Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub .....                     Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı .....                     "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." .....                     Azərbaycan nefti 116 dollardan BAHA SATILIR .....                     Ermənistanın ikibaşlı "sülh siyasəti" .....                     “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” .....                     “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ .....                     "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... .....                     Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi .....                     Eks-icra başçısının xanımı da ifadə verdi .....                     “Elmira xanımı yamsılayırdım; .....                     XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub .....                     Zəngilan şəhərinin işğaldan azad olunması... .....                     “Böyük qayıdış” Zəngilandan başlanib .....                     “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” .....                     Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı .....                     Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb .....                     Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? .....                     Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? .....                     ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... .....                     İran sövdələşmə vasitəsi kimi: .....                     “Ən kəskin baltalar sapı özümüzdən olanlardır” .....                     Putindən Paşinyana “qaz gedişi” .....                     ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi .....                     BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb .....                     Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? .....                     Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? .....                     Azərbaycanda məktəblərlə bağlı yeni qayda .....                     Azərbaycanla qardaşlığımız kimi üzür? .....                     Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? .....                     “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” .....                     “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır .....                     Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı .....                     17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu .....                     Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur .....                     Qonşu ölkədə Kərki vahiməsi başladı .....                     Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib .....                     Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı .....                     Günün FOTOSU .....                     Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR .....                 

Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Tarix: Bu gün, 11:21 | Çap et

“Ermənistan rəhbərliyinin son dövrlərdə sülhlə bağlı verdiyi açıqlamalarda diqqət çəkən əsas məqam bəyan edilən niyyətlərlə real mövqe arasındakı ziddiyyətdir. Nikol Paşinyan özünü sülh tərəfdarı kimi təqdim edir və sülh müqaviləsinin yaxın zamanda imzalana biləcəyini bildirir. Lakin sülh prosesinin başlanmasından altı ildən çox vaxt keçməsinə baxmayaraq, hələ də yekun razılaşmanın əldə olunmaması suallar doğurur”.

Bunu Publika.az-a açıqlamasında politoloq Turab Rzayev bildirdi. Onun sözlərinə görə,sülhün əldə olunması üçün əsas məsələlər üzrə razılığın təmin edilməsi vacibdir:

“Sülh müqaviləsinin ilin sonunadək və ya bir neçə ay ərzində imzalanmasının mümkünlüyü barədə açıqlamalar verilir. Bu vəziyyətin əsas səbəblərindən biri Azərbaycanın sülh müqaviləsi ilə bağlı irəli sürdüyü şərtlərin Ermənistan tərəfindən tam şəkildə qəbul edilməməsidir. Həmin şərtlərə Ermənistan konstitusiyasının dəyişdirilməsi, Azərbaycanın anklavlarının qaytarılması, regional kommunikasiyaların açılması, o cümlədən Zəngəzur dəhlizi ilə bağlı məsələlərin həlli daxildir.

Paşinyanın açıqlamalarına diqqət yetirdikdə görünür ki, Ermənistan rəhbərliyi bir tərəfdən sülhə hazır olduğunu bəyan edir, digər tərəfdən isə Azərbaycanın irəli sürdüyü tələblərin qəbul edilməsinə məsafəli yanaşır. Hətta Azərbaycanın sülh üçün əlavə şərtlər irəli sürməməli olduğu fikri səsləndirilir. Ermənistan tərəfi Azərbaycanın tarixi məsələlərə istinad edərək ərazi iddiaları irəli sürməməli olduğunu vurğulayır. Lakin bu yanaşma qarşılıqlı öhdəliklər və mövcud problemlərin həlli məsələlərini arxa plana keçirir”.

Politoloq qeyd etdi ki, kommunikasiyaların açılması məsələsində də oxşar ziddiyyət müşahidə olunur:

“Ermənistan tərəfinin bütün yolların açılmasını ön plana çəkməsi TRIPP layihəsinin - Zəngəzur dəhlizinin xüsusi əhəmiyyətini arxa plana keçirə bilər. Halbuki Azərbaycan üçün əsas məsələ yalnız kommunikasiyaların açılması deyil, həm də Türkiyə ilə əlaqəni təmin edəcək marşrutun xüsusi əhəmiyyətinin və nəzərdə tutulan imkanlarının qorunmasıdır. Bütün yolların ümumi əsaslarla açılması isə bu marşrutun Azərbaycan üçün nəzərdə tutulan xüsusi üstünlüklərini təmin etməyə bilər.

Digər mühüm məsələ Azərbaycanın anklavlarının qaytarılmasıdır. Bu kontekstdə Qazax rayonunun işğal altında qalmış kəndlərinin taleyi də diqqət mərkəzindədir. Səkkiz kənddən dördünün qaytarılmasından sonra qalan dörd kəndin məsələsinin həll olunmaması ərazi məsələlərinin hələ də tam tənzimlənmədiyini göstərir”.

T. Rzayev qeyd etdi ki,digər diqqət çəkən məqamlardan biri Ermənistanın hazırkı siyasətinin əvvəlki rəhbərliyin yanaşması ilə oxşarlığıdır:

“Əgər Ermənistan tərəfi Azərbaycanın tələblərini qəbul etmir və mövcud vəziyyəti qorumağa çalışırsa, bu, mahiyyət etibarilə əvvəlki status-kvonun saxlanılması siyasətindən ciddi fərqlənmir. Əvvəlki Ermənistan rəhbərliyinin də əsas problemlərin həllinə razılıq verməməsi və sülh istiqamətində real addımlar atmaması münaqişənin uzanmasına səbəb olan amillərdən idi.

Bununla yanaşı, sülh prosesində həllini gözləyən digər mühüm məsələlər də mövcuddur. Bunlara müharibə cinayətlərində ittiham olunan şəxslərin məsuliyyətə cəlb edilməsi, Azərbaycana vurulmuş maddi və mənəvi zərərin ödənilməsi, kompensasiya məsələlərinin həlli və ətraf mühitə dəymiş ziyanın aradan qaldırılması daxildir. Azərbaycan ərazilərinin uzun müddət işğal altında qalması nəticəsində ölkəyə ciddi iqtisadi və ekoloji zərər dəyib, infrastruktur dağıdılıb və böyük həcmdə maddi itkilər yaranıb.

Azərbaycan bu tələblərin irəli sürülməsi üçün hüquqi və mənəvi əsaslara malikdir. Əsas məsələ qarşılıqlı öhdəliklərin yerinə yetirilməsi, mövcud problemlərin həlli və bəyanatların konkret nəticələrlə müşayiət olunmasıdır”.









 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Bu gün, 12:03
• Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Bu gün, 11:45
• "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Bu gün, 11:33
• Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Bu gün, 11:24
• Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Bu gün, 11:21
• “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Bu gün, 11:17
• “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Bu gün, 11:12
• "Ermənistandan tələbələr təhsil üçün Türkiyəyə gedəcək və əksinə, Türkiyədən isə... -Sərhədlər daha tez açıla bilər..."
Bu gün, 10:58
• Ramiz Mehdiyevin yerinə "91-lər"in iki üzvü seçildi - ADLAR
Bu gün, 10:52
• Eks-icra başçısının xanımı da ifadə verdi - “Oğlum çox şeyi onunla məsləhətləşirdi”
Bu gün, 10:15
• “Elmira xanımı yamsılayırdım; qızıma zəng edib demişdi ki, anana de ki...”
Bu gün, 10:10
• XIl Bakı Beynəlxalq kitab sərgisinin fəxri yazarları məlum olub - FOTO
Bu gün, 10:07
• Zəngilan şəhərinin işğaldan azad olunması... - MƏQALƏ
Bu gün, 10:03
• “Böyük qayıdış” Zəngilandan başlanib - İsrafil Kərimovun yazısı...
Bu gün, 10:02
• “Əsgərimiz yaxın günlərdə qaytarılacaq, amma Ermənistan...” - Hərbi ekspert şad xəbəri verdi
Bu gün, 10:00
• Putinin xüsusi nümayəndəsi Ukrayna münaqişəsinin səbəbini açıqladı - KİV
Bu gün, 09:50
• Füzuliyə 9 ayda 125 milyon manata yaxın investisiya yatırılıb
Bu gün, 09:44
• Azəriqazda karyera pilləkəni: zəhmətlə qalxmaq, yoxsa qiymətini ödəyib liftə minmək? - MALƏSƏF...
Bu gün, 09:40
• Ramiz Mehdiyevin görün nə qədər təltifi varmış: Hamısı geri alınacaq? - SİYAHI
Bu gün, 09:28
• ETSN şefi Ramiz Mehdiyevin yaxına adamına VƏZİFƏ VERDİ... - İLGİNC
Bu gün, 09:25
• İran sövdələşmə vasitəsi kimi: - böyük güclər öz oyununu oynayır
Bu gün, 09:22
• “Ən kəskin baltalar sapı özümüzdən olanlardır”
Bu gün, 09:21
• Putindən Paşinyana “qaz gedişi” - Bu qış...
Bu gün, 09:01
• ABŞ Ukraynanı da, Rusiyanı özündən asılı vəziyyətə gətirdi – “Starlink” sayəsində
Bu gün, 08:53
• BMT-nin yeni baş katibinin seçilməsi ilə bağlı razılıq əldə olunmayıb - KİV
Bu gün, 07:25
• Suraxanı icra şöbəsi QANUNA TABE DEYİL? - MÜRACİƏT
Bu gün, 07:21
• Natiq Əliyev Qaradağa QARƏTƏ GƏLİB? - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:14
• Azərbaycanda məktəblərlə bağlı yeni qayda – Məcburi ola bilər
Bu gün, 07:05
• Azərbaycanla qardaşlığımız kimi üzür? - “CNN Türk”ün şərhi
Bu gün, 07:01
• Mirzoyanın “yuxusu”: Türkiyə-Ermənistan sərhədinin açılması realdırmı? - GƏLİŞMƏ
Bu gün, 06:57
• “Dövlət Baxçalının fikirləri bir dərs olmalıdır” - AKTUAL
Bu gün, 06:55
• “Müsəlman birliyinə zərbə vuranlar”ın kim olduğu üzə çıxır - Tehran məqam gözləyir
Bu gün, 06:45
• Müdafiə Sənayesi Nazirliyinin bağlanan idarəsinin vergi borcu yarım milyon manata çatdı - FOTO
Bu gün, 06:42
• 17 il əvvəl adi işçi kimi başladığı şirkətdə direktor təyin olundu - BUNDAN SONRA...
Bu gün, 06:38
• Kərki Azərbaycana verilməlidir, bizim şərtlərimizdən biri budur - ONA GÖRƏ DƏ...
Bu gün, 06:37
• Qonşu ölkədə Kərki vahiməsi başladı – "Azərbaycan Ordusu gəlir!"
Bu gün, 06:34
• Ərəb koalisiyası husilərin iki ballistik raket buraxılış qurğusunu məhv edib - "Reuters"
Bu gün, 06:32
• Seymur Adıgözəlov hüquqşünası işdən çıxardı - FOTO
Bu gün, 06:30
• Günün FOTOSU - GƏRƏKƏNİ BU!
Bu gün, 06:20
• Korrupsiyada ittiham olunan məmur işçisini TƏHDİD EDİR - BU NƏDİ BELƏ?
Bu gün, 06:10
• Zay məhsul satmaları bir yana... - GİLEY
Bu gün, 06:00
• Özünüzü yormayın... bu qardaşlıq GENDƏN GƏLİR... - POZULMAZ!
Bu gün, 05:51
• Mətbuat Şurası gəncləşdimi? - REPLİKA
Bu gün, 05:25
• SOCAR-ın vergi öhdəliyi 8%-dən çox artırılır
Dünən, 17:57
• Ramiz Mehdiyevin təltifləri ƏLİNDƏN ALINSIN! - YAP-da TƏKLİF!
Dünən, 17:55
• Vasif Talıbov da YAP-ın Veteranlar Şurasından uzaqlaşdırıldı - QƏRAR
Dünən, 17:50
• "Azərpoçt"dan ASCO-ya gedənlər - SİYAHI
Dünən, 17:48
• Azərbayacan Beynəlxalq Bankında yeni TƏYİNAT - BUNDAN SONRA...
Dünən, 17:46
• Ramiz Mehdiyev YAP-dan çıxarıldı - NƏHAYƏT
Dünən, 17:44
• Ukrayna BU ÖLKƏ ilə razılığa gəldi - Qırıcılar alacaq
Dünən, 17:42
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru