“O iki teatrdan başqa bütün teatrlarda səhnəyə çıxa bilərəm”
Tarix: 21-02-2022, 08:08 | Çap et
 Çoxlarının “İsi” kimi tanığını, Gənc Tamaşaçılar Teatrının istedadlı aktyoru Elşən Hacıbabayev AYNA-ya müsahibəsində hazırkı yaradıcılığından və gələcək planlarından danışıb. DİA.AZ həmin müsahibəni təqdim edir:
- Pandemiya qaydaları yumşaldılandan sonra kinoteatrlar açıldı. Bu zaman çox sayda filmlərin təqdimatı keçirilməyə başlandı. Siz də bəzi filmlərdə rol almısınız. Necə düşünürsünüz, son zamanlar nümayiş olunan filmlər arasında ən uğurlusu hansıdır?
- Kinoteatrlar açılandan bir çoxları özünü bu sferada sınamaq istədi. Çox sayda filmlər çəkildi. Onların bəziləri uğurlu, bəziləri uğursuz oldu. Hətta bəziləri tamaşaçılar tərəfindən bəyənilmədi, bir həftə sonra kinoteatrlardan yığışdırıldı. Bu, normal idi. Film sahəsinin inkişafı üçün sınaqlar olmalı idi. Düşünürəm ki, filmlər çəkilməlidir. Uğurlu, ya uğursuz - əsas odur ki, hər kəs ələkdən keçir. Fikrimcə, ən uğurlu film “Xoxan” oldu, ardından “Oğlan evi 1” və “Oğlan evi 2”, daha sonra “Qızqaçırma” filmi oldu. Bu filmlərin ardından uğurlu filmlər gəlməyə başladı. Bu da sevindirici haldır.
- Hər bir aktyoru tamaşaçılar bir obrazına görə sevir və o obrazla yadında saxlayır. Siz hansı obraza görə sevilmisiniz?
- Bəli, həqiqətən də tamaşaçı aktyoru onun oynadığı obraz ilə sevir. Mən 2006-cı ildə “Moskva-Bakı qatarı” filmində bələdçi Tərlan obrazını oynamışdım. Tamaşaçılar öncə bu obraz ilə məni sevdilər. Sonra “İnterpapa”dakı obrazımla, ən çox isə “İsi” obrazı ilə tanındım. Belə ki, “Oğlan evi” filmində oynadığım “İsi” obrazı məni tamaşaçılara daha çox sevdirdi. Bu gün də məni görən tamaşaçılar Elşən yox, “İsi” deyə müraciət edirlər.
- “İsi” obrazını mükəmməl oynadığınız üçün, yoxsa film məşhur olduğu üçün yadda qaldınız?
- Bu suala tamaşaçılar daha dəqiq cavab verə bilərlər. Düşünürəm, bütün obrazları aktyorlar mükəmməl oynadığı üçün səhnələr yaxşı alınıb və tamaşaçı hər birimizi sevib. Amma yenə də tamaşaçı daha dəqiq bilir.
- Film çəkiliş meydançası, yoxsa teatr səhnəsi – hansı sizə daha doğmadır?
- 1994-cü ildə Bakı Mədəni Maarif Texnikumuna daxil olmuşam. Texnikumda mənim ixtisasım kino və dram aktyorluğu idi. Orada mənim müəllimlərim Mikayıl Mirzə, Müşfiq Hətəmov, Oruc Qurbanov, Bəxtiyar Şərifzadə idi. 1998-ci ildə Mədəniyyət və İncəsənət Universitetində Kino və dram aktyoru fakültəsinə qəbul olmuşam. Mənim ixtisasım elədir ki, həm filmdə, həm də teatrda səhnə ala bilərəm. Aktyor özü seçim etməlidir ki, hansı sahə ona yaxındır. Mən onu da qeyd edim ki, universitetdə oxuyanda artıq teatrda işləyirdim. Mənə görə aktyor həm kinoda, həm də teatrda olmalıdır. Ona görə hər iksində fəaliyyət göstərirəm.
- Uzun illərdir sənətdəsiniz. Amma bir dəfə də olsun qalmaqalda adınız hallanmayıb. Şou biznesdən uzaqsınız, yoxsa həqiqətən hər bir həmkarınız ilə dostsunuz?
- İntriqanı sevən adam deyiləm. Çox həmkarlarım ilə salamım var, çalışıram ki, heç kimlə problem yaransın. Biz müğənni deyilik ki, şou biznesdə qalmaqal edək. Bizim aramızda sənət və ya iş zamanı yaranan mübahisə olur. Onu da özümüz öz aramızda kiçik mübahisələri həll edirik.
- Teatrda oynamaq çox çətindir. Bəs niyə teatr aktyorları kino aktyorlarına nisbətən daha az məşhurdurlar?
- Teatrda işləyən aktyorlar məşhurlaşmaq barəsində düşünmürlər. Teatrda çalışan aktyorlar kollektiv üçün, teatr üçün və mənəvi zövq üçün çalışırlar. Teatrda işləyən aktyorların hamısı fədailərdir. Onlar tamaşaçı ilə canlı ünsiyyətdə olmaq istəyirlər. Teatr aktyoru olmaq əziyyətli işdir. Hətta teatrda məşhurlaşan aktyorlar da az deyil. Elə aktyorlar var ki, məhz onlara görə tamaşaya gələn tamaşaçılar olur.
- Hansı teatrda işləyə bilməzdiniz?
- Pantomima Teatrında işləyə bilməzdim. Mənim bədən quruluşum həmin teatra uyğun gəlmir. Opera və Balet Teartı da bu siyahıdadır. (gülür – T.X.) Digər istənilən teatrda oynaya bilərəm.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Azərbaycanda hüquqşünas çalışdığı banka MƏHKƏMƏDƏ QALİB GƏLİB - TƏFƏRRÜAT
Bu gün, 14:01 |
|
|
|
| • Polşa Rusiyanın Ukraynaya hücumları fonunda hərbi təyyarələrini havaya qaldırıb - KİV
Bu gün, 13:46 |
|
|
|
| • Borc içində üzən "Terminal Consulting" yenə cərimələndi - TƏFƏRRÜAT
Bu gün, 13:45 |
|
|
|
| • "Səbəbini bilmirəm, amma deyirlər ki, hələlik icazə yoxdur..."
Bu gün, 13:44 |
|
|
|
| • Paşinyana iki liderdən pis xəbər: onlara güvənirdi – Sərkisyan açıqladı
Bu gün, 13:42 |
|
|
|
| • SOCAR-da yeni təyinatlar - FOTO
Bu gün, 13:39 |
|
|
|
| • Türkiyə XİN Azərbaycanı təbrik edib
Bu gün, 11:25 |
|
|
|
| • Rubio Zelenskinin ittihamlarına cavab verib - UNİAN
Bu gün, 09:55 |
|
|
|
| • “TEXNİKİ PROBLEM” MÖCÜZƏSİ... - VAKANT VƏZİFƏNİN GİZLİ SAHİBİ, YOXSA KARYERA SİSTEMİNİN NASAZLIĞI?
Bu gün, 09:54 |
|
|
|
| • Milli Depozit Mərkəzi tender elan edib
Bu gün, 09:05 |
|
|
|
| • ABŞ Ukraynada sülh naminə Avropaya Rusiya qazını almağı təklif edib - NYT
Bu gün, 08:58 |
|
|
|
| • Vanqanın daha bir kəhanəti: - Putin bu tarixdə gedəcək...
Bu gün, 08:56 |
|
|
|
| • İran Hərbi Hava Qüvvələrinə döyüş hazırlığı əmri verildi - "MEHR"
Bu gün, 08:37 |
|
|
|
| • Regionlar boşalır: Məzunları isə Bakını üstələyir - NƏ ETMƏLİ?
Bu gün, 08:25 |
|
|
|
| • Kənd Təsərrüfatı Kooperativi Mərkəzi Bankın cəriməsindən qaça bildi - TƏFƏRRÜAT
Bu gün, 08:22 |
|
|
|
| • Vens Fransadakı iğtişaşlara görə Qərb liberallarını tənqid edib
Bu gün, 08:20 |
|
|
|
| • "Avtobusda insan daşıdığınızı unutmusuz!" - NARAZILIQ...
Bu gün, 07:50 |
|
|
|
| • "Zəhmət olmasa mənim 57 manatımı verin!" - ETİRAZ VAR!
Bu gün, 07:34 |
|
|
|
| • "Əmək müqaviləsi bağlamadan işləyirdim..." - GİLEY
Bu gün, 07:27 |
|
|
|
| • "Mənzərənin acınacaqlı olduğunu görürsünüzmü?" - partiya sədri
Bu gün, 07:18 |
|
|
|
| • "Düşmən dəyirmanına su tökməyək" - ÇAĞIRIŞ
Bu gün, 07:11 |
|
|
|
| • "Mazandaran eşşəklərinin qulaqları aydın görünür..." - HƏQİQƏTƏN DƏ...
Bu gün, 07:01 |
|
|
|
| • Aİ Rusiya qazının idxalını 9,5 faiz artırıb - “The Times”
Bu gün, 06:56 |
|
|
|
| • Cabbarov bu iflası yuxulu gözləri ilə seyr edir... - FAKT BUDUR...
Bu gün, 06:54 |
|
|
|
| • “Yalı çapkını”nın aktrisası Bakıda toyda - FOTO
Bu gün, 06:25 |
|
|
|
| • Toğrul Mirzəzadə vəzifəsindən ayrılıb - Öz ərizəsi ilə...
Bu gün, 06:23 |
|
|
|
| • Hacıqabulda “QƏDİR-XUM” restoranında müştəri sifariş etdiyi qutabın içində ət tapa bilmədi - VİDEO
Bu gün, 06:21 |
|
|
|
| • Pensiya artımından sonra ərzağa və dərmana pul yetəcək? - ARAŞDIRMA
Bu gün, 06:14 |
|
|
|
| • "İdeal Kredit"i tərk etdi, "MJ Finance"a keçdi - BUNDAN SONRA...
Bu gün, 06:09 |
|
|
|
| • Ramiz Mehdiyevin dövlət təltiflərindən məhrum edilməsini zəruridir, çünki... - AKTUAL
Bu gün, 06:08 |
|
|
|
| • İran ABŞ ilə dialoqa hazırdır - Abbas Əraqçi
Bu gün, 06:06 |
|
|
|
| • ABŞ Ukraynanın “Starlink”ə çıxışını məhdudlaşdırmayıb - Rubio belə deyir
Bu gün, 06:04 |
|
|
|
| • Şuşa məktəb binası 4,5 milyona təmir ediləcək – MÜQAVİLƏ
Bu gün, 06:02 |
|
|
|
| • Elgün Həsənli SOCAR-da yeni vəzifəyə təyin olunub - DOSYE
Bu gün, 05:59 |
|
|
|
| • "Bu, insanın keçə biləcəyi ən çətin yollardan biridir"
Bu gün, 05:56 |
|
|
|
| • ABŞ Britaniyanın İranın aviabazaya hücum hazırlığında iştirakı ilə bağlı mövqeyini dəstəkləyir - KİV
Bu gün, 05:54 |
|
|
|
| • Türkiyədə milyardlıq qalmaqal var, amma gündəm Azərbaycandır - AXI NİYƏ?
Dünən, 13:00 |
|
|
|
| • Vüsal Nəsirli onu departament müdiri təyin etdi - FOTO
Dünən, 12:52 |
|
|
|
| • Rusiyadan Paşinyan hökuməti üzvlərinə sanksiya - TƏFƏRRÜAT
Dünən, 12:40 |
|
|
|
| • Ermənistanın yeni spikeri Paşinyanın yanına köçdü - “Hraparak”
Dünən, 12:26 |
|
|
|
| • Türkiyə Ermənistanla sərhədi açsa, Bakı nə edəcək? – “B planı”
Dünən, 12:20 |
|
|
|
| • Nikol Paşinyan Qırğızıstan Prezidenti ilə görüşdü
Dünən, 12:18 |
|
|
|
| • Dövlət satınalmalarında qənaət edilən məbləğ açıqlanıb
Dünən, 12:14 |
|
|
|
| • Ukrayna millisinin sabiq futbolçusu müharibədə həlak olub
Dünən, 12:03 |
|
|
|
| • Bakıya uçan daha bir təyyarə PUA hücumuna görə havaya qalxmadı - KİV
Dünən, 11:45 |
|
|
|
| • "Bu "Atəşgah"da çox sayda turisti aldadırlar..." - İTTİHAM VAR...
Dünən, 11:33 |
|
|
|
| • Azərbaycan nefti 116 dollardan BAHA SATILIR
Dünən, 11:24 |
|
|
|
| • Ermənistanın ikibaşlı "sülh siyasəti" - Azərbaycanın tələblərini qəbul etməsə...
Dünən, 11:21 |
|
|
|
| • “İrşad”ın vəkilindən hakimə gözlənilməz cavab: “Şikayət etdiyi üçün həbs edilsin” - MƏHKƏMƏ
Dünən, 11:17 |
|
|
|
| • “İmprotex Trucks and Buses” valyuta əməliyyatları ilə bağlı MƏHKƏMƏDƏ - TƏFƏRRÜAT
Dünən, 11:12 |
|
|
|
|