BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                     Zay məhsul satmaları bir yana... .....                     Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... .....                     Mətbuat Şurası gəncləşdimi? .....                     SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır .....                     Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! .....                     Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı .....                     "Azərpoçt"dan ASCO-ya gedənlər .....                     Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT .....                     Ramiz Mehdiyev YAP-dan çıxarıldı .....                     Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi .....                     Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu .....                     Ayselin keçmiş ərini 3 il həbs gözləyir? .....                     Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb .....                     BOKT yox, sələmçi .....                     Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir .....                     Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: .....                     Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum .....                     Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı .....                     Paşinyan Moskvaya 3 ay vaxt verdi .....                     Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası .....                     Azad Füzuli... .....                     “3+3” platforması Bakıya köçür? .....                     Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib .....                     Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi .....                 

Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Tarix: Bu gün, 07:21 | Çap et

Bakıda azyaşlı övladına aliment ala bilməyən ana — Vəfa Habil qızı İsmayılova aidiyyatı icra qurumlarının fəaliyyətsizliyindən və qanun pozuntularından şikayətçidir. O, əlacsızlıqdan mətbuat vasitəsilə ədliyyə naziri Fərid Əhmədova ünvanladığı açıq müraciət xarakterli ərizəsində kömək istəyərək, azyaşlı övladının hüquqlarının qorunmasını, Suraxanı Rayon İcra Şöbəsinin fəaliyyətsizliyinin araşdırılmasını və borclunun qısa müddətdə tapılaraq (axtarış, məcburi gətirilmə və protokol tərtibi vasitəsilə) qanun çərçivəsində alimentin ödənilməsini təmin etməyi ondan xahiş edir.

Şikayətçi vətəndaşın Arazpress.com-a da daxil olan həmin müraciətində vurğuladığı ən ciddi məqamlardan biri icra vərəqinin cari ilin may ayında Suraxanı Rayon İcra Şöbəsinə göndərilməsindən sonra prosesin tamamilə dayanmasıdır: “Qanun 2 ay vaxt qoyur, Suraxanı İcra Şöbəsi isə 5 aydır hərəkətsizdir”.

Aşağıda şikayətçinin ərizəsini olduğu kimi dərc etməyi daha məqsədəuyğun hesab edirik:

“Azərbaycan Respublikasının ədliyyə naziri cənab Fərid Əhmədova

Bakı şəhəri, Qaradağ rayonu, Qızıldaş qəsəbə sakini İsmayılova Vəfa Habil qızı tərəfindən

Ə R İ Z Ə

(Aliment qətnaməsinin icra olunmaması və icra məmurlarının fəaliyyətsizliyi barədə)

Cənab nazir!

Bakı Şəhəri Qaradağ Rayon Məhkəməsinin 2(002)-1562/2024 saylı, 12.08.2024-cü il tarixli Qətnaməsinə əsasən, 29.06.2018-ci il təvəllüdlü azyaşlı övladım Əhədov Həsən Şirvan oğlunun yetkinlik yaşına çatana kimi saxlanılması üçün cavabdeh Əhədov Şirvan Nurməmməd oğlundan hər ay 235 AZN məbləğində aliment alınaraq mənə ödənilməlidir.

Bu Qətnamə icra olunması üçün ilkin olaraq Cəlilabad Rayon İcra və probasiya şöbəsinə göndərilmişdir. Lakin borclu Əhədov Şirvan alimenti ödəməkdən yayınmaq məqsədilə Rusiya Federasiyasına getmiş və nəticədə 2026-cı ilin mart ayının sonuna kimi ödənişdən yayına bilmişdir. Buna görə də onun barəsində rəsmi axtarış elan edilmişdir.

Yalnız 2026-cı ilin mart ayının sonlarında ölkəyə qayıdarkən saxlanılan borclu Cəlilabad Rayon İcra və probasiya şöbəsinə təhvil verilmiş və icra məmuru Nicat Bəhmənov tərəfindən barəsində inzibati protokol tərtib edilərək, məhkəməyə təqdim olunmuşdur. Lakin Cəlilabad Rayon Məhkəməsi tərtib edilmiş protokola əsassız olaraq xitam vermiş, mənim apellyasiya şikayətimə baxan Şirvan Apellyasiya Məhkəməsi də həmin Qərarı qüvvədə saxlamışdır.

Borclu Ş. N. Əhədov protokol tərtib olunduğu ərəfədə müxtəlif vaxtlarda mənə ümumilikdə 1540 AZN ödəniş etsə də, məhkəmənin xitam qərarından (10.04.2026-cı il) sonra ötən 6 ay ərzində mənə bir qəpik də olsun vəsait ödəməmişdir. Hazırda borclunun mənə 5500 AZN aliment borcu yaranmışdır.

Mənə məlum olan məlumata görə, cari ilin may ayında borclunun yaşayış yerini dəyişərək Bakı şəhəri, Suraxanı rayonuna köçməsi ilə bağlı Cəlilabad İcra şöbəsinə arayış təqdim edilmiş və icra vərəqi Suraxanı Rayon İcra Şöbəsinə göndərilmişdir. Sənədin göndərilməsindən artıq 5 ay keçməsinə baxmayaraq, Suraxanı Rayon İcra Şöbəsi tərəfindən məhkəmə qərarının icrası ilə bağlı heç bir maraqlanan və ya tədbir görən olmayıb.

Şöbə ilə əlaqə saxlamaq üçün Ədliyyə Nazirliyinin rəsmi saytında qeyd olunan nömrələrə (rəis Elnur Piriyev: 010-397-92-52 və 012-452-18-74) zəng etmək cəhdlərim isə tamamilə boşa çıxır. Çünki hər iki nömrəyə zəng edərkən, “nömrə təyin edilməyib” cavabı verilir.

Məsələ ilə bağlı 21.08.2026-cı il tarixində şəxsən Sizə, Baş İcra Xidmətinin rəisi Vidadi Məmmədova, Lənkəran Regional Ədliyyə İdarəsinin rəisi Taleh Quliyevə və Cəlilabad İcra şöbəsinin rəisi Mahir Əsgərova rəsmi qaydada ərizə ilə müraciət etsəm də, heç bir qurumdan rəsmi cavab ala bilməmişəm. Yalnız Cəlilabad İcra şöbəsinin icra məmuru N. Bəhmənov telefonla zəng edərək, sənədlərin Suraxanıya göndərildiyini şifahi bildirməklə kifayətlənib.

«İcra haqqında» Azərbaycan Respublikası Qanununun 12.1-ci maddəsinə əsasən, icra məmuru icra sənədini aldığı gündən 2 ay müddətində bütün zəruri icra hərəkətlərini həyata keçirməlidir. Qanunvericilikdə konkret müddət göstərilsə də, mənim icra sənədlərim artıq 5 aydır ki, Suraxanı Rayon İcra Şöbəsində sanki bir bataqlığa düşərək, yoxa çıxıb.

Cənab nazir!

Azyaşlı övladımın hüquqlarının müdafiəsi və elementar ehtiyaclarının ödənilməsi üçün Sizdən xahiş edirəm:

— Məhkəmə qətnaməsinin icrasını əsassız olaraq gecikdirən Suraxanı Rayon İcra Şöbəsinin icra məmurları ilə bağlı dərhal araşdırma aparılmasına göstəriş verəsiniz. Qətnamənin məcburi icrasının qısa müddətdə təmin edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş bütün zəruri tədbirlərin görülməsinə köməklik göstərəsiniz.

Hörmətlə,
İsmayılova Vəfa Habil qızı
Tarix: 12.10.2026-cı il”.


Arazpress.com-









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
• Arif Rəhimzadə Veteranlar Şurasının sədri qaldı, Əli Həsənov müavini oldu
Dünən, 16:35
• Ayselin keçmiş ərini 3 il həbs gözləyir? – Aliment borcunun detalları
Dünən, 16:33
• Nikol Paşinyan Avropa Komissiyasının vitse-prezidenti ilə görüşüb
Dünən, 16:31
• BOKT yox, sələmçi - "Mərkəzi Bank onların fəaliyyətinə xitam verməlidir"
Dünən, 16:28
• Rusiya Bakı və İrəvan üzərindən regiona qayıtmaq istəyir - Emre Dinerdən ŞƏRH
Dünən, 16:24
• Bakı-Ankara münasibətlərində “qırmızı xətt” və ya: - indi mübahisə vaxtı deyil
Dünən, 16:21
• Azərbaycanda ömrünün yarısını həbsdə yatan ömürlük məhkum ÖLDÜ
Dünən, 16:19
• Məşğulluq Agentliyində qeydiyyata alınan işsizlərin sayı 14,8 min nəfər artıb
Dünən, 16:17
• Paşinyan Moskvaya 3 ay vaxt verdi - NƏ dəyişəcək?
Dünən, 16:15
• Azərbaycanın Regional Siyasəti və Sülh Strategiyası - MƏQALƏ
Dünən, 16:11
• Azad Füzuli... - 17 oktyabr: Zəfər tarixindən Böyük Qayıdışa...
Dünən, 16:09
• “3+3” platforması Bakıya köçür? - ŞƏRH
Dünən, 16:01
• Neft Fondu 9 ayda neft-qaz satışından 8 mlrd. manata yaxın gəlir əldə edib - RƏSMİ
Dünən, 15:59
• Məşhəd və Təbrizdə Azərbaycana qarşı aksiya keçirildi - KİV
Dünən, 15:57
• Bir aylıq “Fərqlənmə nişanı” üçün bir həftə gözləməli olurlar? - Taksi sürücülərindən ŞİKAYƏT
Dünən, 15:52
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Dünən, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Dünən, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Dünən, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Dünən, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Dünən, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Dünən, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Dünən, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Dünən, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Dünən, 14:40
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru