"Həyat yoldaşım həmin görüntüləri görəndə hönkürüb ağladı"
Tarix: 10-02-2022, 09:52 | Çap et
 Bu gün əməkdar artist, florist-rəssam Suğra Bağırzadənin doğum günüdür. DİA.AZ xəbər verir ki, 75 yaşı tamam olan sənətkar Moderator.az-a doğum günü ilə bağlı açıqlama verib.
“Çox şükür ki, 75 yaşıma çatdım. Doğum günüm mənim üçün bir bayramdır. İlk təbriki hər zamankı kimi ailə üzvlərimdən, daha dəqiq desək həyat yoldaşımdan alıram. O məndən tez işə gedir, səhər oyananda görürəm ki, mənə güllər və digər hədiyyələr alıb. Heç bilmirəm ki, o hədiyyələri yoldaşım harada gətirib gizlədir. Bu əlbəttə ki, mənim üçün çox xoş sürprizdir. Ətrafımdan, həyatımdan, dostlarımdan çox razıyam. Bilirsiniz, insan şükür etməyi bacaranda həyatdan ləzzət alır” deyə aktrisa bildirib. Suğra xanım baxımlı olmağının sirlərini də bizimlə bölüşüb. “Bu yəqin ki, genetikdir. Mən xoşlamıram ki, qadınlar xarici görünüşlərinə müdaxilə etsinlər. Hər zaman anamı yadıma salıram, o 83 yaşında dünyasını dəyişdi, amma çox gözəl qadın idi, nuranı siması var idi. Deyirdim ki, çox istəyirəm qocalanda görünüşüm anamın siması kimi olsun” deyə aktrisa bildirib. Suğra Bağırzadə ən yaddaqalan doğum gününü də xatırlayıb. “Kinematoqrafçılar İttifaqında mənim 50 illik yubileyimi qeyd edirdilər. Bax bu mənim yadımda qalıb. Kinostudiyada da doğum günümü qeyd etmişdik. O vaxt bütün dostlarım sağ-salamat idi, biri royalda çalırdı, biri ifa edirdi, digərləri oynayırdı. Dostlarım, yaxınlarım həyatda idi. Heç kimi itirməmişdim. İndiyə qədər bu doğum günüm mənim yaddaşımdan silinmir” deyə aktrisa bildirib. Suğra Bağırzadə film həyatından da danışıb. “Məni “Ulduz” filmindəki Yetər obrazından sonra o qədər filmlərə dəvət etdilər ki. Amma atam qoymurdu, deyirdi ki, sən mühəndis olacaqsan, bizim nəsildən aktrisa çıxmayıb. Ailə həyatı qurana qədər mən heç bir filmdə rol almadım. Ailə həyatı qurandan sonra atam müdaxilə edə bilmirdi, həyat yoldaşım heç bir söz demədi, mənə qadağa qoymadı. Mənə deyirlər ki, dəqiq azərbaycanlıya oxşamıram. Bilmirəm niyə belə fikirləşirlər?! Bəlkə mən digər qadınlardan niyə görəsə seçilirəm?! Bu vaxta qədər çəkildiyim seriallarda, filmlərdə rejissorlar hər zaman məndən razı qalıblar. Heç vaxt eşitməmişəm ki, kimsə məndən narazıdır. İndi ancaq nənə, ana rolları oynaya bilərəm. Bu günlərdə “Şəhid anası” qısametrajlı bir filmdə şəhid anası obrazına çəkilmişdim. Biləndə ki, bu obrazı oynayacağam axşamdan yemək yeməmişdim ki, sifətim bir az yorğun olsun, gözlərim şişmişdi. Hər şey etmişdim ki, sifətim bir az qocalsın. Bu da aktyorun düzgün hazırlığıdır. Bir gün həyat yoldaşım işdən evə gələndə mən ona bu filmi göstərdim. Həyat yoldaşım bu filmə baxa bilmədi, görüntüləri görəndə yeməyini yarımçıq saxlayıb, hönkürərək ağladı. Bu filmə heç kim ağlamadan baxa bilmir” deyə aktrisa bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
|