"Sosial mediada sanki bir özbaşınalıq yaranıb"
Tarix: 20-07-2021, 08:46 | Çap et
 "Jurnalistikaya elə insanlar gəlib ki, bilmirəm məqsədləri nədir. Bəlkə şöhrət haqqında düşünürlər, amma buna da inanmıram. Qazanc üçün də gəldiklərinə inanmıram, çünki mətbuatda elə qazanc da yoxdur. Deyirsən ki, bəlkə bir üslub yaradıblar, amma o da yoxdur. Bir sözlə, mətbuata böyük axın var və savadsız bir kütlənin artdığını görürəm" Bunu Moderator.az-a açıqlamasında aparıcı Rövşanə Ağsəfqızı qızı deyib. R.Ağasəfqızı qarşıdan gələn mətbuat günündə mediamıza uğurlar arzulayıb:
"Məncə mətbuat üz qarası olmamalıdır. Yəni mətbuat cəmiyyətin güzgüsüdür. Amma bu gün təəssüf edirəm ki, mətbuatı üz qarasına çevirən simalar yaranıb. Jurnalistikaya elə insanlar gəlib ki, bilmirəm məqsədləri nədir. Bəlkə şöhrət haqqında düşünürlər, amma buna da inanmıram. Qazanc üçün də gəldiklərinə inanmıram, çünki mətbuatda elə qazanc da yoxdur. Deyirsən ki, bəlkə bir üslub yaradıblar, amma o da yoxdur. Bir sözlə, mətbuata böyük axın var və savadsız bir kütlənin artdığını görürəm. Xüsusən də sosial mediada bunu müşahidə edirəm. Sosial mediada hər kəsin sayt yaratmağa imkanı var, o saytda bir-iki nəfər işləyir və insanların əsəb tellərinin üstündə oturur. Bunlar nə gözləyirlər, nə istəyirlər? Reklamdanmı qazanırlar? Düşünürəm ki, reklamdan da elə güclü gəlir yoxdur. Amma görünən odur ki, bu gün insanların çoxu mətbuatdan, sosial mediadan narazıdır. Dezinformasiyalar həddən artıq çoxdur. Xüsusən də yazıya elə başlıq qoyurlar ki, içində yazılanla uyğun gəlmir. Konteksdən çıxarılmış fikirlərdir, belə olmamalıdır, bu jurnalistika deyil. Hesab edirəm ki, buna ciddi bir nəzarət olmalıdır. Sosial mediada sanki bir özbaşınalıq yaranıb. İndi deyəcəklər ki, demokratiyadı, söz azadlığıdır. Amma azadlıq özbaşınalıq olmamalıdır. Kim nə istəyir onu da edir. Kimin kimdənsə xoşu gəlmirsə, istənilən sayta zəng vurub bunu yazdırır. Əsas da ki, jurnalistlə münasibətləri varsa, ona qəşəng bir başlıq yazacaq və inanın ki, cəmiyyət linc etməyə hazır dayanıb. Yazının içini yox, başlığını oxumaqla o insanı başlayırlar linc etməyə. Mən bu yaxınlarda müğənni Sərxan Sərxanın müsahibəsində bunun şahidi oldum. Mən sizi əmin edirəm ki, Sərxan Sərxanı söyən adamların doxsan faizi o müsahibəni oxumamışdılar. Jurnalist bunu başlığa çıxarmışdı ki, yazı oxunsun, onu anlayıram. Amma jurnalist düşünməlidir ki, onun insanı, oxucusu doxsan faiz yazını oxumur. Axı insanı belə linc etmək olmaz. Sərxan Sərxan o sözü deməmişdi. O müsahibəni mən də oxumuşdum və o bunu elə deməmişdi və gərək insanın dediklərinə də bir az hörmət etmək lazımdır. İnsanlar illərlə sənətdə külüng döyür və sosial şəbəkəyə gələn birisi başlayır bir insanın adından konteksdən çıxarılmış fikri başlığa çıxarıb insanı daşqalaq etdirir. İnsan bihörmət olur, belə olmamalıdır. İnsan doğmalarının, sevdiyi insanların arasında pis bir vəziyyətə düşür, balalarının yanında biabır olur. Biz bir-birimizlə düşmənlik? Onsuz da ətrafımız düşmənlərlə doludur. Niyə özümüz özümüzə düşmən kəsilirik, niyə özümüzü baltalayırıq axı. Jurnalistika insanlarda nifrət oyatmamalıdır. Mənim özümlə bağlı elə xəbərlər verirlər, informasiyalar yazırlar ki, inanın Allaha, gedib o şərhlərə baxanda dəhşətə gəlirəm. Son zamanlar isə artıq bunları oxumuram. Axı övladım, dostlarım, tanışlarım buna baxır. Axı mən sənətdə hörmət, televiziyada bir imza qazanmışam. Kiminsə bir neçə oxucusu artıq olması üçün Rövşanədən istifadə edir, biri deyir Rövşanə rəhmətə getdi və sair. Adamlar da düşür onun üstünə başlayır təhqir etməyə. Bununla bağlı elə bir mexanizm yoxdur ki, hüquq-mühafizə orqanlarına müraciət edəsən. Bayram günündə istəməzdim neqativ hallardan danışaq. Ümid edirəm ki, jurnalistikamız, sosial mediamız bayağılıqdan uzaq olacaq. Dürüst, vicdanlı, qərəzsiz olacaqlar".

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Səhiyyə Nazirliyinin yarım milyonluq mənimsəmədə təqsirləndirilən sabiq idarə rəisinin işi üzrə ekspertiza təyin olunub
Bu gün, 12:05 |
|
|
|
| • Vüsal Aslanov yeni şöbə rəisi təyin etdi — FOTO
Bu gün, 12:03 |
|
|
|
| • DİN məktəb direktorunun avtomobilinin yandırılması ilə bağlı daha bir şəxsi HƏBS ETDİ - VİDEO
Bu gün, 11:56 |
|
|
|
| • Ukrayna İsraili söyənlərin sayını azaltdı - KİV
Bu gün, 11:53 |
|
|
|
| • SOCAR zavodunun satınalmalar rəisi "Bakı Metropoliteni"nə keçdi - DOSYE
Bu gün, 11:50 |
|
|
|
| • Pomidor ixracı azalıb, gəlir 172 milyon dollara yüksəlib
Bu gün, 11:47 |
|
|
|
| • Turizm mərkəzinə çevrilmiş qəsəbədə nə bankomat var, nə ödəniş terminalı - ARAŞDIRMA
Bu gün, 11:44 |
|
|
|
| • Azərbaycan himni, İran bayrağı, farsca şüarlar... - aksiyanın arxasında nə dayanır?
Bu gün, 11:36 |
|
|
|
| • Anar Bayramov səhiyyə naziri təyin edilib - SƏRƏNCAM
Bu gün, 11:30 |
|
|
|
| • Teymur Musayev Baş nazirin müavini təyin olunub, səhiyyə naziri vəzifəsindən azad edilib - SƏRƏNCAM
Bu gün, 11:29 |
|
|
|
| • TƏBİB Səhiyyə Nazirliyinin tabeliyinə verilib - FƏRMAN
Bu gün, 11:28 |
|
|
|
| • “Abşeron A1” MTK-ya məxsus binada ÖZBAŞINALIQ - ÖZBAŞINA QALIBLAR
Bu gün, 11:15 |
|
|
|
| • Başkənd və Kərkinin taleyi masada - İrəvanda siyasi həyəcan
Bu gün, 11:09 |
|
|
|
| • Beş ildən sonra sülh? - Bakı vədlər yox, hüquqi zəmanətlər gözləyir
Bu gün, 11:00 |
|
|
|
| • Sabiq Komitə sədrinin tikdirdiyi 6 mərtəbəli otel müsadirə olundu - 5,6 milyona satışa çıxarıldı
Bu gün, 10:57 |
|
|
|
| • "Azərbaycanlı və türkiyəli sürücüləri gömrüyün maşın parkında əsir kimi saxlayırlar" - NARAZILIQ VAR...
Bu gün, 10:47 |
|
|
|
| • Latviya Ermənistandan yaşıl çayın idxalını qadağan edib
Bu gün, 10:42 |
|
|
|
| • "Təzə gələn direktor işi tapşırıb işi bilməyən və vicdanı olmayanlara..." - ŞOK İTTİHAMLAR
Bu gün, 10:38 |
|
|
|
| • "Mərdəkanlı Amin"in qardaşı ilə bağlı QƏRAR
Bu gün, 10:26 |
|
|
|
| • “Brent” nefti 100 dollardan BAHA SATILIR
Bu gün, 10:20 |
|
|
|
| • Bakıda bir sıra təmir və abadlıq işlərinə başlanılır - 84 milyon ayrıldı
Bu gün, 10:13 |
|
|
|
| • Məhkəmə “Cash Finance”ın Şəmkirdəki müştərilərinə yazdığı cərimələri azaltdı - TƏFƏRRÜAT
Bu gün, 10:11 |
|
|
|
| • Balaxanıda yerləşən “Neftçi Kafe”də müştəriyə tüklü xaş verdilər - FOTO
Bu gün, 10:05 |
|
|
|
| • “Meqastore”dən NARAZILIQ... - “İçindən qurd çəxdı”
Bu gün, 10:03 |
|
|
|
| • "Atam bəzən öz hərəkət və davranışlarının fərqində olmur" - Oğlu Ramiz Mehdiyev haqqında istintaqa bunları deyib
Bu gün, 09:56 |
|
|
|
| • “Şəfiqə Məmmədova yaşına görə 2 ildən çox vəzifədə qala bilməz” - AÇIQLAMA
Bu gün, 09:50 |
|
|
|
| • Əmisinin 1 milyondan çox pulunu ələ keçirdi, hotel və restoranlarda xərclədi - TƏFƏRRÜAT
Bu gün, 09:47 |
|
|
|
| • Anar Bayramov bu xəstəxanaya baş həkim təyin etdi - FOTO
Bu gün, 09:45 |
|
|
|
| • Zelenskidən Trampa sərt cavab: - Məni o terrorçu ilə müqayisə edə bilməzsiniz
Bu gün, 09:40 |
|
|
|
| • “MJ Finance” BOKT-un vəzifəli şəxsi yenidən CƏRİMƏLƏNİB
Bu gün, 09:34 |
|
|
|
| • Baş nazirin müavininin sabiq müşavirinə İnvestisiya Holdinqində yüksək vəzifə verildi - BUNDAN SONRA...
Bu gün, 09:30 |
|
|
|
| • Burda rəsmən MÜŞTƏRİNİ QARƏT EDİRLƏR - "Antiinhisar" HARA BAXIR?
Bu gün, 09:23 |
|
|
|
| • Azərbaycan-Türkiyə QARDAŞLIĞI... - QEYD-ŞƏRTSİZ...
Bu gün, 09:15 |
|
|
|
| • ETSN şefinin menyusuna: NƏFƏSİMİZ KƏSİLİR! - Hər kəsilən ağac... hər kəsilə nəfəs...
Bu gün, 09:13 |
|
|
|
| • Şəmkirdə DSX əsgərinin güllələnməsi ilə bağlı iki nəfər həbs edildi - TƏFƏRRÜAT
Bu gün, 09:06 |
|
|
|
| • ABŞ və Yaponiya 57 min hərbçinin iştirakı ilə genişmiqyaslı təlimlərə başlayıb
Bu gün, 09:01 |
|
|
|
| • Putin, Tramp və Si Cinpin arasında üçtərəfli görüş keçirilə bilər - “The Wall Street Journal”
Bu gün, 07:11 |
|
|
|
| • Bu qardaşlığı hansısa qanı pozuq sürüsü POZA BİLMƏZ - AKTUAL
Bu gün, 07:08 |
|
|
|
| • Mahnının ifaçısı olmaq həmin əsərin bütün hüquqlarına sahib olmaq demək deyil... - SORĞU
Bu gün, 06:36 |
|
|
|
| • Fikir ayrılığı olar, yol ayrılığı olmasın - HƏQİQƏTƏN DƏ...
Bu gün, 06:28 |
|
|
|
| • "Filmlərin çəkildiyi məkanlar əslində qorunub saxlanılmalıdır" - ÇAĞIRIŞ
Bu gün, 06:21 |
|
|
|
| • ADNSU-da yeni təyinat - ƏMR
Bu gün, 06:17 |
|
|
|
| • “Virus hüceyrəyə keçir, karantin olacaq” - UYARI
Bu gün, 06:16 |
|
|
|
| • Metroda gediş haqqı BAHALAŞIR? - NƏ BAŞ VERİR?
Bu gün, 06:12 |
|
|
|
| • Departament müdiri "Azərsun Holdinq"i tərk etdi - BUNDAN SONRA...
Bu gün, 06:10 |
|
|
|
| • Ukrayna Türkiyə, Misir və Hindistanla taxıl dəhlizinin yaradılmasını müzakirə edir
Bu gün, 06:07 |
|
|
|
| • Azərbaycandan Aİ-92 ilə bağlı gözlənilməz QƏRAR – Niyə belə edildi?
Bu gün, 06:05 |
|
|
|
| • Hörmüz boğazının cənubunda neft tankerində yanğın olub - KİV
Bu gün, 06:01 |
|
|
|
| • "Yaxşı fırıldaq yolu tapıblar..." - BU NƏDİ BELƏ?
Bu gün, 05:55 |
|
|
|
| • Bu suda İNCİ SAFLIĞI yoxdur... - GİLEY
Bu gün, 05:46 |
|
|
|
|