
“Meydan TV”nin həbsdə olan baş redaktoru Aynur Elgünəşin səhhətinin kritik olduğu bildirilir.
Gununsesi.info xəbər verir ki, yaxınlarının sözlərinə görə, jurnalistin böyrəyində ciddi problem var və təcili tibbi müdaxiləyə ehtiyac duyulur.
Bildirilib ki, oktyabrın 14-də Bakı İstintaq Təcridxanasında Elgünəşin vəziyyəti pisləşib, təzyiqi əvvəlcə 150/80-ə yüksəlib, daha sonra isə 80/50-yə düşüb. O, nəfəs almaqda çətinlik çəkib və ağrılardan əziyyət çəkib.
Yaxınları həmçinin qeyd edirlər ki, jurnalistin Müalicə Müəssisəsinə köçürülməsi gecikdirilir.
Onlar vəziyyətin daha da ağırlaşa biləcəyindən narahatdırlar və təcili tibbi yardım göstərilməsini tələb edirlər.
























