
Azərbaycanda hərbi və mülki geyim, xüsusi təyinatlı uniformalar, ayaqqabı və texniki tekstil məhsullarının istehsalı ilə məşğul olan "Q-STP" MMC-nin yeni Baş direktoru Fərid Rzabəyli özünə köməkçi təyin edib.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, bu vəzifəyə Validə Musayeva təyinat alıb.
O, yeni təyinatadək inşaat şirkəti olan "Modulx" MMC-də Ofis meneceri - Baş direktorun köməkçisi vəzifəsində çalışıb.
Validə MusayevaMəlumat üçün bildirək ki, Fərid Rzabəyli bu ilin iyulunda şirkətin baş direktoru vəzifəsinə təyin olunub. O, bu təyinata qədər “Sumqayıt Tekstil” MMC-də direktor vəzifəsini icra edib.
Xatırladaq ki, “Q-STP” MMC tekstil sənayesində fəaliyyət göstərən və güc strukturları, dövlət qurumları, sənaye müəssisələri, eləcə də korporativ müştərilər üçün yüksək keyfiyyətli xüsusi təyinatlı geyimlər, iş geyimləri, fərdi mühafizə vasitələri və digər tekstil məhsullarının istehsalı və təchizatı sahəsində ixtisaslaşmış şirkətdir.
Fərid Rzabəyli























