məmmədova... Əşşi nə bilim. Bir onu bilirəm və görürəm ki, hamı narazıdır.

- Şəfiqə Məmmədova ilə münasibətiniz necədir?

- Normal. Bu haqda heç bir şey danışmaq istəmirəm.

- Elmira xanım, o zaman qələbəmizdən danışaq..

- Mən o vaxt elə bilirdim ki, ulu öndər Heydər Əliyevdən başqa bizim prezidentimiz ola bilməz. Amma yanılmışam. Cənab prezidentimiz İlham Əliyev bütün dediklərinə əməl etdi, torpaqlarımızı bizə qaytardı. Bu bizim üçün möcüzə oldu. Mən bəzən fikirləşirəm ki, elə bil çox yaşadım. Niyə cavanlar gedir, mən hələ də yaşayıram?

- Bu gün filmə çəkilmək istəyirsiz?

- Xeyr, sənətə həvəsim artıq ölüb. Əvvəl burnum ucu göynəyirdi ki, gedim səhnəyə çıxım. Amma indi mənə milyon da versələr çəkilmərəm. Bilirsiz nəyə görə? Mən istəmirəm camaat məndən qorxub desin ki, bu kaftar niyə çəkilir? İstəmirəm məni tamaşaçılarım belə görsün. Mən qocalığı sevmirəm.

- Yəqin ki, mətbuatda eks Mədəniyyət Naziri Əbülfəs Qarayev, Fatma Abdullazadə haqda çıxan təndiqi yazıları da oxumusuz.

- Sözün düzü bundan xəbərim yox idi. Mən qapı döyməyi xoşlamıram, bunu heç vaxt da etmərəm. Amma mənə kömək edən adamları unutmaram. Fatma Abdullazadə mənə prezident təqaüdünün verilməsində böyük rol oynayıb. Əbülfəs Qaraye,v əksinə, yaxşı nazir idi, Polad Bülbüloğlu nazir olduğu müddətdə heç nə etmədi bizim üçün. Mən və bir neçə sənətkar onun qara siyahısında idik. Məlik Dadaşov o vaxt Rus Dram Teatrının direktoru idi, mən onu müdafiə etdim, Polad Bülbüloğlu ilə düşmən oldum. O bir neçə nəfəri, məsələn Arif Məlikovu, Rəfiqə Axundovanı və s. kölgədə qoymuşdu. “Xalq artisti” adını mənə Əbülfəs Qarayev verdi. Hacıbala Abutalıbovun da mənim evimin seçilməsində böyük rolu olub.








 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Tamaşanın məşqlərində yıxıldım, çiynim əzildi, amma yenə də deyirəm ki, kaş səhnədə olardım”
Bu gün, 12:55
• Vətəndaş Starex-dən narazıdır - "Mənə mesaj yazıblar ki..."
Bu gün, 12:45
• Məhkəmə zalında həbs edilən məmurdan XƏBƏR VAR
Bu gün, 12:42
• Kamran Əliyev Şirvan şəhərinə prokuror təyin edib - ƏMR
Bu gün, 12:39
• Binəqədi rayonuna yeni prokuror təyin edilib - ƏMR
Bu gün, 12:37
• “Yapı Kredi Bank” fırıldaqçıdır” - Rəvan Bəşirovdan sərt İTTİHAM
Bu gün, 12:33
• Rəşid Behbudovun qızından şok iddia – Atam bu sözünə görə öldürüldü
Bu gün, 12:27
• Perinatal Mərkəzdə yanğınla bağlı apellyasiya şikayəti üzrə məhkəmə iclası keçirildi
Bu gün, 12:24
• Mehdiyev məhkəməyə divanda uzanmış halda qoşulub - AÇIQLAMA
Bu gün, 12:21
• TƏBİB ləğv olunmur, idarəetmə dəyişir - Ekspert fərmanın mahiyyətini açıqladı
Bu gün, 12:19
• Kəpəz TV QƏRAR VERDİ - nizamnamə kapitalını azaldır
Bu gün, 12:17
• Ermənistan və İran: strateji tərəfdaşlıq, yoxsa təhlükəli oyun - NƏ BAŞ VERİR?
Bu gün, 12:16
• "Təhsil alın, onda sizi aldada bilməyəcəklər" - ÇAĞIRIŞ
Bu gün, 12:12
• DSMF bu şəxsdən 4,6 milyon manata 2 ofis icarəyə götürür - BAZAR OLSUN...
Bu gün, 12:09
• Navai azadlığa buraxıldı - KİV
Bu gün, 12:04
• “Lotu Quli”nin yaxın adamını qətlə yetirən avtoritet kassasiya şikayəti verdi
Bu gün, 12:01
• Azərbaycanda süd istehsalı “yerində sayır” - RƏSMİ
Bu gün, 11:56
• Vəzifəli şəxs Şamaxıdakı evində ölü tapıldı - TƏFƏRRÜAT
Bu gün, 11:53
• “Maşın, geyim, pul davası edirlər, ad günü etməklə yarışırlar - bu yaşa çatmışam hələ də...”
Bu gün, 11:35
• Naxçıvan duzu ilə bağlı yayılan iddialara cavab – “Elə olsaydı, vətəndaşların böyrəkləri fəaliyyətini dayandırardı”
Bu gün, 11:30
• "Sən demə, bizə fırıldaq gəlməyin yolunu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 11:27
• SOCAR-da yeni vəzifəyə təyin olundu, Rövşən Nəcəf təltif etdi - FOTO
Bu gün, 11:18
• “Azərpoçt”un rəhbəri iki şöbəyə yeni müdirlər təyin etdi - FOTO
Bu gün, 11:16
• Həbibbəyli niyə tələsmir ki?.. - HƏQİQƏTƏN DƏ...
Bu gün, 11:11
• Zelenski Rusiyaya zərbələri dayandırmağa hazırdır - ABŞ-dan nə tələb edir?
Bu gün, 11:04
• Hər rayonda icra başçısına ehtiyac yoxdur: 14 icra nümayəndəsi olmalıdır - Sabiq deputat
Bu gün, 11:00
• DSX mayoruna hücum edən idmançılar yenidən məhkəmədə - DETALLAR
Bu gün, 10:57
• Respublika Psixiatriya xəstəxanasında ölüm... - naməlum səbəbdən...
Bu gün, 10:47
• Azərbaycan neftinin qiyməti 118 dolları ötüb
Bu gün, 10:41
• Ceyhun Həsənovun adı hallanan şirkətdə etiraz -"Aztəsərrüfat" MMC kəndlinin pulunu niyə vermir?
Bu gün, 10:40
• “Kontakt Home”nin bu rayon mağazasından məhsul alanlar MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 10:34
• Dünya bazarında neftin qiyməti oktyabrın 20-də YENİDƏN bahalaşıb
Bu gün, 10:29
• “İçərişəhər”ə yeni şöbə müdiri təyin edildi - ƏMR
Bu gün, 10:24
• Mahir Abbaszadənin tender labirinti və ya Ağalı Natali büdcə vəsaitlərini təyinatından hansı yollarla kənarlaşdırır
Bu gün, 10:21
• ASB qiymətli kağızlar bazarından kənarda, “Xalq Bank”da kəskin AZALMA - CƏDVƏL
Bu gün, 10:08
• “Müğənnilərdən 1500 manat tələb edirlər...” – Toy biznesində şok iddialar
Bu gün, 10:04
• Tanınmış meyxanaçı vəfat etdi
Bu gün, 10:02
• “Pilgrim Education” MÜƏMMASI... - hələ davam edir...
Bu gün, 09:48
• Mərkəzi Asiya təzyiq altında: iqtisadi problemlər Azərbaycanı təhdid edir? - GƏLİŞMƏ
Bu gün, 09:42
• Zəngəzur dəhlizindən Rusiyaya pay?! - NƏ BAŞ VERİR?
Bu gün, 09:37
• Yüzlərlə SOCAR işçisi adından Prezidentə MÜRACİƏT - NARAHATÇILIQ VAR...
Bu gün, 09:29
• ""Antiinhisar"a da şikayət etmişəm... baxan yoxdur..." - NARAZILIQ VAR...
Bu gün, 09:21
• "MİRAS" Hərbi-Sənaye Şirkətində YENİ TƏYİNAT - ƏMR
Bu gün, 09:06
• Bakıdan iki Qərb təşkilatına sərt TƏPKİ - Görünəni odur ki...
Bu gün, 08:37
• Bakıda qonşusunu bıçaqlayan şəxsə şərti cəza verildi - QƏRAR
Bu gün, 08:15
• Uitkoff Zelenski ilə görüşdən sonra Rusiyaya gedə bilər - "AXİOS"
Bu gün, 08:12
• Bank olmayan kredit təşkilatlarının SONU gəlir? - AKTUAL
Bu gün, 08:11
• Bir olmağa məhkumuq... - ÇAĞIRIŞ
Bu gün, 08:03
• Bu ölkələr türklərə nifrət edirlər... - FAKT BUDUR...
Bu gün, 07:58
• Nəvai həbsxanada nə edir? - AÇIQLAMA
Bu gün, 07:11
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru