“Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” .....                     Başçı rayonun başını buraxıb... .....                     Polkovnik Şirvanov azadlığa buraxıldı .....                     AKP susur, Azərbaycana qarşı kampaniya səngimir .....                     Paşinyan və Pezeşkian İrəvanda görüşüb .....                     Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib .....                     Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir .....                     Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi .....                     "Xalq Bank" geriləyir .....                     İsi Mustafayev onun vəzifəsini artırdı .....                     Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: .....                     Əli Həsənova vəzifə verilir .....                     Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar .....                     Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA .....                     Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT .....                     AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? .....                     “O meyxanaçılar məni toylardan “burur” .....                     “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib .....                     Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə .....                     SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb .....                     Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər .....                     Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı .....                     Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır .....                     900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili .....                     Həbsdəki jurnalistin səhhəti pisləşib .....                     İrəvanda Nəsimi üstündə qovğa: .....                     “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… .....                     Mətbuat Şurasına yeni sədr seçilib .....                     Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat .....                     Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə .....                     “Xalq Bank”dan pullar geri çəkilir .....                     Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı .....                     Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? .....                     Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi .....                     KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU .....                     Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik .....                     Baş direktor özünə köməkçi təyin etdi .....                     Bakıda daha bir lizinq şirkəti yaradılıb .....                     Ermənilərin çoxu pasport aldı .....                     Qatarlar gecikdi, ADY-dən səs çıxmadı .....                 

AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Tarix: Bu gün, 15:15 | Çap et

Türkiyədə Ədalət və İnkişaf Partiyasının (AKP) hakimiyyəti dövründə dini icma və fondların ictimai həyata təsirinin genişlənməsi, uşaqların müdafiəsi ilə bağlı qalmaqallar və dünyəvi təhsillə bağlı mübahisələr fonunda bu ölkənin siyasi dairələrinin Azərbaycana ünvanladığı iradlar ciddi suallar doğurur. Türkiyədə dini icmalara bağlı yataqxana və kurslarda uşaqların təhsildən uzaqlaşdırılması, zorakılıq və cinsi istismar iddiaları uzun müddətdir ictimai müzakirə mövzusudur. Ensar Vakfına bağlı yataqxanada uşaqların cinsi istismarı işi və dövrün naziri Sema Ramazanoğlunun hadisə ilə bağlı qalmaqallı açıqlaması bu məsələnin siyasi məsuliyyət müstəvisində də müzakirəsinə səbəb olmuşdu. Diyanət İşləri Başqanlığının azyaşlıların nikahı ilə bağlı mübahisəli açıqlamaları, erkən evliliklərə şərait yarada biləcəyi deyilən təşəbbüslər və Türkiyənin İstanbul Konvensiyasından çıxması da qadın və uşaq hüquqlarının müdafiəsi ətrafındakı narahatlıqları artırıb.

Əlbəttə, söhbət Türkiyə cəmiyyətinin dini inanclarından deyil, uşaqların hüquqlarının siyasi və ideoloji maraqlardan üstün tutulub-tutulmamasından gedir. Dini nüfuz, siyasi əlaqələr və ya ənənə adı altında uşaqların təhlükəsizliyinə xələl gətirilməsi yolverilməzdir. Dövlətin vəzifəsi azyaşlıları hər hansı ideoloji təsirə təslim etmək deyil, onların təhlükəsizliyini, keyfiyyətli təhsilini və azad inkişafını təmin etməkdir.

Belə bir şəraitdə Azərbaycanın dünyəvi təhsil sisteminə və məktəbli geyimi ilə bağlı qaydalarına irad bildirilməsi xüsusilə ziddiyyətli görünür. Azərbaycan öz təhsil siyasətini suveren dövlət kimi müəyyənləşdirir. Məktəbli forması və təhsil qaydaları müzakirə oluna bilər, lakin bu məsələlərdən Azərbaycanın dünyəvi dövlətçilik modelini hədəfə almaq üçün istifadə edilməsi qəbuledilməzdir. Türkiyə ilə qardaşlıq münasibətləri qarşılıqlı hörmətə əsaslanmalıdır. Qardaşlıq digər ölkənin daxili işlərinə müdaxilə etmək hüququ vermir.

AKP hakimiyyətinin daxili problemlər fonunda dini və milli ritorikadan siyasi məqsədlərlə istifadə etməsi, diqqəti xarici mübahisələrə yönəltməsi ehtimalı da nəzərdən qaçmamalıdır. İqtisadi çətinliklər, qadınlara qarşı zorakılıq və idarəetmə ilə bağlı sualların mövcud olduğu şəraitdə Azərbaycanın dünyəvi təhsil modelini mübahisə predmetinə çevirmək Türkiyənin öz problemlərinin həlli deyil. Hüquq və əxlaq barədə danışmaq asandır, əsas məsələ həmin prinsipləri siyasi maraqlardan üstün tutmaqdır.

Azərbaycanın dünyəvi dövlətçilik ənənələri və təhsil siyasəti başqa ölkələrin daxili siyasi hesablaşmalarının alətinə çevrilməməlidir. Uşaqların hüquqları siyasi ritorika vasitəsi, dini institutlar isə məsuliyyətdən yayınmaq üçün sipər olmamalıdır. Azərbaycana irad bildirənlər ilk növbədə öz siyasətlərinin nəticələrinə baxmalı, başqalarından tələb etdikləri prinsiplərə özləri də əməl etməlidirlər.

Öz ölkəsində uşaqların müdafiəsi ilə bağlı ciddi suallara cavab verməli olan AKP hakimiyyəti hansı mənəvi və siyasi əsaslarla Azərbaycana dərs keçməyə çalışır?

Siyasi analitik Asif Nərimanlı Musavat.com-a açıqlamasında mövcud durumdan bir azərbaycanlı olaraq çox təəssüfləndiyini dilə gətirdi: “Azərbaycan hər bir qərarını verməkdə müstəqildir. Hansı ölkə olmasından asılı olmayaraq, bizim daxili işlərimizə qarışa bilməz. Məktəblərdə hicab məsələsi ilə bağlı məlum qərarı müstəqil dövlət olaraq verdik və buna görə kimsə bizə irad bildirə, etiraz edə bilməz. Amma təəssüflər olsun ki, ən çox bizə qardaş ölkə deyən Türkiyəmizdə xoşagəlməyən durum yaşayırıq. Azərbaycan səfirliyi önündə etiraz aksiyaları təşkil etmək nədir? Qardaş da qardaşın evinin qarşısında aksiya təşkil edər? Doğrudur, bunun hakimiyyət səviyyəsində təşkil olunmadığı aydındır. Amma heç olmasa, bir mövqe sərgilənə bilməzdi? AKP hakimiyyəti dövründə Türkiyədə hicab məsələsində yaranan problemlər, eləcə də uşaqlarla bağlı erkən nikahdan tutmuş digər məsələlərə qədər yaşananlar məlumdur. Amma biz indiyə qədər dostluq-qardaşlıq münasibətlərinə görə düşündük ki, keçib gedər. Lakin görürük ki, prosesi sanki körükləyən qüvvələr ard-arda peyda olmaqdadır. Hakimiyyət isə susqun mövqe sərgiləyir. Olmaz, belə qardaşlıq. Vallah olmaz”.

Siyasi təhlilçi bütün bunlarla yanaşı qardaş ölkədə Azərbaycanı müdafiə edənlərin çoxluq təşkil etdiyinə əmindir: “Türkiyədə Azərbaycanı müdafiə edən milli kəsim hadisələrin inkişafına hər zaman təsir edə bilmir. Ermənistanla “futbol diplomatiyası” və “Sürix protokolu” məsələsinin reallaşmamasında da bu kəsimin rolu olmuşdu. Hazırda milli kəsimin Azərbaycana hücum edənlərə qarşı mövqeyi genişlənir. Fikrimcə, bu kəsimin etirazları prosesə müəyyən qədər də olsa təsir edə bilər. Lakin ümumi mənzərədə Azərbaycanın müstəqil siyasi addımlarına qarşı aqressiyanın davam edəcəyi görünür. Çünki məsələ hazırda müzakirə edilən “hicab qadağası” iddiası deyil. Azərbaycana qarşı informasiya hücumları uzun müddətdir davam edir, son bir ildə xüsusilə genişlənib. Bu kampaniyanın arxasında dayananlar Türkiyədə hakimiyyət dairələrinə qədər yüksələn siyasi İslamçıların olduğu görünür. Fikrimcə, süni şəkildə gərginliyin yaradılması cəhdləri davam edəcək, indi səngisə belə, yenidən başlaya bilər. Son dövrlər bu prosesin təkrarlanması belə deməyə əsas verir. Burada Türkiyə rəhbərliyinin mövqeyi həlledici olacaq. Bu mövqeyin də Azərbaycan-Türkiyə strateji münasibətləri və qardaşlığından yana olacağını düşünürəm”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• “Tramp administrasiyası Ukrayna məsələsində Rusiyanın tərəfdaşı kimi çıxış edir” – Siyasi şərhçi
Bu gün, 15:40
• Başçı rayonun başını buraxıb... - görünəni budur
Bu gün, 15:35
• Polkovnik Şirvanov azadlığa buraxıldı - QƏRAR
Bu gün, 15:27
• AKP susur, Azərbaycana qarşı kampaniya səngimir - bu necə qardaşlıqdır?
Bu gün, 15:15
• Paşinyan və Pezeşkian İrəvanda görüşüb - "Sputnik-Armenia"
Bu gün, 15:11
• Azərbaycanda hakimiyyətin zorla ələ keçirilməsinə çağırışlar edən Türkiyə vətəndaşı beynəlxalq axtarışa verilib - FOTO
Bu gün, 15:10
• Azərbaycanlı reperi 5 il həbs cəzası gözləyir - TƏFƏRRÜAT
Bu gün, 14:42
• Vətən Müharibəsi Qəhrəmanına vəzifə verildi - TƏYİNAT
Bu gün, 14:41
• "Xalq Bank" geriləyir - MALİYYƏ GÖSTƏRİCİLƏRİ
Bu gün, 14:40
• İsi Mustafayev onun vəzifəsini artırdı - ƏMR
Bu gün, 14:38
• Aparıcı Mətanətdən ÜZÜCÜ XƏBƏR: - “Zəng etdilər ki, yıxılıb, komadadır”
Bu gün, 14:36
• Əli Həsənova vəzifə verilir - YAP-da
Bu gün, 14:14
• Əraqçi erməni qardaşlarına etibar edir: Bizə qarşı addım atmazlar - “Armenian News”
Bu gün, 13:57
• Ayseldən keçmiş ərinin həbsi ilə bağlı AÇIQLAMA - "Yadınızdadırsa..."
Bu gün, 13:55
• Müdafiə Sənayesi Nazirliyinin Mərkəzinə yeni TƏYİNAT - FOTO
Bu gün, 13:53
• AZAL İsrail Prezidentinin uçuşu barədə Türkiyəyə məlumat verməli idimi? – "Haber Global" detalları açıqlayıb
Bu gün, 13:31
• “O meyxanaçılar məni toylardan “burur” - mən meyxana deyəndə siz kənardan həsrətlə mənə baxırdınız”
Bu gün, 13:04
• “Azərkəndtikinti”nin səhmdarlarının yığıncağının vaxtı dəyişdirilib
Bu gün, 13:02
• Qazax Rayon Mədəniyyət Mərkəzinin əsaslı təmir işlərinə 1.7 milyon sərf olunacaq
Bu gün, 13:01
• SOCAR “Qazprom”dan qaz almaq niyyətini açıqlayıb - "TASS"
Bu gün, 12:55
• Ermənistan-Türkiyə sərhədi qəfil açıla bilər – Mirzoyan BELƏ DEYİR
Bu gün, 12:53
• Nigar Biləndərli 22 ildən sonra “Xalq Bank”dan ayrıldı - DOSYE
Bu gün, 12:46
• Bakıda AYNA-nın parkinqi sakinlərin giriş-çıxışını məhdudlaşdırır - FOTO
Bu gün, 12:39
• 900 manatlıq iş elanında qadına əxlaqsız təklif: Həm işçi axtarıram, həm sevgili - VİDEO
Bu gün, 12:34
• Həbsdəki jurnalistin səhhəti pisləşib - təcili tibbi müdaxiləyə ehtiyac duyulur...
Bu gün, 12:26
• İrəvanda Nəsimi üstündə qovğa: -evə girib, çörək yeyib, yatıb...
Bu gün, 12:24
• “ART-PROJE” MMC-ni universal edən kimlərdir: Antiinhisar Agentliyi, yoxsa… - İLGİNC FAKTLAR...
Bu gün, 12:19
• Mətbuat Şurasına yeni sədr seçilib
Bu gün, 12:08
• Əsabil Qasımovun qardaşı oğlunun “Vialom” şirkətindən dövləti təxribat - İTTİHAM VAR...
Bu gün, 12:07
• Lerikdə tanışını güllələyib meyitini dərəyə atan şəxsə HÖKM OXUNDU
Bu gün, 11:57
• “Xalq Bank”dan pullar geri çəkilir - Depozit portfelində 323 milyonluq AZALMA
Bu gün, 11:55
• Özünü “Kapital Bank”ın mühafizə xidmətinin rəhbəri kimi təqdim edərək vətəndaşın kartından pul oğurladı – CƏZA
Bu gün, 11:54
• Müğənni Zemfira TANINMAZ HALDA: Onu kimə BƏNZƏTDİLƏR? - FOTO
Bu gün, 11:50
• Köçəryanın məhkəməsində prokurorun halı pisləşdi - “Hraparak”
Bu gün, 11:46
• KİMSƏ ÖZÜNÜ YIRTMASIN: İsrail Prezidentinin Azərbaycana necə gəldiyi BƏLLİ OLDU - TƏFƏRRÜAT
Bu gün, 11:45
• Şərab, tranzit və təhlükəsizlik: Rusiya ilə Gürcüstan arasında gərginlik - NƏ BAŞ VERİR?
Bu gün, 11:39
• Baş direktor özünə köməkçi təyin etdi - FOTO
Bu gün, 11:35
• Bakıda daha bir lizinq şirkəti yaradılıb
Bu gün, 11:29
• Ermənilərin çoxu pasport aldı – Qarabağa qayıdış xülyasına SON?
Bu gün, 11:27
• Qatarlar gecikdi, ADY-dən səs çıxmadı – Ekspertdən SƏRT çıxış
Bu gün, 11:13
• İş adamını şantaj edərək 3 milyon dollarını alan şəxslərin məhkəməsi başlayıb - TƏFƏRRÜAT
Bu gün, 11:11
• “Mr. Fix” şirkətinə yeni əməliyyatlar direktoru təyin edilib - BUNDAN SONRA...
Bu gün, 10:58
• "Xocalıda verdikləri ev başımıza uçur, niyə bizə QƏSD EDİRLƏR?" - NARAZILIQ VAR...
Bu gün, 10:54
• İlham Əliyevin sülhdə mühüm rolu var - Simonyandan ETİRAF
Bu gün, 10:41
• Akopyandan anklavlarla bağlı ağlasığmaz təklif - "Əgər onu geri çəkərək..."
Bu gün, 10:38
• Təhlükəsizlik sistemləri quraşdıran "Titan Electronics"in şirkəti CƏRİMƏLƏNDİ
Bu gün, 10:32
• Azərbaycan neftinin qiyməti 120 dollara yaxındır...
Bu gün, 10:24
• “O qurum ləğv olunsun!” - Xoşqədəmdən sərt açıqlama
Bu gün, 10:18
• Kamran Əsədovun məhkəməsi niyə təxirə düşdü? - SƏBƏB
Bu gün, 10:11
• Ermənistanın daxili işlər naziri Azərbaycan əsgəri ilə bağlı hadisələr haqda nə dedi?.. - Ermənistan mediası
Bu gün, 10:03
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru