Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu .....                     ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı .....                     Sülh təxirə salınır? .....                     Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük .....                     "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək .....                     Yasamalın halına... ancaq ağlamaq olar... .....                     Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı .....                     “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI .....                     "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: .....                     “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” .....                     Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi .....                     Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər .....                     "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi .....                     Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib .....                     İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi .....                     "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" .....                     ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" .....                     Dolların “qara günlər”i başlayıb .....                     Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası .....                     Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər .....                     Kobaxidze Ermənistana səfər edib .....                     Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb .....                     Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: .....                     Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi .....                     Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün .....                     Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? .....                     “Kapital Bank” ona aid olmayan BOKT-a görə .....                     Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi .....                     İstisu və Qara göl Azərbaycana veriləcək? .....                     Kərim susqunluğunu pozdu: .....                     Kadırovun səfərində gözdən qaçan kadrlar .....                     PKK əfv edildi, Öcalan villada yaşayır .....                     Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur .....                     Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: .....                     Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib .....                     Şirkətdə pay sahibi dəyişir, kapital azalır .....                     Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb .....                     "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı .....                     Saleh Səmədova hökm oxundu .....                     Nəsimi Musayevin atası: .....                 

"Cəlilabadda Prezidentə teleqram göndərmək yasaq olunub" - GİLEY
Tarix: 19-08-2020, 09:06 | Çap et
"Cəlilabadda Prezidentə teleqram göndərmək yasaq olunub"
Azərbaycan Respublikasının Prezidenti çox hörmətli İlham Əliyev Cənablarına!

Cənab Prezident!

Mən artıq 3-cü dəfədir ki, sizə teleqram vurub məni şəxsən qəbul etmənizi sizdən bir 2-ci qrup "20 yanvar" əlili kimi xahiş edirəm. Göndərdiyim teleqramlara da heç bir cavab almamışam. Heç olmasa o teleqramları alan şəxslər yazsınlar ki, Cənab Prezident sizi qəbul etmək istəmir, mən də ümidimi üzüm ki, Siz məni qəbul etməyəcəksiniz.

Əgər sağlamlığını Azərbaycanın azadlığı və müstəqilliyi uğrunda itirən bir insana belə hörmət qoyulursa, demək dərdlərini Sizə çatdırmaq istəyən, nədən ehtiyacları olduğunu Sizə demək istəyən adamların yazdığı ərizələr, şikayət və teleqramların aqibəti necə olur, artıq məlumdur. Bunun da səbəbi hələ də Sizin ətrafınızda oturub və Sizin üzünüzə gülüb, arxadan Sizə zərbə vurmaq istəyənlərin, bürokrat məmurların çox olmasıdır.

Cənab Prezident! Mən Sizin efirdən dediyiniz "Keçmiş vaxta baxmayın, şikayətləriniz və nə sözləriniz olsa yazın, teleqram vurub mənə bildirin və mən də tədbir görəcəyəm" deyə dediyiniz sözə inanaraq, teleqramla artıq 3-cü dəfədir ki, vəziyyətimlə əlaqədar məni qəbul etməyinizi xahiş etmişəm və indi də axırıncı dəfə edirəm. Əgər bu dəfə də mənim Sizə demək istədiklərimə məhəl qoyulmayacaqsa, bir daha Sizə müraciət etməyəcəm və bu qənaətə gələcəyəm ki, Sizin bürokrat işçilər açıq-aşkar Sizi xalqın gözündə nüfuzdan salmaq istəyirlər.

Çox hörmətli Prezident! Mən Sizə inanır və bu gün də böyük hörmət bəsləyirəm . Mənim 67 yaşım var, özüm də ali təhsilli iqtisadçıyam. Lakin bürokrat rayon rəhbərləri tərəfindən 25 ildən artıqdır ki, işsizəm. Məlumat üçün bildirim ki, mərhum atam da 40-ildən artıq müddətdə təsərrüfat rəhbəri olmuş və rəhmətlik Ulu Öndərimizin də Ona bacarıqlı təsərrüfat rəhbəri kimi xüsusi hörməti olmuşdur.

Elə bunun nəticəsi kimi Ulu Öndərimiz Onun rəhbərlik etdiyi təsərrüfat sahələrində dəfələrlə olmuş və Onu bir neçə orden və medallarla təltif etmişdir.

Hörmətli Prezident! Mənim ailəm həmişə bu dövlətə və dövlətçiliyə sadiq olmuş, dövlətçilik məsələlərində həmişə ölkə rəhbərini dəstəkləmişdir. Odur ki, mən Sizə güvənir və böyük ümidlə məni qəbul edəcəyinizə inanıram.

Hörmətli Cənab Prezident! Məlumat üçün də Sizə bildirim ki, mən Sizdən xahiş etmişdim ki, məni özünüz qəbul edin və Cəlilabad rayon icra hakimiyyətinə göndərməyin. Mən Sizə bundan əvvəl "miq.az" internet saytı ilə müraciət edəndə də bunu xahiş etmişdim. Çünki Cəlilabad xalqı oranı sizin nümayəndəliyiniz kimi yox, alver yeri olan bir supermarket kimi tanıyır.

Məni qəbul etsəniz Siz Cəlilabadda gedən proseslərdən və ümumiyyətlə, çox şeydən agah olacaqsınız. Bunu mən Sizə söz verirəm. Adi bir misal deyim Sizə, Cənab Prezident, mən 12.08.2020-ci il tarixdə Sizə Cəlilabad rayonunun Göytəpə şəhər poçtundan teleqram vurmaq istədim. Mənim teleqramımı da qəbul etmədilər və dedilər ki, qorxuruq. Rayon rəhbərliyi bizə göstəriş verib ki, Prezidentə vurulan teleqramları qəbul etməyin. Mən bu haqda rayonun mərkəzi poçtunun rəisinə də zəng vurub məlumat verdim. O da öz növbəsində mənə dedi ki, sən ağsaqqalsan, bizi başa düş və şikayət etmə. Mən də başa düşürəm o kimdən qorxur.

Onun üçün də mən məcbur qalıb gedib Masallı rayonunun Təzə Alvadı kəndindən Sizə teleqram vurmuşam. Elə başa düşürəm təkcə bu fakt Cəlilabadda vəziyyətin nə yerdə olduğunu göstərir.

Əziz Prezident! Mən öz şəxsi problemlərimlə Sizin qəbulunuza gəlmək istəyirəm. Başqa heç bir niyyətim yoxdur. Əgər Siz rayondakı vəziyyətlə də maraqlansanız, Sizə izah edər və bildirirəm ki, nəyə görə İcra Hakimiyyətinin binasına supermarket deyirlər. Həmçinin onu da bildirim ki, vaxtilə mən özüm də uzun müddət idarə rəhbəri və başqa dövlət qulluqlarında işləmişəm.

Sizə böyük hörməti və inamı olan 2-ci qrup "20yanvar " əlili
Cavadov Təyyar Cavad oğlu

Öncədən Sizə öz səmimi ehtiramımı bildirirəm.
//Miq.Az//







 
Sorğu

Putin SSRİ-ni bərpa edə biləcəkmi?

Şirkət-Xidmət
   
Xəbər lenti
                                                 
• Yevlax İcra Hakimiyyətinin 268 min AZN-lik tenderini 2 manatlıq "Qara Qaya" MMC uddu - TƏFƏRRÜAT
Bu gün, 03:44
• ABŞ-nin təyyarədaşıyan gəmisi Yaxın Şərqə qayıtdı - KİV
Bu gün, 03:40
• Sülh təxirə salınır? - AKTUAL
Bu gün, 01:23
• Hələlik Ermənistan hakimiyyətində sülh iradəsini görmürük - FAKT BUDUR...
Bu gün, 01:21
• "Mint Services" şirkətinə abadlıq işləri üçün 6 milyon manat ödəniləcək - DETALLAR
Bu gün, 01:14
• Yasamalın halına... ancaq ağlamaq olar... - NARAZILIQ VAR...
Bu gün, 01:11
• Türkiyənin mebel şirkətinin Azərbaycan filialının vergi borcu üzə çıxdı - FOTO
Bu gün, 01:02
• “SOCAR Petroleum”da şöbə rəhbəri TƏYİNATI - BUNDAN SONRA...
Bu gün, 01:00
• "Sahil bağı"nda siqaretə görə ərəbi öldürənlərin İŞİ: - "Dedilər ki, bunlar mafiyadır"
Dünən, 18:09
• “Maşın yandırmaqla, pəncərələri sındırmaqla iş düzəlmir...” – Karateçi deputatla GÜNDƏM söhbəti
Dünən, 18:04
• Rahid Ələkbərli bu mərkəzə direktor təyin edildi - BUNDAN SONRA...
Dünən, 18:01
• Ermənistan və Türkiyədən olan iş adamları birgə əməkdaşlığı müzakirə ediblər - "24Tv"
Dünən, 17:59
• "Saffar İnşaat"ın 126 min manatlıq vergi şikayəti təmin edilmədi - TƏFƏRRÜAT
Dünən, 17:53
• Jurnalist Aleksandr Nevzerov Rusiyada terrorçu və ekstremistlərin siyahısına daxil edilib - KİV
Dünən, 17:52
• İcra başçısı 29 yaşlı gənci sektor müdiri təyin etdi - FOTO
Dünən, 17:50
• "Oktyabr ayında pomidorun bu qiymətə satıldığını görməmişik" - Fermer narazıdır
Dünən, 17:49
• ""Allahummə səlli" ilə inkişaf etmək olmaz, qüvvət elmdədir" - Rəşid Mahmudov
Dünən, 17:44
• Dolların “qara günlər”i başlayıb - Ekspert deyir ki...
Dünən, 17:36
• Kosmetikaya görə dərsə buraxılmayan şagirdin atası HƏBS EDİLDİ
Dünən, 17:30
• Paşinyanın sülh üçün 2031-ci ili hədəf göstərməsinin səbəbləri ola bilər - ŞƏRH
Dünən, 17:24
• Kobaxidze Ermənistana səfər edib
Dünən, 17:21
• Şəfəq Həsənova ABB Davr Bankın rəhbərliyinə təyinat alıb - BUNDAN SONRA...
Dünən, 17:15
• Azərbaycan Cənub-Şərqi Asiyaya daxil olur: - diplomatiyadan iqtisadiyyata
Dünən, 17:13
• Aysel Şükürovanın keçmiş həyat yoldaşı həbs edildi - BUNA GÖRƏ...
Dünən, 17:06
• Paşinyan Rusiya ilə dəmir yolu üzrə məsələləri həll etmək üçün İşçi Qrupu yaradıb
Dünən, 17:02
• Yüksək vəzifəyə təyin olunan Həbibə Paşayeva kimdir? - DOSYE
Dünən, 16:46
• “Kapital Bank” ona aid olmayan BOKT-a görə “MİNNƏTÇİ DÜŞÜB”
Dünən, 16:42
• Yol qəzasında 15 yaşlı sərnişin ölümündə günahlandırılan sürücü həbs edildi - TƏFƏRRÜAT
Dünən, 16:31
• İstisu və Qara göl Azərbaycana veriləcək? – İrəvandan ŞOK açıqlama
Dünən, 16:27
• Kərim susqunluğunu pozdu: - "Sağlığında bir-birlərini qırırdılar deyənlərə..."
Dünən, 16:21
• Kadırovun səfərində gözdən qaçan kadrlar – Bakıdan nə istəyib?
Dünən, 16:17
• PKK əfv edildi, Öcalan villada yaşayır - Ümit Özdağ
Dünən, 16:14
• Əmircanda ay tamam olmadan qaz xətti kəsilir, öncədən ödəniş tələb olunur - NARAZILIQ VAR...
Dünən, 16:05
• Göygöl Dövlət Aqrar İnkişaf Mərkəzindən nazirə rüşvət iddiası: - Azər Hacıyev kimə güvənir?
Dünən, 15:58
• Bakı və İrəvan bizi “Tramp marşrutu”na dəvət etməyib - Lavrov
Dünən, 15:54
• Şirkətdə pay sahibi dəyişir, kapital azalır - DETALLAR
Dünən, 15:51
• Mətbuat Şurası İdarə Heyətinin üzvlüyünə 46 nəfərin namizədliyi irəli sürülüb - SİYAHI
Dünən, 15:43
• "Yüksəliş"in qalibi "Tabaterra Group"dakı vəzifəsindən ayrıldı - FOTO
Dünən, 15:31
• Saleh Səmədova hökm oxundu - TƏFƏRRÜAT
Dünən, 15:27
• Nəsimi Musayevin atası: - “Ən böyük arzum…”
Dünən, 15:07
• 900 manat maaş alır, 840 manat aliment tutuldu - VƏKİL DANIŞDI
Dünən, 14:56
• Pezeşkian sabah Ermənistana səfər edəcək - İrəvana yol alan ilk azərbaycanlı prezident
Dünən, 14:49
• Azərbaycanda xarici kapitallı BOKT-ların sayı azalıb - İLGİNC
Dünən, 14:43
• Moskva ABŞ-ın Avropaya Rusiya aktivlərinin blokdan çıxarılması ilə bağlı təkliflərindən xəbərsizdir - Peskov
Dünən, 14:32
• “Valideynlər hicaba görə övladlarını məktəbdən uzaqlaşdırmamalıdır” - ÇAĞIRIŞ
Dünən, 13:11
• Müdafiə Nazirliyinin bölmə rəisi rüşvət verməyəni evsiz qoyub - MƏHKƏMƏ
Dünən, 13:09
• "Pərdələr açılır, yenə eyni adamlar..." – Əkbər Əliyev ÜSYAN ETDİ
Dünən, 13:07
• "Bank Respublika"ya korporativ katib təyin olundu - ƏMR
Dünən, 13:04
• 14 milyon manatlıq dələduzluq işi üzrə növbəti məhkəmə prosesinin vaxtı bəlli oldu - TƏFƏRRÜAT
Dünən, 13:00
• “Onlar doğrudan da müsəlmandırlarsa, başqa müsəlmanların daxili işlərinə qarışmasınlar” - Partiya sədri
Dünən, 12:57
Şirkət-Xidmət
 
 
Dia.az © 2010 - 2014
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Bizimlə Əlaqə : Tel - 055-560-77-49, 077-271-11-33 E-mail : [email protected]
Designed by Daraaz.net
�������@Mail.ru