“Sənət üçün it kimi darıxıram, Qəzənfər Topçuyevə görə teatrdan çıxdım”
Tarix: 14-03-2024, 09:56 | Çap et
 “Artıq bir müddətdir ki, doğulduğum Neftçala rayonundayam. Bakıya gəlmirəm. Yay ayında gələcəyəm. Rayonda məni hamı tanıyır. Özü də 5 barmaqları kimi. 74 yaşım tamam oldu. Deyir ki, “74-ü vurdun başa, görüm səni 100 yaşa” (gülür). Tez-tez xəstələnirəm, dizlərim ağrıyır, güclə gəzirəm”
Bunu Moderator.az-a özəl açıqlamasında əməkdar artist, “Hicran” televiziya tamaşasında Orxan obrazının ifaçısı Bəhram Əliyev deyib. O daha sonra əlavə edib. “Ötən günlərim üçün çox darıxıram. Tək “Hicran” tamaşasını yox, bütün sənət həyatımı gündə bəlkə də 10 dəfə yada salıram. Mənimlə çalışan, tərəf müqabili olan aktyorların hamısı dünyasını dəyişib. İndi cavanlardır. Sənət üçün it kimi darıxıram. Yaş öz sözünü deyirdi, ona görə də uzaqlaşdım. Bu yaşda səhnəyə çıxıb nə edim? Qoca yaşında səhnəyə çıxan aktyorların arxasınca bilirsiniz nələr danışırlar?! Mən bunu edə bilmirəm. Əvvəldən özümə demişdim ki, vaxtında sənətdən gedəcəm. Belə olanda hörmətli olursan. Böyük sənətkarımız Müslüm Maqomayev də səhnədən çox tez getdi. Yaraşıqlı, hündürboy kişi idi. Bunun səbəbini ondan soruşanda demişdi ki, “artıq cavan deyiləm ki, öz səsimə yiyə durum, cavanlıqda səsimi idarə edə bilirdim. İndi yaşlaşmışam, ola bilər ki, oxuduğum yerdə xoruz buraxım”. O istəyirdi ki, hamı onu köhnə Müslüm Maqomayev kimi tanısın. “Əməkdar artist” fəxri adını daşıyıram. Bəlkə də qalıb işləsəydim “xalq artisti” də olardım. 20 il o vaxtkı Musiqili Komediya teatrında işləmişəm. Həmin illərdə bir az çətinliyə düşdük. Teatrımız təmirə bağlandı, aktyorlar pərən-pərən düşdülər. Yarısı Hacıbaba Bağırovla gedib Tənqid və Təbliğ teatrında işlədi. O vaxtın ən məşhur sənətkarları Kübra Əliyeva, Siyavuş Aslan da teatrı tərk etdi. Bir-iki nəfər qaldı teatrda. Klubda bizə yer verdilər. Sonra Qəzənfər Topçuyev adlı bir adamı gətirib teatra rəhbər qoydular. O da soyuq havalarda bizi məktəblərə uşaq tamaşaları oynamağa göndərirdi. Uşaq tamaşalarında da məşğul idim. Bir dəfə məktəbə gedib xəstələndim. İdman zallarında əynimizi geyinib-dəyişirdik. Otaqlar buzxana idi. Bir dəfə xəstələndim. Ona dedim ki, getməyəcəm. Çünki vokalistəm, xəstələnəndən sonra tamaşada ariya, mahnı oxuya bilmirəm, xır-xır xırıldayıram. Qəzənfər Topçuyev mənim bu sözlərimə etiraz etdi. Heç yaxşı adam deyildi. Bilmirdi ki, vokalist nədir? Aktyor nədir? Aramız dəydi, ərizəmi yazıb teatrdan getdim. 1995-ci ildə Hacıbaba Bağırov teatra direktor təyin olundu. Kimlər ki, getmişdi hamını geri çağırdı. O vaxtı da Opera və Balet teatrında işləyirdim. Artıq birinci yox, ikinci partiyaları oxuyurdum. Bu teatrda da 20 ilə yaxın işlədim. Mən bütün ömrümü incəsənətə qurban vermişəm. Hətta Dövlət Xor Kopellasında da çalışmışam. Məktəbdə də uşaqlara vokaldan dərs demişəm. Həmişə iş başında olmuşam. İndi artıq işsizliyə dözə bilmirəm. Hazırda təqaüddəyəm. Nəvələrim var, yanıma gəlirlər, başımı qarışdırıb oynayıram” deyə sənətkar bildirib.
Sənətkar məşhur “Hicran” televiziya tamaşasından da danışıb. “Böyük sənətkarlarla tərəf müqabili olmaq mənim üçün şərəf idi. Bu tamaşa improvizə üzərində qurulmuşdu. Rejissor belə baxanda öz səhnə əsərini tanımamışdı. Hicran rolunu aktrisa-müğənni Sona Həsənova oynayırdı. Tamaşanı oynayanda onun 50, mənim isə 32 yaşım var idi. Həmişə deyirdi ki, pensiyaya çıxan kimi bir dəqiqə də teatrda qalmayacam. O vaxtı estrada müğənnisi idi. Rusdilli idi, Azərbaycan dilində o qədər də yaxşı danışa bilmirdi. Əvvəl rusca deyirdi, sonra beynində tərcümə edib danışırdı” deyə sənətkar bildirib.

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Sülhün astanasında: Həm bu gün, həm də illər boyu... - Görünəni odur ki...
Bu gün, 04:44 |
|
|
|
| • Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44 |
|
|
|
| • ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40 |
|
|
|
| • Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23 |
|
|
|
| • Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21 |
|
|
|
| • "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14 |
|
|
|
| • Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11 |
|
|
|
| • Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02 |
|
|
|
| • “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00 |
|
|
|
| • "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09 |
|
|
|
| • “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04 |
|
|
|
| • Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01 |
|
|
|
| • Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59 |
|
|
|
| • "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53 |
|
|
|
| • Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52 |
|
|
|
| • İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50 |
|
|
|
| • "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49 |
|
|
|
| • ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44 |
|
|
|
| • Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36 |
|
|
|
| • Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30 |
|
|
|
| • Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24 |
|
|
|
| • Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21 |
|
|
|
| • Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15 |
|
|
|
| • Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13 |
|
|
|
| • Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06 |
|
|
|
| • Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02 |
|
|
|
| • Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46 |
|
|
|
| • “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42 |
|
|
|
| • Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31 |
|
|
|
| • İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27 |
|
|
|
| • Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21 |
|
|
|
| • Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17 |
|
|
|
| • PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14 |
|
|
|
| • Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05 |
|
|
|
| • Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58 |
|
|
|
| • Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54 |
|
|
|
| • Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51 |
|
|
|
| • Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43 |
|
|
|
| • "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31 |
|
|
|
| • Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27 |
|
|
|
| • Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07 |
|
|
|
| • 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56 |
|
|
|
| • Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49 |
|
|
|
| • Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43 |
|
|
|
| • Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32 |
|
|
|
| • “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11 |
|
|
|
| • Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09 |
|
|
|
| • "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07 |
|
|
|
| • "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04 |
|
|
|
| • 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00 |
|
|
|
|