
Azərbaycan Beynəlxalq Bankında (ABB) yeni təyinat baş tutub.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, müvafiq əmrlə Toğrul Tağıyev ABB-də İnvestisiya həlləri departamentinin müdiri təyin edilib.
O, ötən ildən ABB-də çalışır və bu təyinata qədər İnvestisiya həlləri üzrə komanda rəhbəri olub.
T. Tağıyev 2024-2025-ci illərdə isə Paşa Kapital və Paşa Bank-da çalışıb.























