
Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olmuş kommersiya qurumlarından birinin dövlət büdcəsinə külli miqdarda vergi borcu üzə çıxıb.
32gun.az-ın əldə etdiyi məlumata görə, fəaliyyətini dayandıraraq bağlanan "Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyi Sosial Xidmətlər İdarəsi" Məhdud Məsuliyyətli Cəmiyyətinin vergi ödəyicisi kimi statusu "Passiv" rejimə keçirilib.
32gun.az-ın əldə etdiyi digər əsas məlumata görə, fəaliyyəti dondurulan və ləğv olunan dövlət strukturuna bağlı bu cəmiyyətin vergi borcu kəskin artaraq 494.376,72 AZN-ə (yaxın 500 min manat) çatıb.Rəsmi registr məlumatlarına əsasən, hüquqi ünvanı Bakı şəhəri, Nərimanov rayonu, Heydər Əliyev prospekti, ev 82/1 olan müəssisənin qanuni təmsilçisi Firad İbişov Kamil oğludur.
Nazirliyin tabeliyindəki sosial təyinatlı qurumun yarım milyon manata yaxın vergi borcu toplayaraq fəaliyyətini passiv rejimdə bitirməsi maliyyə haqq-hesabı və dövlət əmlakının idarə olunması baxımından ciddi suallar doğurur.























