
Şuşa şəhər Kollecinin binası 4,5 milyona təmir ediləcək.
Təhsil Nazirliyinin Təsərrüfat Hesablı Əsaslı Tikinti və Təchizat İdarəsi (VÖEN: 1500016711) “İdeal TM” QSC ilə satınalma müqaviləsi imzalayıb.
"DİA-AZ" xəbər verir ki, dövlət qurumu Şuşa şəhər Kollecinin (Qarabağ Universitetinin Turizm fakultəsi) binasının əsaslı təmiri və bərpası işlərini bu şirkətə həvalə edib.
Tərəflər arasında 4 milyon 492 min 872 manatlıq müqavilə imzalanıb.
























