
“Srağagün xəstəxanadan evə buraxıldım. Əvvəlki günlərə baxanda özümü normal hiss edirəm. Hələ ki, yeni əməliyyat olunmuşam, düzələrəm yəqin ki. Ödüm partlamışdı. Həkimlər deyir ki, bir müddət özünü gözləməlisən”
Bunu Moderator.az-a açıqlamasında tanınmış müğənni Tacir Şahmalıoğlu deyib.
Sənətçi onun haqda yayılan “arıqlama iynəsindən istifadə edib” sözlərinə də münasibət bildirib:
“Nə iynə, arıqlama?! Hamısı yalandır. Ödüm partladığı üçün yemək yeyə bilmirdim. Ona görə də çəki itirdim. Sağlamlıq nöqteyi nəzərindən arıqlamağım daha yaxşıdır” deyə o bildirib.
























