
Ermənistan Təhlükəsizlik Şurasının katibi Alen Simonyan yerli jurnalistlərə Azərbaycan Prezidenti İlham Əliyevlə söhbətindən danışıb.
Teleqraf xəbər verir ki, söhbət sentyabr ayında Bişkekdə iki ölkə liderlərinin geniş tərkibli görüşü zamanı baş tutub.
“Azərbaycan Prezidentinə sülhdən danışarkən bu məsələdə onun mühüm rolunun olduğunu demək imkanım oldu. Onun ritorikası Ermənistanda eşidilir. O, məni dinləyərək “yaxşı, olsun” dedi”, - Simonyan bildirib.























