"Beynəlxalq mətbuatın, bəzi blogerlərin Azərbaycana qarşı aparılan qərəzli informasiya savaşı Vətəni sevən hər bir vətəndaşı narahat edir..." "DİA-AZ" xəbər verir ki, bunu özünün sosial şəbəkə hesabında ReAL Partiyasının sədri Natiq Cəfərli qeyd edib.
O daha sonra fikrini belə davam etdirir: "Şəxsən mən məsələ ilə bağlı öz münasibətimi yerli və xarici mətbuatda, habelə fərdi görüşlərdə bir neçə dəfə bildirmişəm.
Bizim üçün, bu məsələnin çözümü insan haqları və dövlət maraqlarının sintezindən doğur.
Həmkarlarıma, siyasət camiyasına tövsiyəm odur ki, məsələyə bu prizmadan baxsınlar. Radikalizm ayaq tutub yerisə, ilk-əvvəl hədəfdə elə sekulyar düşüncəli insanlar olacaq.
Bütün məsələri dövlət ağlı ilə çözməyə qadirik, kənardan təsir cəhdləri mənasız və ziyanlıdır.
Bütün qərəzli təxribatlardan uzaq duraq, dövlətin son atdığı və hüquq adına atacağı addımların sonda xalqımıza yararlı olacağınu düşünürəm. Əsas hədəfimiz ölkədə rifah halını yeksəltmək olmalıdır.
Radikalizmin istənilən forması mənim üçün qəbuledilməzdir!"
























