“Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                     İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb .....                     “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib .....                     "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" .....                     İlham Əliyevin sülhdə mühüm rolu var .....                     Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif .....                     Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti .....                     Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır... .....                     “O qurum ləğv olunsun!” .....                     Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? .....                     Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. .....                     Hesablama Palatasının strukturu dəyişir .....                     Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı .....                     “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! .....                     Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi .....                     İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi .....                     Körpəsini döyərək ölümünə səbəb olan ana: .....                     Pezeşkian İrəvanda səfərdədir .....                 

Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Tarix: Bu gün, 11:54 | Çap et

Şəki Apellyasiya Məhkəməsində oğurluqda təqsirləndirilən Qoca Yusifovun barəsindəki hökmdən verilən apellyasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.

Pravda.az-ın əldə etdiyi məlumata görə, hakim Zamin Tahirovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Qərara əsasən, zәrәrçәkmiş şəxsin apellyasiya şikayəti təmin edilməyib.

İbtidai istintaq orqanının irəli sürdüyü ittihama görə, Qoca Yusifov özgənin əmlakını ələ keçirmək məqsədilə vahid niyyətlə əhatə olunan qəsdlə hərəkət edərək 27 dekabr 2024-cü il tarixdə Qax şəhər sakini, zərərçəkmiş M.Allahverdiyevin mobil telefonuna zəng edib.

Təqsirləndirilən şəxs həmin vaxt istifadə etdiyi xarici mobil nömrə vasitəsilə zərərçəkmiş şəxslə əlaqə saxlayıb və özünü “Kapital Bank” ASC-nin mühafizə xidmətinin rəhbəri kimi təqdim edib. O, M.Allahverdiyevin bank kartlarına müdaxilə olunduğunu yalandan bildirərək mobil telefonuna göndərilən bildirişi təsdiqləməsini istəyib.

Zərərçəkmiş şəxs həmin bildirişi təsdiqlədikdən sonra Qoca onun bank kartlarının məxfi məlumatlarını əldə edib və informasiya texnologiyalarından istifadə edilməklə pul vəsaitlərini ələ keçirib.

Belə ki, o, M.Allahverdiyevə məxsus bank kartlarından birindən 6 700 manat, digərindən isə 1 400 manat olmaqla, ümumilikdə 8 100 manat pul vəsaitini gizli yolla talayıb. Həmin məbləğin təqsirləndirilən şəxsin istifadə etdiyi başqa bir bank kartına köçürüldüyü bildirilir.

İbtidai istintaq orqanı bu əməlləri informasiya texnologiyalarından istifadə etməklə özgənin əmlakını gizli yolla talama və xeyli miqdarda ziyan vurmaqla oğurluq kimi qiymətləndirərək Qoca Yusifova Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə ittiham irəli sürüb.

Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilən vətəndaş ifadəsində bildirib ki, hadisə 27 dekabr 2024-cü il tarixdə, saat 16:00 radələrində işdə olduğu vaxt baş verib.

Onun sözlərinə görə, istifadə etdiyi mobil nömrəyə WhatsApp vasitəsilə tanımadığı, xarici nömrədən zəng gəlib. Zəngə cavab verən zaman qarşı tərəf özünü bankın mühafizə xidmətinin rəhbəri kimi təqdim edib.

Zəng edən şəxs M.Allahverdiyevə istifadə etdiyi bank kartına müdaxilə olunduğunu deyərək telefonuna gələn bildirişi təsdiqləməsini tapşırıb. Zərərçəkmiş şəxs həmin bildirişin mahiyyətini bilmədiyini, lakin qarşı tərəfin dediyinə əsasən onu təsdiqlədiyini bildirib.

Bundan sonra onun bank kartlarından birindən iki dəfə 500 manat, bir dəfə isə 400 manat olmaqla, ümumilikdə 1 400 manat pul çıxarılıb.

Zərərçəkmiş şəxs ifadəsində qeyd edib ki, kartından pul çıxarıldığını zəng edən şəxsə bildirdikdə, həmin şəxs ondan gözləməsini istəyib. Daha sonra telefon danışığı kəsilib. Zərərçəkmiş şəxs banka məlumat verdikdən sonra digər kart hesabını yoxlayarkən oradan da 6 700 manat pul vəsaitinin çıxarıldığını aşkar edib.

O, baş verən hadisə barədə Daxili İşlər Nazirliyinin 102 xidmətinə məlumat verib.

Onun ifadəsinə əsasən, hər iki kart hesabından çıxarılan ümumilikdə 8 100 manat onun xəbəri və razılığı olmadan başqa bank kartına köçürülüb.

Zərərçəkmiş şəxs məhkəmədə Qoca Yusifovun ona dəymiş maddi ziyanı tam ödəmədiyini deyib və şikayətçi olduğunu qeyd edib.

Məhkəmə iclasında ifadə verən Qoca Yusifov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib.

O, ifadəsində iş axtardığını və bu məqsədlə “Telegram” tətbiqindən istifadə etdiyini bildirib. Təqsirləndirilən şəxsin sözlərinə görə, həmin vaxt ona məxsus bank kartını onlayn şəkildə 100 manata satıb. Kartı alan şəxslə təxminən bir saat danışdıqdan sonra satış barədə razılığa gəlib.

Qoca Yusifov bildirib ki, kartı satdıqdan sonra hesabı geri qaytarmaq istəsə də, kartın bloklandığını görüb. Daha sonra hesaba daxil olduqda kart hesabına külli miqdarda pul vəsaitinin daxil olduğunu və oradan çıxarıldığını müşahidə edib.

O, əməliyyatların aparılmasında istifadə olunan mobil telefon nömrəsinin kimə məxsus olduğunu bilmədiyini, həmçinin bankın mobil tətbiqində özünə aid telefon nömrəsinin dəyişdirildiyini gördüyünü deyib. Təqsirləndirilən şəxs həmin mobil nömrədən və xarici nömrədən istifadə etmədiyini də deyib.

Qoca Yusifov ifadəsində dəymiş ziyanın tam ödənildiyini iddia edib. Bununla belə, o, özünü yalnız bank kartını satmaqda təqsirli bildiyini, digər hərəkətləri törətmədiyini ifadə edib.

Qax Rayon Məhkəməsi Qoca Yusifov barəsində 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edib. Lakin zərərçəkmiş şəxs çıxarılmış hökmlə razılaşmayaraq apellyasiya şikayəti verib. Apellyasiya şikayətində M.Allahverdiyev birinci instansiya məhkəməsinin hökmünün dəyişdirilməsini xahiş edib.

O, təqsirləndirilən şəxsin törətdiyi cinayət nəticəsində dəymiş maddi ziyanın məhkəmə tərəfindən tam həcmdə nəzərə alınmasını istəyib. Zərərçəkmiş şəxs, həmçinin maddi ziyanın tam ödənilmədiyini və tərəflər arasında barışıq sazişinin olmadığını əsas gətirərək Qoca Yusifovun Cinayət Məcəlləsinin 177.2.3-1 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilməsini tələb edib.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
• Hesablama Palatasının strukturu dəyişir - DETALLAR
Bu gün, 10:02
• Məhkəmə xarici şirkətin Azərbaycandakı filialının həbsdəki direktoru ilə bağlı QƏRAR VERDİ
Bu gün, 10:01
• “Kompleks Qazma İşləri” Trestində QANUNLAR AYAQ ALTINDA! - PREZİDENTƏ MÜRACİƏT!
Bu gün, 09:56
• Azərbaycan İrəvana nümayədə heyəti göndərmədi - Simonyan
Bu gün, 09:49
• İrəvanda fiasko: Avropa liderləri sammitə gəlmədi – FOTO
Bu gün, 09:46
• Körpəsini döyərək ölümünə səbəb olan ana: - “Ağlayırdı, hündürlüyə qaldıraraq taxta döşəməyə vurdum”
Bu gün, 09:43
• Pezeşkian İrəvanda səfərdədir - İRNA
Bu gün, 09:40
• İlk dəfə azərbaycanlılar üçün bunu mən etmişəm - Saakaşvili
Bu gün, 09:38
• “Azərkəndtikinti”də Müşahidə Şurası dəyişəcək - TƏDARÜK VAR...
Bu gün, 09:36
• Zatulin və Soçi siyasi səhnəsi: - məhkumluqdan mandata qədər
Bu gün, 09:34
• “Orbit Electronics” mağazasından 233 minlik oğurluq etməkdə ittiham olunan şəxslə bağlı QƏRAR
Bu gün, 09:30
• Xırdalanda məktəbin şüşələrini sındıran şəxs həbs edildi - FOTO
Bu gün, 09:29
• Deputat Məzahir Əfəndiyev barəsində doqquz işə xitam verildi - DETALLAR
Bu gün, 09:27
• Qısqanclıq zəminində törədilən qətllə bağlı məhkəmədə ziddiyyətli ifadələr: “Onu sevgilim öldürdü...” - TƏFƏRRÜAT
Bu gün, 09:25
• Azərbaycana qarşı hibrid hücumlar geniş miqyas alıb - Milli Məclisinin BƏYANATI
Bu gün, 09:22
• SOCAR TECH rəhbərliyində yeni TƏYİNAT - ƏMR
Bu gün, 09:15
• AQEM-də Azərbaycanın sədrliyinə etimad yüksəkdir - MƏQALƏ
Bu gün, 08:59
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru