Cənab Əmrullayev üçün bu faktlar MARAQLI OLAR... - İDDİA
Tarix: 1-02-2022, 10:08 | Çap et
 Paytaxtın qalmaqallı 165 saylı məktəbi və onun yarıtmaz direktoru barədə son məqaləmiz işıq üzü görəndən sonra sözügedən təhsil müəssisəsində baş verən xoşagəlməz olaylar barədə redaksiyamıza ilginc məlumatlar daxil olmuşdur.
Etibarlı mənbədən verilən informasiyaya görə, Vüqar Məmmədovun direktor kimi fəaliyyətə başladığı 2017-ci ildən bu yana qol qoyduğu qanunsuzluqlar, korrupsiya hüquqpozmaları indi də davam etməkdədir:
— Direktor Vüqar Məmmədovun hər ay müəllimlərdən yığdırdığı 5 manat “fond pulu”nun hara xərcləndiyi bilinmir;
— 12 saatdan artıq dərs saatı olan müəllimlərin hərəsindən hər dərs ili başlayanda 700-800 manat rüşvət alınır;
— İbtidai siniflərdə hər dəfə dərs buraxmış müəllimləri bir qayda olaraq bir nəfər laborant əvəz edir. Məsələn, 2019-cuy ildə ibtidai sinif müəllimi xərçəng xəstəliyindən əziyyət çəkən ibtidai sinif müəllimi dünyasını dəyişənə qədər uzun müddət dərsə gəlməmişdi. Onu sonadək Səadət adlı laborant əvəz elədi. Hansı ki, sinif direktorun əmri ilə ixtisas müəlliminə verilməliydi;
— Buraxılan və əvəz edilən dərs saatlarının haqqı heç də adına yazılan müəllimlərə deyil, direktorun özünə çatır;
— Şagirdlər təsdiqləyə bilərlər ki, bir nəfərin adına 2-3 sinif rəhbərliyi düşür.
— Seçki məntəqəsi kimi istifadə olunan məktəbdə 2018-ci ildən bəri keçirilən bütün seçkilərdə seçki komissiyasının üzvləri məktəbin müəllimləri olublar. Komissiya üzvləri seçkiqabağı hazırlıq və seçki dövründə işdən azad olunsalar da, dərsləri özləri aparırlar və artıq pullar bölünür;
— Hər ay ayrı-ayrı müəllimlərə əlavə olaraq 300-500 manat pul yazılır, onlardan götürülür. Bu pulların haradan qaynaqlandığına hətta mühasib özü heyrətlənir;
— Təqaüd yaşına az qalmış müəllimlərə təklif olunur ki, yüksək məbləğli təqaüd almaq istəyirlərsə, 550-1000 manat rüşvət müqabilində onlara əlavə dərs demədikləri saatlar yazıla bilər;
— Pandemiya ilə bağlı qapanmalarla əlaqədar onlayn təhsilin tətbiq olunduğu aylarda direktorun adamları qapı-qapı gəzib müəllimlərdən pul yığırdılar;
— Texniki xidmət işçilərinin adları cədvəldə getsə də, özləri işdə olmurlar, bankomat kartları da rəhbərlikdə olur;
— Məktəbiun psixoloqu illərdir repetitorluqlıa məşğul olur, onu məktəbdə yalnız direktorun kabinetində oturub çay içərkən görmək olar;
— Təmayüllü siniflər yaratmaq adı ilə X sinifdən şagirdlər yenidən komplektləşdirilir – yaxşı oxuyanlara və pis oxuyanlara ayrılır. Bu cür münasibət təbii ki, yeniyetmə şagirdin qüruruna toxunur, onu daha da aqressivləşdirir və nəticədə onlarla avara şagird meydana çıxır. Belə yarıtmaz idarəçiliyə görə nəinki X-XI, hətta daha aşağı, VIII siniflərdə belə şagirdlərin dərsə davamiyyəti kəskin aşağı düşüb;
— Direktor başına bir qrup simasız yaltağı yığıb, tərəqqipərvər müəllimləri sıxışdırır. Onun ucbatından son illərdə neçə-neçə müəllim keçirdikləri əsəb gərginliklərinə dözməyib xəstəlik tapıblar. Vicdanlı müəllimlər ürək ağrısı ilə deyirlər ki, ayağımız getmir məktəbə sarı, sanki vəhşi qanunların hökm sürdüyü cəngəllikdəyik;
— Vüqar Məmmədovun işi-gücü bütün günü sosial şəbəkə profillərində sevgi statusları paylaşmaqdan ibarətdir;
Məktəb direktoru haram pullar hesabına Ramana qəsəbəsində özünə dəbdəbəli villa tikdirir və s.
Mənbə həmçinin bildirir ki, yaxınlarda 20 saylı məktəbdə keçirilmiş Bakı Şəhəri üzrə Təhsil İdarəsinin iclasında Vüqar Məmmədov ayaq üstə qaldırılıb, ona paytaxt təhsil ictimaiyyətinin gözü qarşısında töhmət elan olunub. Lakin buna baxmayaraq, tapa bildiyi havadarlarının köməyi ilə hələ ki vəzifəsini qorumağı bacarır.
Mənbə onu da vurğulayır ki, artıq nazirlidən komissiya gəlib araşdırma aparır. Güman olsun ki, fevral ayından Vüqar Məmmədov məktəblə vidalaşacaq.
P.S. Qarşı tərəfin də mövqeyini öyrənmək üçün dəfələrlə Vüqar müəllimə müraciət etsək də, o bildirdi ki, baş idarədən ona mövqe bildirməyə qadağa qoyublar. Lakin, bunlara baxmayaraq cənab Məmmədova öz mövqeyini bildirmək üçün tribuna verməyə hər zaman hazırıq.
Mövzuya qayıdacağıq. //Deryaz.az//

|
|
|
|
|
|
|
|
Putin SSRİ-ni bərpa edə biləcəkmi?
|
|
|
|
|
|
|
|
|
|
|
| • Tramp Rusiyanı məğlubiyyətdən belə xilas edir - GƏLİŞMƏ
Bu gün, 08:10 |
|
|
|
| • Azərbaycan iki nəhəng layihədə: Bakıya risk? - NƏ BAŞ VERİR?
Bu gün, 08:06 |
|
|
|
| • Füzulilərin Vətən həsrətinin sonu - MƏQALƏ
Bu gün, 08:03 |
|
|
|
| • Azad Füzuli sürətlə bərpa edilir - İsrafil Kərimovun yazısı...
Bu gün, 08:01 |
|
|
|
| • Türkiyə bizim canımızdır, amma... - AKTUAL
Bu gün, 06:51 |
|
|
|
| • Çörəyin qiyməti ilə bağlı gözlənilən qərar: Necə olacaq? - AKTUAL
Bu gün, 06:04 |
|
|
|
| • ABŞ Aİ-yə Rusiyanın dondurulmuş aktivlərinin bir hissəsinin açılmasını təklif edib - "Financial Times"
Bu gün, 06:01 |
|
|
|
| • ABB-nin Özbəkistandakı bankında kimlər vəzifəyə TƏYİN OLUNDU? - SİYAHI
Bu gün, 05:06 |
|
|
|
| • Tramp Kanadanın gələcəkdə ABŞ-ın tərkibinə qatılacağına əmin olduğunu deyib
Bu gün, 04:53 |
|
|
|
| • Sərdar Cəlaloğlu milli hicab formasının yaradılmasını təklif etdi - "Əslində, bu məsələ vaxtilə..."
Bu gün, 04:50 |
|
|
|
| • Tıxacları yaradan elə AYNA-nın özüdür... - AXI NİYƏ?
Bu gün, 04:46 |
|
|
|
| • Kəlbəcərin deputatı bu kəndə EMBARQO tətbiq edib? - BU NƏDİ BELƏ?
Bu gün, 04:43 |
|
|
|
| • "Bu uşaqların beyinlərini ya Əbəlfəz ağa, ya Hüseyn, ya Xomeyni ağa deməklə niyə yuyursunuz..." - ETİRAZ VAR!
Bu gün, 04:39 |
|
|
|
| • "Bir-birinizin yaxasından düşün, ay millət..." - ÇAĞIRIŞ
Bu gün, 04:17 |
|
|
|
| • "Qarabağ Transport LTD"nin vergi borcu kəskin artdı - FOTO
Bu gün, 04:00 |
|
|
|
| • Ermənistanın qaçılmaz seçimi: Arzu var, amma məqsəd deyil... - Paşinyan söz oyununu davam etdirir...
Bu gün, 03:57 |
|
|
|
| • "Bolt"dan çıxdı, "Wolt"a getdi - BUNDAN SONRA...
Bu gün, 03:55 |
|
|
|
| • Yanvarın 1-dən qüvvəyə minəcək dəyişiklər vətəndaşa nə vəd edir? - BELƏ HARA GEDİRİK?
Bu gün, 03:54 |
|
|
|
| • ADSEA-nın institutunda yeni təyinat - ƏMR
Bu gün, 03:44 |
|
|
|
| • “Uşaqlarımız təxribatın vasitəsinə çevrilməməlidir” - xalq artisti
Bu gün, 03:41 |
|
|
|
| • Husilər Səudiyyə Ərəbistanına məxsus qırıcını vurduqlarını iddia ediblər - KİV
Bu gün, 03:37 |
|
|
|
| • İlham Əliyev ilə İsrail Prezidenti arasında görüş olub - FOTO
Dünən, 19:14 |
|
|
|
| • Azərbaycanda LGBT təbliğatına mümkün qadağanın detalları məlum oldu - AÇIQLAMA
Dünən, 19:11 |
|
|
|
| • Ülvi Ədilzadə ABB-də yeni vəzifəyə təyin olunub - ƏMR
Dünən, 19:05 |
|
|
|
| • Bakıda 4 obyekt qanunsuz yayıma görə cərimə edildi - SİYAHI
Dünən, 19:03 |
|
|
|
| • 17 illik müzakirədən sonra qəbul olunmuşdu: - NİYƏ İŞLƏMƏDİ?
Dünən, 18:55 |
|
|
|
| • “Aliment ödəmir, anamın halal evini də bizdən alır” - Türkan Gündüzün qızı
Dünən, 18:52 |
|
|
|
| • Azərbaycan vətəndaşı olan 32 nəfər Almaniyadan readmissiya olunub
Dünən, 18:48 |
|
|
|
| • Düşmən təbliğat maşını AZƏRBAYCANA UDUZDU - FAKT BUDUR!
Dünən, 18:38 |
|
|
|
| • Baxçalının bu jesti... - AKTUAL
Dünən, 18:34 |
|
|
|
| • İran dağılma təhlükəsindən sovuşdu - SEPAH
Dünən, 18:19 |
|
|
|
| • İsrail ABŞ-dan təcili “Apaçi”lər alır - “Tayms of İsrail”
Dünən, 18:17 |
|
|
|
| • Arda Turan Türkiyə millisini çalışdıracaq? - Özü danışdı
Dünən, 18:06 |
|
|
|
| • “İmdad Audit” bazarı tərk edir
Dünən, 18:04 |
|
|
|
| • 30 il əvvəlki taksi qətli: “İpi boğazına keçirdi, sürücü çapaladı” - TƏFƏRRÜAT
Dünən, 18:02 |
|
|
|
| • Köçəryanın adamı Paşinyanı hədələdi
Dünən, 17:54 |
|
|
|
| • Paşinyan kəndləri Azərbaycana qaytarır: Hələlik ancaq sözdə - NƏ BAŞ VERİR?
Dünən, 17:50 |
|
|
|
| • Əvəz Qocayevin keçmiş kürəkəni həbs olundu: - 300 min manatdan artıq dələduzluq
Dünən, 17:40 |
|
|
|
| • "Məni aldatdılar..." - "Kontakt Home" İŞ BAŞINDA!
Dünən, 17:28 |
|
|
|
| • Yekaterinburq məhkəməsi "Azərbaycan-Ural" təşkilatını ləğv edib - Kreml düşmənçiliyi DAVAM ETDİRİR
Dünən, 17:19 |
|
|
|
| • "Traktor"dan Türkiyəyə sərt etiraz: İranda türk dili qadağan ediləndə niyə susdunuz? - REAKSİYA
Dünən, 17:04 |
|
|
|
| • Emin Yaqubluya yüksək vəzifə verildi - ƏMR
Dünən, 17:00 |
|
|
|
| • Lavrov AQEM sammitində iştirak etmək üçün Bakıya gəlib - TASS
Dünən, 16:57 |
|
|
|
| • Yoldaş Cabbarovun kantorunda NƏ BAŞ VERİR? - BU NƏDİ BELƏ?
Dünən, 16:53 |
|
|
|
| • Ermənistanla sərhədlərin bağlı qalması məntiqsizdir - Türkiyəli iş adamı
Dünən, 16:47 |
|
|
|
| • Şeyx Əbdüldən məktəbli geyimi açıqlaması: - “Siyasi şounu yığışdırmaq lazımdır”
Dünən, 16:44 |
|
|
|
| • Türkiyə Azərbaycandan nə qədər qaz idxal edib? - RƏQƏMLƏR
Dünən, 16:39 |
|
|
|
| • ADSEA dolğu materiallarına 1,7 milyon manat xərcləyəcək
Dünən, 16:38 |
|
|
|
| • SOCAR-da Planlaşdırma şöbəsinə o rəhbərlik edəcək - DOSYE
Dünən, 16:26 |
|
|
|
| • İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəlib
Dünən, 16:21 |
|
|
|
|