
Azərbaycanda “Baker Tilly Azerbaijan” mühasibatlıq şirkətinə yeni direktor təyin olundu.
Yurd.Media-nın əldə etdiyi məlumata görə, Zaur Əmirov şirkətdə audit direktoru vəzifəsinə təyin edilib.
Zaur Əmirov yeni təyinatından əvvəl, 2022-ci ilin sentyabrından 2026-cı ilin mayınadək şirkətdə baş audit meneceri vəzifəsini tutub.
Əmirov “Baker Tilly Azerbaijan”da uzun müddətdir fəaliyyət göstərir. O, 2012-ci ilin iyulundan 2015-ci ilin iyulunadək isə baş auditor, 2015-ci ilin iyulundan 2016-cı ilin iyulunadək audit üzrə menecer köməkçisi, 2016-cı ilin iyulundan 2022-ci ilin avqustunadək audit meneceri vəzifələrində çalışıb.
Zaur Əmirov karyerasına 2009-cu ilin sentyabrında həmin şirkətdə audit köməkçisi kimi başlayıb və 2012-ci ilin iyulunadək bu vəzifədə fəaliyyət göstərib.
Beləliklə, Zaur Əmirov audit sahəsində uzunillik təcrübə topladığı “Baker Tilly Azerbaijan” şirkətində karyera yüksəlişi edərək audit direktoru vəzifəsinə təyin olunub.























