
"İdeal Kredit" bank olmayan kredit təşkilatının (BOKT) Mühasibatlıq şöbəsinin müdiri - baş mühasibi Vüsalə İlyasova vəzifəsindən ayrılıb.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, o, "MJ Finance" BOKT ASC-nin Mühasibatlıq şöbəsinin müdiri vəzifəsinə təyin edilib.
V.İlyasova ötən ildən "İdeal Kredit"də çalışırdı.
2023-2025-ci illərdə isə, o, "PAŞA Kapital"da Mühasibatlıq şöbəsinin müdiri vəzifəsində çalışıb.























